Ev Gəzməli yerlər Gəzəyənlər “Kommersant”: Rusların Azərbaycana marağı artır

“Kommersant”: Rusların Azərbaycana marağı artır

Rusların Azərbaycana marağı artır

Ötən il Rusiyadan Azərbaycana 82,7 min turist gəlib ki, bu da 2016-cı ildəki statistikadan 59,6 faiz, beş il əvvəlki göstəricilərindən isə 1,8 dəfə çoxdur.

“Kommersant”a istinadla xəbər verir ki, bununla bağlı Rusiya Federal Təhlükəsizlik Şurasının sərhəd xidməti məlumat yayıb.

Qeyd edib ki, bu dinamika bu il də davam edəcək. Məlumatlara görə, bu ilin ilk altı ayı ərzində Azərbaycana ötən ilin eyni dövründəkindən 51,6 faiz çox rus turist gəlib.

Qeyd edilib ki, rusiyalı turistlərin Ermənistan və Gürcüstana da səfər maraqları artıb.

“Biletix”in məlumatlarına görə, bu yay mövsümündə keçmiş SSRİ ölkələri 32 faiz bilet satışı həyata keçiriblər.