Hollandiya – Haaqa??

Haaqa inzibati, ölkənin digər iri şəhəri Rotterdam isə daha çox Nyu-Yorka bənzəyir. Şəhərin vağzalı yeni qurulub və Avropada ən böyük vağzallardan biri hesab olunur.

Vağzalın düz yaxınlığında Nyu-Yorkda partladılmış göydələnlərin şərəfinə eynilə həmin göydələnlərdən ucaldılıb. Amsterdamdan fərqli olaraq, Rotterdam başdan-başa göydələnlərlə əhatə olunub.

Şəhərlərarası sürət qatarları ikimərtəbəli, olduqca rahat və səliqəlidir. Qatarların hamısında “WİFİ” var. Sürət qatarı ilə 70 km-lik yolu 20-25 dəqiqəyə getmək mümkündür. Yolboyu kiçik göllər, kəndlər var. Hər tərəf o qədər səliqəlidir ki, küçələrdə, arxların kənarında bir kağız parçasına belə rast gəlinmir. Yalnız Amsterdama turistlər çox gəldiyindən kücədə siqaret kötüklərini görmək olur. Bu təmizliyin bir səbəbi də gecələr küçələrin şampunla yuyulmasıdır. Yerə saqqız atılmaması üçün zibil qablarının üzərində buna dair yazı lövhələri də var.

Haaqa

Haaqa isə sülh və hüquq şəhəri kimi tanınır və hökumət bu şəhərdə yerləşir. Şəhərdə qədim binalarla yanaşı yeni binalar da var. Tramvaylar binaların altından keçir. Ancaq o qədər səssiz hərəkət edirlər ki, nə sakinlər narahat olur, nə də bina silkələnir.

Şəhərdə atlarda dolaşan polislər arasında qızlar da var.

Haaqa

Ölkəni idarə edən baş nazirin kabineti ilə parlament bir əsrdən çox yaşı olan binada yerləşir. Binaları əhatə edən ümumi ərazidə insanların oturub dincəlməsi üçün skamyalar qoyulub, fantan quraşdırılıb. Ölkənin baş naziri də işə velosipedlə gəlir və bəzən də dayanıb insanlarla söhbət edir, dondurma alır. Bir sözlə, sadə xalqla yaxından təmasda olduğundan onların problemlərini də yaxşı bilir.Bütün bunları görəndən sonra istər-istəməz öz ölkəni, ölkəni idarə edən qurumlar və qanunlar haqqında düşünürsən..

Və bir daha əmin olursan, qanunların işlədiyi, hakimiyyətin xalqla təmasda olduğu ölkələri nə narkomaniya, nə də fahişəlik dağıda bilər. Elə əsl demokratiya da budur…

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin