Ev Turizm Xəbərləri Naxçıvanın səhiyyə turizmi imkanları yüksək qiymətləndirilib

Naxçıvanın səhiyyə turizmi imkanları yüksək qiymətləndirilib

səhiyyə turizmi

18-20 iyun tarixlərdə İranın Ərdəbil şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının “II Səhiyyə Turizmi Konfransı və Sərgisi” keçirilib. 

Təşkilata üzv 10 ölkə­dən, o cümlədən üzv olmayan Oman, Rusiya və İraqdan olan nümayəndələr, habelə İrandakı bir sıra diplomatik nümayəndəliklərin və xarici qeyri­-hökumət təşkilatlarının təmsilçilərinin təmsil olunduğu tədbir keçirilib. Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov da iştirak edib.

İran İslam Respublikasının Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası sədrinin beynəlxalq məsələlər üzrə müavini, konfransın icraçı katibi Məhəmmədrza Kərbasi tədbirin məqsədi və əhəmiyyəti barədə məlumat verib. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında səhiyyə turizmi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarından danışıb.

Baş konsul Əliyənnağı Hüseynov Ərdəbil valisi, şəhər bələdiyyəsinin sədri, Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının rəhbəri, İranın Xarici İşlər Nazirliyinin Ərdəbil vilayətindəki nümayəndəliyinin rəhbəri ilə görüşüblər. Qarşılıqlı maraqdoğuran bir sıra məsələlər müzakirə edilib. Baş konsul ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında səhiyyə turizmi sahəsində təbii resursların və geniş imkanların mövcud olduğunu bildirilib. Duzdağ Fizioterapiya Mərkəzinin bu baxımdan əhəmiyyətini vurğulayıb.

Sərgidə Naxçıvan Muxtar Respublikasının turizm bölgələri və mineral sularına dair təbliğat materialları nümayiş etdirilmiş və sərgi iştirakçılarına paylanılıb.