Ev Turizm Xəbərləri Misir koronavirus ucbatından 235 min çinli turisti itirə bilər

Misir koronavirus ucbatından 235 min çinli turisti itirə bilər

koronavirus

BMT-nin Dünya Turizm Təşkilatının Misir üzrə müşaviri Səid əl-Batuti bildirib ki, hər il Çindən Misirə 235 minə yaxın turist gəlir. Onun sözlərinə görə, koronavirus xəstəliyinin yayılması ilə əlaqədar bu il çinli turistlərin səyahəti baş tutmaya bilər.

AZƏRTAC “Egypttoday” portalına istinadla xəbər verir ki, təşkilatın müşaviri hər il 200 milyondan artıq çinlinin dünya üzrə turizm səfərlərinə çıxdığını qeyd edib. Eyni zamanda, dünyanın əksər ölkələrinin vətəndaşları da Çinə səfər edirlər. Koronavirus epidemiyası səbəbindən bütün bu səyahətlərin əhəmiyyətli dərəcədə azalacağını diqqətə çatdıran əl-Batuti bildirib ki, Çin vətəndaşları arasında çox populyar olan Misir istiqaməti də həmin turistləri itirə bilər.

Bu arada, Misirdə koronavirus xəstəliyinə qarşı əlavə tədbirlər də həyata keçirilir. Bu məqsədlə ölkənin şimalında xüsusi hospital ayrılıb, hökumət Çindən sarımsaq idxalını dayandırıb, məktəblərdə sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altına alınıb.