Ev Turizm Xəbərləri Go Travel artıq yeni məkanda öz qapılarını müştərilərinin üzünə açdı

Go Travel artıq yeni məkanda öz qapılarını müştərilərinin üzünə açdı

Go Travel turizm şirkətinin rəhbəri Telman Məmmədov

Telman Məmmədovun rəhbərlik etdiyi “Go Travel” Turizm Agentliyi – turizm sahəsində 5 ildən artıq təcrübəsi olan bir şirkətdir. Şirkət bu səbəbdən fəaliyyət sahəsini genişləndirib, 4 may tarixində möhtəşəm açılışını edib.

Go Travel


Açılış zamanı 10-dan çox daxili tur və bir xarici tur açılışda olan vətəndaşlara hədiyyə olunub. Həmçinin açılışda aparıcı Firuzə Cəlilova və şoumen Orxan Rəhimli iştirak edib.

Go Travel


Azərbaycanın ən tanınmış turizm şirkətlərindən olan Go travel turizm şirkəti, istiqamətləri üzrə ixtisaslaşan, korporativ müştərilərə kompleks xidmətləri göstərən, dünyanın bir çox ölkələrindən xarici turistlərin və nümayəndə heyətlərinin qəbulunu öz öhdəsinə götürən, individual və qrup turların təşkili ilə məşğul olan şirkətlərdəndir.

Go travel

Bundan əlavə, şirkət mütamadi olaraq Azərbaycanda və  Xaricdə (Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Böyük Britaniya, Almaniya, Türkiyə, Fransa, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri və s.) beynəlxalq turizm sərgilərində iştirak edir. Həmçinin, beynəlxalq şirkətlərlə əlaqələrin gücləndirilməsi və təcrübə mübadiləsi ilə məşğuldur. Hər bir müştəriyə fərdi yanaşan “Go Travel” daim istəyə uyğun sərfəli səyahət paketlərini hazırlayaraq öz təkliflərini edir.

Go baby

Həmçinin Go Travelın yanında Telman Məmmədovun rəhbərliyi ilə yeni bir foto studia Go Baby foto studiyası açılıb. Studiya açılış günü bir çox uşaqlara pulsuz foto çəkiliş hədiyyə edib.

Go Baby

Studiyada  uşaq, model fotosesiyası, dekor, geyim icarəsi, ad günü, albom, vinetka çəkilişi həyata keçirilir. Studiya may ayının 17-nə qədər xüsusi kampaniyalar təklif edir.

Go Baby

Uşaqlarınızın foto çəkilişini Go Baby-lə çox sərfəli qiymətə edə bilərsiniz. Necə deyərlər həm kəmiyyət, həm keyfiyyət .

Go Baby

Min eşitməkdənsə bir görmək daha yaxşıdır deyirlər. Bu deyimə əsaslanaraq sizə ünvanımızı yazacam. Fətəli Xan Xoyski 85 Gənclik metrosunun çıxışı, Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı.