Ev Ölkələr İtaliya İtaliyanın bu şəhərində pulsuz evlər paylanılır.

İtaliyanın bu şəhərində pulsuz evlər paylanılır.

Krikoli şəhərində pulsuz evlər.

İtaliyanın cənubunda yerləşən bu şəhərdə pulsuz evlər paylanılır. Beləki,  Klabriya vilayətinin Krikoli şəhər rəhbərliyi şəhərin mərkəzində yerləşən evləri pulsuz paylamaq qərarına gəlib. Gezmeli.az xəbər verirki bu ərazidə yerləşən evlər zamanında bu ərazidə yaşayan insanlara məxsus olub. Bununla da adı çəkilən şəhər rəhbərliyi Kalibriya yeni sakinlərin və turistlərin diqqətini çəkmək üçün bu addımı atıb.

Hazırda Krikolidə 3 min insan yaşayır. Sakinlərin sayı isə ilbəil azalır. Lakin evlər o şərtlə pulsuz verilir ki bu mənzillərə sahib olmaq istəyənlər mənzilləri təmir etdirəcək.

Ev sahibi olmaq istəyən sakinlərə tələblər aşağıdakı kimidir:

Ev alan hər bir şəxs gorpv olaraq 5 min avro ödəməlidir.

Ev əldə etmək istəyən şəxs Avropa birliyi ölkələrində  birində yaşamaq icazəsi olmalıdır.

Ev yeni sahibinin mülki olduqdan 6 ay sonra mənzildə təmir işləri başlanılmalıdır.

Evləri yalnız otel və yaxudda şəxsi mənzil kimi işlətmək mümkündür.

Bu qaydaları yerinə yetirməyən şəxslərdən sahiblik hüququ əlindən alınır.

Evlərin siyahısı 2018-ci il  15 yanvar tarixində saat 09:00 -dan etibarən Krikoli şəhər bələdiyyəsinin saytında yerləşdiriləcək.