Ev Gəzməli yerlər Yerlər Hotellərə yeni tələb qoyula bilər.

Hotellərə yeni tələb qoyula bilər.

 Hotellərdə Azan zamanı  musiqi səslənməməlidir.

Azərbaycanda dindar şəxslərin ibadət edə bilməsi üçün halal hotellər qarşısında qoyula biləcək tələblər açıqlanıb. Bu tələblər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış “Halal idarəetmə sistemi-Hotellər” adlı dövlət standartı layihəsində öz əksini tapıb.

1.Menecment və Turizm Universteti

Layihənin müəlliflərindən biri – Azərbaycan Menecment və Turizm Universitetinin Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov Trend-ə bildirib ki, layihəyə əsasən, mehmanxanada ibadət etmək istəyənlər üçün dəstəmaz alma yeri və kifayət qədər böyüklükdə namaz otağı və ya məscid olmalıdır.

2.Mehmanxana

Dəstəmaz alma yerləri (kran, çanaqlar və s.), kişilər ilə yanaşı, qadın və uşaqların da fiziki quruluşuna uyğun olmalıdır: “Qadınlara aid hissədə açıq qapıdan içəridəki şəxslərin görünməsini istisna edən qabaqlayıcı tədbirlər (arakəsmə və s. quraşdırılması) görülməlidir. Məscidlər və ya namaz otaqları, ətrafdan gələ biləcək səs-küyü və musiqi səsini keçirməyəcək formada izolyasiya edilməlidirlər. Mehmanxananın istirahət otaqlarında aylıq/həftəlik namaz vaxtlarını göstərən təqvim, qiblə istiqaməti göstəricinin otaqda olduğu yeri (siyirmə içi, şkaf içi, otağın tavanı və s.) və məscidin/namaz otağının yeri (yerin planı və s.) Azərbaycan dili ilə yanaşı, ən azı ərəb, ingilis dillərindən birində ifadə edilən elan olmalıdır”.

3.Məscidlər

R.Səfərov əlavə edib ki, layihəyə əsasən, cümə namazının mehmanxananın məscidində, namaz otağında qılınmaması halında namaza getmək istəyənlərin yaxınlıqdakı məscidlərə daşınması üçün kifayət qədər xidmət vasitəsi olmalıdır. Budan başqa, azan oxunarkən hotelin məscidi və ya namaz otağına yaxın yerlərdə musiqi səslənməməlidir.

4.Qurani Kərim

R.Səfərov qeyd edib ki, mehmanxana otaqlarında qiblə istiqamətini göstərən işarə olmalı, hər otaqda aylıq/həftəlik namaz vaxtlarını göstərən təqvim və bir “Qurani Kərim” və ya “Qurani Kərim”in Azərbaycan dilinə tərcüməsi və səccadə (canamaz) saxlanılmalıdır. Lift və ya dəhlizlərdə namaz vaxtlarını və məscidin yerini göstərən elanlar (məlumat qeydi, yerləşmə planı və s.) olmalıdır.

Qeyd edək ki, layihəyə əsasən, standartın ilkin yoxlama müddəti 2022-ci il, dövrü yoxlama müddəti 5 ildir.