Ev Turizm Xəbərləri Honq Konq iqtisadiyyatı durğunluğa girdi

Honq Konq iqtisadiyyatı durğunluğa girdi

Hong Kong

Honq Konq iqtisadiyyatı 2-ci rüb ilə müqayisədə 3-cü rübdə 3.2% azalaraq texniki durğunluğa girib. İqtisadçılar 0.6% geriləmə gözləyirdilər.

“Marja” xəbər verir ki, Honq Konq iqtisadiyyatı ötən əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 2.9% azalıb.

Honq Konq iqtisadiyyatı 2-ci rübdə də azalmışdı. İqtisadiyyat 2 rüb ardıcıl kiçildiyindən texniki olaraq durğunluğa daxil olmuş sayılır.

İlk öncə şübhəlilərin Çinə qaytarmasını asanlaşdıran qanun layihəsinə etiraz üçün başlayan, qanunun geri götürülməsinin ardından “demokratik islahat” tələbi ilə davam edən nümayişlər Honq Konq iqtisadiyyatına mənfi təsir edir.

Çinin Honq Konq muxtar bölgəsinin Baş İdarəçisi Carrie Lam, yazdan bu yana təşkil edilən kütləvi etirazların sona çatması lazım olduğunu bildirib, şəhər iqtisadiyyatı və turizminə zərbə vuran hadisələrin iqtisadi durğunluq təhlükəsi yaratdığı xəbərdarlığını etmişdir.