Ev Gəzməli yerlər Gəzəyənlər Greencard faydaları

Greencard faydaları

Greencard proqramına müraciət etmək çox asan və sadə, lakin faydaları hədsiz dərəcədədir. Greencard sizə, çox insanların xəyal etdiyi imkanları qazandırır. Aşağıda Greencard-ın bəzi faydaları ilə tanış ola bilərsiniz:

Daimi və Sərbəst Viza


Amerikaya oxumaq, işləmək, gəzmək məqsədilə gedə bilərsiniz. Lakin hər dəfə vizanızın vaxtı bitir və öz ölkənizə qayıtmalı olursunuz və hər dəfə də yenidən getmək mümkün olmur. Greencard aldıqdan sonra isə hər şey tamam başqa cür olur. ABŞ sizin ikinci eviniz olur. İstər həmişə orada qalar, istərsə də öz ölkənizə istədiyiniz vaxt gəlib gedə bilərsiniz. Nəzərə alın ki, Greencard sizə ömürlük verilir.

Bütün Ştatlarda Yaşama


Greencard aldıqdan sonra ABŞ-ın 50 ştatından istənilən birində yaşaya bilər və istədiyiniz vaxt digər ştata köçə bilərsiniz. Hər bir ştatda sizə bərabər hüquqlar verilir və istədiyiniz ştatda ya işləyə, ya da təhsil ala bilərsiniz.

İmmiqrantlara Şamil Olunan Güzəştlər


ABŞ dövləti az gəliri olan immiqrantlara müxtəlif şəkillərdə köməkliklər göstərir. Hər bir ştatın, immiqrantlar üçün müxtəlif paketləri vardır. İmmiqrantlar, müxtəlif məbləğlərdə dövlətdən maliyyə yardımı, pulsuz ərzaq almaq üçün talonlar alırlar. Bundan başqa dövlətin digər güzəştləri, məsələn sağlamlıq, sosial sığorta, pensiya, vergilərdən azad olma və başqalarını əldə edə bilərlər.

İş İmkanları


İmmiqrantlara işlərin tapılmasında dövlət yaxından köməklik göstərir. Greencard sahibi olduqdan sonra istər özəl sektorlarda, istərsə də dövlət sektorlarında istədiyiniz işdə işləyə bilərsiniz. İşlədiyiniz hər bir yerdə ABŞ vətəndaşları ilə 100% bərabər hüquqlara malik olursunuz.

İstənilən Məqsəd Üçün Kreditlər


Daimi vətəndaş olduqdan sonra siz, ABŞ vətəndaşları kimi, istənilən məqsəd üçün (məs. maşın almaq, ev almaq və s.) sadə şərtlərə kreditlər götürə bilərsiniz.

Təhsil İmkanları


Bildiyimiz kimi ABŞ universitetləri dünyada ən güclü və prestijli olmalarına görə tanınmışdır. Xarici vətəndaşlar üçün bu universitetlərdə təhsil almaq çox bahadır. Lakin, Greencard aldıqdan sonra siz ABŞ-ın istənilən universitetində ya pulsuz ya da çox güzəştli qiymətlərlə təhsil ala bilərsiniz.

Pulsuz İngilis Dili Kursları


Əgər ingilis dilini bilmirsinizsə və ya zəif bilirsinizsə heç narahat olmayın. ABŞ dövləti, Greencard sahiblərini pulsuz ingilis dili kursları ilə təmin edir. Qısaca, Greencard vizasını aldıqdan sonra siz artıq ABŞ vətəndaşları ilə eyni hüquqa malik olursunuz və yerli vətəndaşlara hansı güzəştlər aiddirsə onlar sizə də şamil olunur.