Ev Gəzməli yerlər Gəzəyənlər Gürcüstana buraxılmayanlar arasında da azərbaycanlılar öndədir

Gürcüstana buraxılmayanlar arasında da azərbaycanlılar öndədir

Gürcüstana buraxılmayanlar arasında da azərbaycanlılar öndədir

Gürcüstanın Daxili İşlər Nazirliyinin açıqladığı məlumata görə, 2018-ci ilin birinci yarısında ölkəyə gəlməsinə rədd cavabı verilənlər arasında ilk üç pillədə Hindistan, Türkiyə və Azərbaycan vətəndaşları qərarlaşıblar.

Gezmeli.az  gürcü KİV-ə istinadən xəbər verir ki, ümumilikdə yanvar-iyun aylarında 2,9 min dəfədən çox halda əcnəbilərin Gürcüstana girişinə rədd cavabı gəlib.

İlk pillədə 571 rəddə cavabı ilə Hindistan vətəndaşları qərarlaşıb. İkinci yerdə 492 rədd cavabı ilə Türkiyə, üçüncü yerdə isə Azərbaycan – 418 – qərarlaşıb.

Ümumilikdə yanvar-iyunda Gürcüstana 2,9 milyondan çox əcnəbi səfər edib. Bu göstərici üzrə ilk pillələrdə Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya qərarlaşıblar.