Ev Turizm Xəbərləri “IrAero” Çelyabinsk-Bakı aviareysi üzrə uçuşlara başlayıb

“IrAero” Çelyabinsk-Bakı aviareysi üzrə uçuşlara başlayıb

Çelyabinsk-Bakı aviareysi

Bu gündən etibarən Rusiyanın “IrAero” aviaşirkəti Çelyabinsk-Bakı marşrutu üzrə birbaşa aviareyslərin yerinə yetirilməsinə başlayıb. ONA-nın aviaşirkətə istinadən verdiyi məlumata görə, sözügedən aviareys üzrə uçuşlar hər həftənin II günü “Sukhoi Superjet 100” avialayneri ilə yerinə yetirilir. Bakıdan Çelyabinskə təyyarə saat 13:00-da, əks istiqamətdə isə yerli vaxtla saat 19:00-da havaya qalxır. Uçuşun ümumi vaxtı 3 saat təşkil edir.

İyunun 20-dən etibarən sözügedən aviareys üzrə uçuşlar həftənin IV günləri həyata keçiriləcək.