Ev Şəhərlər İstanbul İstanbulun üçüncü hava limanında sınaq uçuşlarının vaxtı açıqlanıb

İstanbulun üçüncü hava limanında sınaq uçuşlarının vaxtı açıqlanıb

2018-ci il fevralın sonunda İstanbulun üçüncü hava limanında sınaq uçuşlarına başlanacaq.

İstanbulun üçüncü hava limanında sınaq uçuşlarının vaxtı açıqlanıb

Gezmeli.az-ın Trend-ə istinadən məlumatına görə, sınaq uçuşlarının başlaması ilə əlaqədar mərasimdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş naziri Binəli Yıldırım iştirak edəcəklər.

Bundan başqa, fevralda aeroportda 30 min avtomobili qəbul edəcək avtodayanacağın tikintisi başa çatacaq.

Qeyd edək ki, üçüncü aeroport İstanbulun şimalında, Terkos gölü rayonunda inşa olunur. İlkin olaraq hava limanı ildə 90 milyon sərnişinə xidmət edəcək.