Azərbaycanın Dövlət Bayrağı və Konstitusiya günləri ilə əlaqədar noyabrın 11-də Hirkan milli parkında “Velosiped sürək, ətraf mühiti qoruyaq” devizi altında ilk veloyürüş keçirilib.

Yürüşdə Azərbaycan Velosiped İdman Federasiyasının, Respublika Olimpiya Velosiped məktəbinin nümayəndələri və həvəskar velosipedçilər iştirak edib. 344 velosipedçinin qatıldığı tədbirdə 10 km məsafə qət olunub. Bunu jurnalistlərə açıqlamasında Hirkan milli parkının direktoru Azər Mirzəyev bildirib.
