Ev Turizm Xəbərləri Naxçıvanlı idmançılar ötən ay Azərbaycan birinciliyində və beynəlxalq turnirlərdə 18 medal qazanıblar

Naxçıvanlı idmançılar ötən ay Azərbaycan birinciliyində və beynəlxalq turnirlərdə 18 medal qazanıblar

Beynəlxalq turnirlər

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən gənclərlə iş, eləcə də idmanın kütləviliyinə nail olunması istiqamətində tədbirlər uğurla davam etdirilir.

Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, həyata keçirilən tədbirlər idmançıların uğurlu nəticələrini artırıb. Ötən ay onlar Azərbaycan birinciliyində 4, beynəlxalq turnirlərdə 14 medal qazanıblar.

Yanvar ayında gənclərin Xatirə Muzeyinə ekskursiyası təşkil olunub, Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında “Xəmsə” milli intellektual oyunu, kitab müzakirələri, “Beynəlxalq turizm modeli Naxçıvanda” adlı seminar keçirilib. Həmçinin sağlamlıq imkanları məhdud uşaqlara animasiya filmi nümayiş olunub. Muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən gənclərin mükafatlandırılması tədbiri, Şərur rayonunda futbol hakimləri üçün təlim-məşq toplanışı təşkil edilib.

Ötən ay gənclər arasında idmanın kütləviliyinə nail olmaq məqsədilə şahmat, sərbəst güləş, voleybol, basketbol üzrə birinciliklər, yoldaşlıq görüşləri baş tutub. Naxçıvan Futzal Liqasında 13-cü turun oyunları keçirilib.