Ev Gəzməli yerlər Gəzəyənlər Nazir: Bakı-Tehran-Bakı istiqamətində uçuş tezliklərinin artırılması məqsədəuyğun olardı

Nazir: Bakı-Tehran-Bakı istiqamətində uçuş tezliklərinin artırılması məqsədəuyğun olardı

Şahin Mustafayev

2018-ci ildə 241 min iranlı Azərbaycana səfər edib.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir qeyd edib ki, “ASAN Viza” vasitəsilə viza alan əcnəbilərin sayına görə İran vətəndaşları 1-ci sıradadır. Tələbatı nəzərə alaraq, Bakı-Tehran-Bakı istiqamətində uçuş tezliklərinin artırılması məqsədəuyğun olardı. Sözügedən sahədə əməkdaşlığı dərinləşdirmək üçün Novruz bayramından öncə hər iki ölkədə təbliğat tədbirlərinin keçirilməsi, eləcə də turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun yaradılması turizm əməkdaşlığımızın inkişafına mühüm töhfə verə bilər.