Ev Gəzməli yerlər Gəzəyənlər Natalya Strakovskaya: Azərbaycan turizmə marağı olan ölkədir

Natalya Strakovskaya: Azərbaycan turizmə marağı olan ölkədir

Natalya Strakovskaya

Biz artıq 5 ildir ki, Bakıda keçirilən tədbirlərdə iştirak edirik. Çalışırıq hər il Bakıya gələk. Biz əsasən 4 istiqamətdə çalışırıq. Bu ölkələr Rusiya, Ukrayna, Qazaxıstan və Azərbaycandır.

Bu sözləri müsahibəsində 18-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2019”) sərgisinin iştirakçısı Ukraynanın DoctorGeo Agentliyinin baş meneceri Natalya Strakovskayaya deyib.

Bizi, ilk növbədə, sağlamlıq turizmi maraqlandırır. Biz vətəndaşlara daha çox Avropa istiqamətlərinə getməyi təklif edirik. Bundan əlavə, tibbi səviyyənin daha güclü olduğu Çin, Vyetnam kimi ölkələrdə müalicə almağı da tövsiyə edirik. Müşahidələrimə görə deyə bilərəm ki, vətəndaşlarınız müalicə üçün özlərinə ən çox yaxın marşrutları seçirlər. Bunlar əsasən Rusiya, Ukrayna və Qafqaz ölkələridir”, -deyə Natalya Strakovskaya bildirib.

Təmsil etdiyi agentliyin xaricdə sağlamlıq və tibbi müalicə ilə bağlı fəaliyyətlə məşğul olduğunu söyləyən həmsöhbətim bildirib ki, onlar nəinki sağlamlıq turları keçirir, eyni zamanda, həkimləri xaricdə fəaliyyət göstərməyə dəvət edirlər: “Tibbi təcrübələrini artırmaq üçün onları ixtisasartırma kurslarına yönləndiririk. Biz həkimlərlə söhbət edirik, onlar da öz növbəsində, pasientlərinə müəyyən istiqamətləri təklif edirlər. Bütün bunları biz tibbi təşkilatların vasitəsilə həyata keçiririk. Bu prinsip bizdə çox yaxşı işləyir, çünki pasientlər öz həkimlərinə etibar edirlər”.

AITF sərgisində bir çox turizm agentlikləri ilə tanış olduğunu vurğulayan Ukraynanın DoctorGeo Agentliyinin baş meneceri deyib ki, Azərbaycan turizmə marağı olan ölkədir: “Stendlərə maraqla baxdım, burda hər şey olduqca gözəl və zövqlə təşkil olunub”.

Qeyd edək ki, aprelin 6-dək davam edəcək “AITF-2019” sərgisinə dünyanın 17 ölkəsindən 189 şirkət və təşkilat qatılıb.