Naftalan

İqtisadiyyatı turizmdən gələn gəlirlər əsasında formalaşan Naftalanın son illərdə bu sahənin inkişafı, xüsusən də xəstələrə şəfa, yaralara məlhəm olan unikal tərkibli palçıq neftinin dünyada tanıdılması istiqamətində gördüyü işlərdən sonra bu şəhərdə fəaliyyət göstərən sağlamlıq mərkəzlərində itirilmiş sağlamlıqlarını bərpa etmək istəyən xarici turistlərin sayında ildən-ilə müsbət dinamika qeydə alınır.

Respublikamızın qərb bölgəsində sağlamlıq turizminin beynəlxalq mərkəzinə çevrilən Naftalana son illərdə gələn yerli və xarici turistlərin sayında qeydə alınmışdır. Bu artım dinamikası burada yeni turizm-sağlamlıq obyektlərinin tikilməsini zəruri edib.

Hazırda şəhərdə tikintisi aparılan 5 turizm mərkəzindən biri də şəhərin Nizami Gəncəvi, 11 ünvanında yerləşən Yeni Sanatoriya Kompleksidir.

Kompleksin tikinti aparılan ərazisi 0,63 hektar, ümumi sahəsi 4628 kvadratmetr və tikinti altı sahəsi 880 kvadratmetrdir. Dördmərtəbəli sanatoriya binası 88 otaqlı, 192 yerlikdir. Sanatoriyanın zirzəmi mərtəbəsində texniki otaqlar, idman zalı, masaj otaqları, anbar otaqları olacaq. 1-ci mərtəbədə yeməkxana, personal otaqları, həkim otaqları, çamaşırxana, 2-ci, 3-cü və 4-cü mərtəbələrdə 67 yataq otağı, mansard hissədə isə 21 yataq otağı olacaq.

Qeyd edək ki, hazırda Naftalanda 10 turizm obyekti fəaliyyət göstərir. Burada 1100 nəfərədək vətəndaş çalışır. Şəhərdə tikintisi davam etdirilən turizm obyektləri də istifadəyə verildikdən sonra Naftalan gün ərzində, ümumilikdə, 3 min 800-ə yaxın turistə müasir standartlara uyğun restoran olacaq. Otel və müalicə xidmətləri göstərmək imkanına malik olacaq. Həmin müəssisələrdə işləyənlərin sayı 1500-ə çatacaq. Bu, ümumi şəhər əhalisinin 15 faizini təşkil edir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin