Ev Turizm Xəbərləri Mayk Pompeo: “Gürcüstan ABŞ-ın strateji tərəfdaşıdır”

Mayk Pompeo: “Gürcüstan ABŞ-ın strateji tərəfdaşıdır”

Mayk Pompeo

“Gürcüstan ABŞ-ın strateji tərəfdaşıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə keçirdiyi görüşdən sonra birgə brifinqdə deyib.

M.Pompeo Gürcüstanın beynəlxalq turizm mərkəzi və qlobal təhlükəsizliyə töhfə verən ölkə olduğunu deyib.

Dövlət katibi ABŞ və Gürcüstan arasında müdafiə, təhlükəsizlik, ticarət və energetika sahələrində uğurlu əməkdaşlığın olduğunu qeyd edib.

M.Baxtadze, öz növbəsində, bildirib ki, Gürcüstanın bir çox nailiyyətləri ölkənin ABŞ-la uğurlu strateji tərəfdaşlığının birbaşa nəticəsidir: “Son 10 il ərzində biz ABŞ-la dinamik, hərtərəfli əməkdaşlığı inkişaf etdirmişik və prezident Trampın dövründə bizim əlaqələr yüksək səviyyəyə çatıb”.

M.Pompeo prezident Tramp və ABŞ hökumətinin adından bildirib ki, Gürcüstan NATO-ya üzvlük yolunda ABŞ-ın dəstəyindən məhrum olmayacaq:

“NATO-nun Əfqanıstandakı sülh missiyasına, ümumilikdə, 870 gürcü əsgər öz töhfəsini verib. Gürcüstan bununla yanaşı müdafiə qüvvələrinin NATO qüvvələri ilə inteqrasiyasına nail olmaq üçün hər şey edir. Bu istiqamətdə əlavə uğur bizim strateji məqsədlərimizi də gücləndirəcək, belə ki, Alyans Gürcüstanla Qara dəniz regional təşəbbüs formatında əməkdaşlığı davam etdirir.

Gürcüstan baş nazirinin ABŞ-a səfəri çərçivəsində D.Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla da görüşü nəzərdə tutulub.