Ev Tədbirlər İçərişəhərdə növbəti fotosərgi – “Simalar”

İçərişəhərdə növbəti fotosərgi – “Simalar”

Fotosərgi

Dekabrın 14-də “Art Tower” rəsm qalereyasında növbəti sərgi açılacaq.

İçərişəhərdə yerləşən “Art Tower” rəsm qalereyasında yerli və əcnəbi fotoqrafların əsərlərindən ibarət sərgi açılacaq.“Simalar” adlı sərgi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Tarix-Memarlıq Qoruq İdarəsinin dəstəyi, “Arts Concil Azerbaijan”ın təşkilatçılığı ilə gerçəkləşəcək.

“Fotoqraf Rüstəm Hüseynovun kuratoru olduğu sərgidə ölkəmizdə son illərdə çəkilmiş fotolar nümayiş olunacaq. Sərgidə 40-dan artıq fotonun təqdimatı nəzərdə tutulur. Yalnız insan simasını əks etdirən işlər nümayiş ediləcək”, – deyə təşkilatın rəhbəri Dadaş Məmmədov bildirib.

Qeyd edək ki, fotosərgi dekabrın 17-dək ziyarətçilər üçün açıq qalacaq.