Ev Turizm Xəbərləri Küveyt mətbuatında “2020-ci ildə dünyada istirahət üçün 10 ən gözəl yer” sərlövhəli...

Küveyt mətbuatında “2020-ci ildə dünyada istirahət üçün 10 ən gözəl yer” sərlövhəli məlumat dərc olunub

Küveyt

Küveytdə böyük oxucu auditoriyasına malik və gündəlik ərəb dilində nəşr olunan “Əl-Qabas” qəzetində məlumat verilib. Qazet “Lonely Planet” saytına istinadən xeber verir ki “2020-ci ildə dünyada istirahət üçün 10 ən gözəl yer” sərlövhəli məlumat dərc olunub.

Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, məlumatda “Lonely Planet”in 15-ci təsnifatında 2020-ci ildə turistlərin sərfəli qiymətlər və gözəllik baxımından səfər edəcəkləri yerlər haqqında məlumat verilib. Dünyanın 10 ən gözəl şəhərləri arasında paytaxtımız Bakı şəhəri 5-ci yerdə qeyd olunub.

Məlumatda, neft və qazla zəngin olan ölkəmizə turistlərin səfəri zamanı bənzərsiz təcrübə təqdim edən unikal bir təyinat var. Eyni zamanda, ucuz qiymətə yüksək səviyyədə yaşayışın şahidi olacaqları və ləziz yeməklər yeyəcəkləri qeyd edilib. Həmçinin Bakı şəhərinə səfər zamanı orada bir neçə mühüm tarixi yerləri ziyarət etmə imkanlarının olacağı bildirilib.