Ev Gəzməli yerlər Yerlər Yeni ildə Azərbaycana turist axını

Yeni ildə Azərbaycana turist axını

BU ÖLKƏLƏRdən turist gələcək

Yeni ildə Azərbaycana hansı ölkələrdən turistlər gələcək?

Bu il Azərbaycana Yeni il günlərində ərəb ölkələri və keçmiş sovet ölkələrindən daha çox turist gələcək.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, bu il Yeni illə əlaqədar Azərbaycana Rusiya, Qazaxıstan və Ukraynadan gələn turistlərin sayı çoxdur.“Ukraynadan gələn turistlərin sayı son zamanlar artıma doğru dəyişirdi. Amma bu il bu sayda ciddi irəliləyiş var”. N.Bağırov əlavə edib ki, ötən ilki Yeni illə müqayisədə bu il Rusiya, Qazaxıstan və Ukraynadan gələcək turistlərin sayı ən azı 15-20 faiz artıb. Assosiasiya sədri qeyd edib ki, ölkəmizə gələcək turistlər dincəlmək üçün daha çox Qəbələ, Qusar bölgəsinə üstünlük verəcəklər. N.Bağırov qeyd edib ki, xarici turistlər Yeni il bayramı günlərində ən azı 4 gecə qalmağı planlaşdırırlar. Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 2 276 604 xarici vətəndaş gəlib. Ötən illə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayında 20 faiz artım var.

Azərbaycana səfər edənlər arasında ilk yeri Rusiya, sonrakı yerləri isə Gürcüstan, İran vətəndaşları tutub.