Ev Turizm Xəbərləri İsmayıllı Peşə Tədris Mərkəzinin tələbələri təcrübə sahəsində

İsmayıllı Peşə Tədris Mərkəzinin tələbələri təcrübə sahəsində

İsmayıllı

İsmayıllı Peşə Tədris Mərkəzinin tələbələri İsmayıllı Şərab-2 müəssisəsinin sahəsində Saperavi üzüm növünün yığımında iştirak ediblər.

Yığımdan sonra tələbələr üzümlərin saplaqdan ayrılmasın əzilməsi, fermentasiya çənlərinə boşaldılması kimi mərhələləri izləyiblər.

Xatırladaq ki, İsmayıllı Peşə Tədris Mərkəzində üzüm və şərab ustası ixtisası 2018-ci ildən tədris olunur. “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində duala bənzər peşə təhsili və təlimi yanaşmasının pilot tətbiqi üçün seçilmiş ixtisaslardan biridir.

İsmayıllı Peşə Tədris Mərkəziİsmayıllı Şərab-2 müəssisəsi arasında razılaşma əldə olunub. Razılaşmaya əsasən, tədris mərkəzinin tələbələrinin duala bənzər peşə təhsili və təlimi yanaşmasına əsasən təcrübə keçmələri üçün müəssisə tərəfindən təcrübə sahəsi ayrılıb. 2019-cu ilin fevral ayından etibarən tələbələr burada təlimçi kimi çıxış edirlər. Eləcə də yerli və xarici ekspertlərin nəzarəti altında üzüm becərilməsi və şərab istehsalı prosesinin bütün mərhələlərini icra edirlər.