Ev Turizm Xəbərləri Pandemiyanın İran turizminə vurduğu ziyan açıqlandı

Pandemiyanın İran turizminə vurduğu ziyan açıqlandı

Turizm

İranda turizm sektoru COVİD-19 pandemiyasına görə 600 milyon dollar zərərə uğrayıb. Gezmeli.az Azvision.az istinadən xəbər verir ki, bunu İran Mədəni İrs, Əl Sənətləri və Turizm naziri Əli Əsgər Munisan yeni növ koronavirusun turizmə təsiri barədə danışarkən deyib. Dünya miqyasında turizm sektorunda böyük bir geriləmə olduğunu bildirən nazir İranda turist sayının sıfıra yaxınlaşdığını bildirib.

“Keçən ilin aprel, may və iyun aylarında 300 min turist ölkəmizə gəlmişdi. İlin sonunda isə ümumi say 8 milyon 700 minə çatmışdı. Bu ilin eyni aylarında turistlərin sayı 74-ə düşdü və demək olar ki, sıfıra yaxınlaşdı. İranda turizm 12 trilyon tümən (600 milyon dollar) məbləğində zərərə uğrayıb”.