Ev Turizm Xəbərləri İki paytaxtı birləşdirən reys açıldı

İki paytaxtı birləşdirən reys açıldı

aviareys

Aprel ayının 23-dən etibarən Bakı-Ankara reysi üzrə uçuşlar həftədə 3 dəfə, Bakı-Antalya reysləri isə yay mövsümü ilə əlaqədar iyunun 1-dən etibarən hər gün həyata keçiriləcək. 

Bakı-Ankara reysi üzrə reysin açılması səbəbi ilə təşkil edilmiş tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, THY baş direktorunun insan resursları üzrə köməkçisi Abdulkərim Çay, THY Azərbaycan ofisinin rəhbəri Seyfullah İlyas, Mülki Aviasiya Agentliyinin beynəlxalq münasibətlər şöbəsinin rəhbəri Elman Ələkbərov və b. iştirak edib.

“Türk Hava Yolları”-nın (THY) Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas jurnalistlərə açıqlma verib. Cari ilin yanvar-mart aylarında şirkət tərəfindən həyata keçirilən sərnişin daşımada 2018-ci ilin eyni dövrü ilə müqayisədə dəyişiklik olub. Göstəricilərdə 20%-lik artımın olduğunu bildirib. 

Bundan başqa Azərbaycan Türkiyə üçün mühüm tərəfdaş olduğunu vurğulayan Bakı nümayəndəliyinin rəhbəri, bu artımın ölkəmizin mühüm tədbirlərə ev sahibliyi etməsi və bunun nəticəsi olaraq çox sayda turist cəlb etməsi ilə əlaqələndirib. 

THY nümayəndəsi bu reysin iki paytaxt arasında məsafəni qısaltmaq baxımından daha əhəmiyyətli olduğunu qeyd edib.

“Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr çox yüksək səviyyədədir. Ankara və yaxın ərazilərdə təhsil alan tələbələr, müalicəyə üçün gedən insanlar və d. bizim potensiallı sərnişinlərimizdir. Uzun müddətdir ki, iki paytaxtı birləşdirən bu reysi açmağı fikirləşirdik. Bu fikir, bu gün reallaşdı”.