Ev Gəzəyənlər Nahid Bağırov: Qışda Azərbaycanda turistlərin sayı xeyli az olur

Nahid Bağırov: Qışda Azərbaycanda turistlərin sayı xeyli az olur

34
0
Bakı

Qış dövründə Azərbaycanda digər illərlə müqayisədə turistlərin sayının artması gözlənilmir. Yay dövrü ilə müqayisədə isə turistlərin sayı xeyli az olacaq. 

Bu məlumatı Gezmeli.az -a açıqlamasında Azərbaycan Turizm Assosasiyasının sədri Nahid Bağırov verib.

Onun sözlərinə görə, Azərbaycanda qış turizmi planında çox az təkliflər var – Şahdağ Tufandağ.

“Yeni turist marşrutları yoxdur. Biz yeni ildən sonra turizm sahəsində canlanma gözləyirik”, – müsahibimiz bildirib. 

O qeyd edib ki, qış vaxtında turistlər Azərbaycan rayonlarındansa, Bakıya üstünlük verirlər.