Bu ölkələri tanıyırsınız?
Muxtariyyətə malik kiçik ərazilər.
Dünyada yüzlərlə dövlət mövcuddur və onlardan bəzilərinin əhali və ərazisi digərləri ilə müqayisədə çox azdır. Həmin ölkələr bir çox mənbələrdə cırtdan adlandırılır. Monako, Andorra, Vatikan və s. ölkələr barədə çoxları eşidib, ancaq aşağıda təqdim edəcəyimiz ən kiçik dövlət qurumları barədə məlumat çox azdır.
Elleore
Əhalisi 370 nəfərdən ibarət 1.5 kvadrat kilometr olan bu ərazi cırtdan ölkələrin siyahısındadır. 1944-cü ildə danimarkalı müəllim Roskildə kiçik torpaq sahəsini tələbələri üçün yaz kampına çevirib. O gündən sonra həmin ərazidə müstəqillik elan olunub və Elleoreda əsl krallıq yaşanır. Bu ölkənin müxtəlif qəribə qadağaları var. Məsələn, əraziyə “Robinzon Kruzo” kitabı və sardin konservlərini gətirmək qadağandır. Buna görə 11 dəqiqə 17 saniyəlik həbs düşür.
Sealand
Əhalisi 3 nəfər ərazisi 550 kvadrat kilometrdir. İngilis ordusunun təqaüdçü mayoru Roy Beyts dəniz üzərində olan silah platformasının tərk edildiyini görəndə çılğınlıq edərək 550 kvadrat kilometrlik ərazidə “Sealand” krallığını elan edib. O, 91 yaşına qədər kral olub və dünyasını dəyişdikdən sonra vəzifə başqasına keçib.
Calsahara
Əhalisi 3-10 nəfər ərazisi 470 kvadrat kilometrdir. Trevis Makhenri 15 yaşında Pensilvaniyadakı fermalarının baxçasında Casbah adlı krallıq qurmuşdu. İndi isə o, CalSahara (Bir az Kaliforniya, bir az Sahara) krallığını idarə edir.
Conch respublikası
Əhalisi 24909 ərazisi 15.4 kvadrat kilometrdir. Bu ölkə varlığına görə nəqliyyat sıxlığına borcludur. ABŞ hökuməti qaçqın axını və narkotik qaçaqmalçılığının qarşısını almaq üçün 1982-ci ildə Floridadakı Key Vestdə sərhəd polis bölməsi qurduğu üçün, turistik şəhərə giriş-çıxış çox çətinləşdi və kilometrlərlə tıxaclar meydana gəldi. Key Vestin ozamankı bələdiyyə başçısı Dennis Vardlou problemləri yuxarılara çatdıra bilmədiyi üçün Conch Respublikası adı altında müstəqilliyini elan edib. ABŞ bununla bağlı 1 dəqiqəlik döyüş elan etsə də, respublika yaşamağa davam edir.
Atlantium
Əhalisi 2000 ərazisi 740 kvadrat kilometrdir. Avstraliya sərhədlərinə Atlantium İmperatorluğu cırtdan ölkələr içərisinə ən solçusudur. Özünü kral elan edən Corc Kruikşank populyar simalardan biri hesab olunur.