Ev Turizm Xəbərləri Ölkə turizminin inkişafında dövlət dəstəyi daim hiss olunur

Ölkə turizminin inkişafında dövlət dəstəyi daim hiss olunur

Bakı

Hazırda bütün dünyada turizm iqtisadiyyatın əsas inkişaf və gəlir istiqamətlərindən biri sayılır. İstər ölkələrin tanıdılması, istərsə də ölkənin gəlirlərinin artırılması üçün turizm sahəsinə diqqət ildən-ilə artır.

Dövlətimizin başçısının bir illik prezidentliyi dövründə bütün sahələrdə olduğu kimi, ölkə turizminin inkişafında da mühüm nailiyyətlər əldə olunub.

Bakı

Belə ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası istiqamətində turizm sahəsinə xüsusi diqqət ayrılıb. Məhz dövlət başçısının diqqət və qayğısı ilə turizm ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevrilməkdədir. Rəqabət qabiliyyətli inkişaf üçün iqtisadiyyatın müxtəlif sahələrində aparılan iqtisadi islahatlar turizm sahəsinin inkişafına öz töhfəsini verməkdədir.

Ötən müddət ərzində turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsi ilə turizm sahəsinə dövlət dəstəyi gücləndirilib. Sahibkarlar üçün əlverişli biznes və investisiya mühiti formalaşdırılıb.

Turizm sahəsinə kompleks yanaşma göstərilərək Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” qəbul edilib, turizmin inkişafı üçün strateji məqsəd, hədəf və prioritetlər müəyyənləşdirilib.

Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli Fərmanı isə ölkəyə giriş-çıxışın sadələşdirilməsi turizmə dəstək verən ən mühüm addımlardan biri hesab olunmalıdır.

Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam

Son illər dövlət səviyyəsində Azərbaycan turizminə göstərilən diqqətin bariz nümunəsi mübaliğəsiz olaraq Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması olub.

Bakı

Bununla da Dövlət Turizm Agentliyinə ölkənin turizm sahəsində, habelə tabeliyindəki dövlət qoruqlarının ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunmasıdır. Mərkəzi icra hakimiyyəti orqanı olaraq daha uzunmüddətli inkişaf strategiyasının, dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanması işi həvalə olunub.

Yanar dağ

İlk növbədə, ölkənin turizm potensialı yalnız Bakı şəhəri üzrə inkişaf etmir. Regional turizmi inkişaf etdirmək məqsədilə Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda yenidənqurma və bərpa işlərinin aparılması üçün tədbirlər görülüb. Bu tədbirlərə nümunə olaraq 2018-ci ilin iyulundaYanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun rekonstruksiyası, beynəlxalq standartlara uyğunlaşdırılması və qoruq ərazisində müasir turizm infrastrukturunun yaradılması üçün ölkə başçısının tapşırığı ilə Ehtiyat Fondundan vəsaitin ayrılması, daha sonra oktyabr ayında Prezidentin “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda mövcud vəziyyətlə bağlı ətraflı arayışın, qoruğun uzunmüddətli qorunması, konservasiyası, bərpası ilə bağlı konsepsiyanın və fəaliyyət proqramının layihələrinin, qoruğun idarə edilməsi ilə bağlı təkliflərin hazırlanıb təqdim edilməsi haqqında Sərəncamın imzalanması xüsusi əhəmiyyət kəsb edir.

Yanar dağ

Yaradıcı şəhərlər şəbəkəsi

2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü olaraq 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan edilən, 2017-ci ildə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilən Şəki şəhərinin tarixi hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Prezident İlham Əliyev 2018-ci il oktyabrın 31-də imzaladığı Sərəncam qədimiliyi və unikallığı ilə seçilən turistik məkanlarımıza dövlət səviyyəsində diqqətin göstəricisidir.

Bu məqsədyönlü addımların məntiqi davamı olaraq Agentliyin tabeliyindəki qoruqlar ərazisində istirahət-turizm infrastrukturu obyektləri və xidmət sahələrinin yaradılmasını və turistlər üçün cəlbedici məkana çevrilməsini təmin etmək, həmçinin qoruqların dövlət büdcəsindən asılılığını azaltmaq və dayanıqlı inkişafına nail olmaq, vahid idarəetmə sistemini tətbiq etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli Fərmanı ilə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi yaradılıb.

Bütün bu tədbirlər turizmin inkişafı ilə yanaşı, Azərbaycanın tarixi-mədəni irsinin nadir nümunələrinin qorunub saxlanması, bu irsin olduğu kimi gələcək nəsillərə çatdırılmasında xüsusi ilə önəmlidir.

Ölkənin müxtəlif bölgələrində turizmin fərqli növlərinin, həmçinin sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm kənd turizmi kimi növlərinin inkişafı daha çox kateqoriyanı əhatə edən turistlərin cəlb edilməsi məqsədini daşıyır. Turizm sektoru üzrə təkliflərin şaxələndirilməsi, daha uzunmüddətli dövr üçün ölkəyə daha çox turistin cəlb edilməsinə nail olunması planlı və düşünülmüş fəaliyyətin tərkib hissəsidir.

Şahdağ Turizm Mərkəzi

Məhz bu məqsədlə ölkəmizdə turizmin mövsümiliyinin aradan qaldırılması, il boyu turizm imkanlarının və xidmətlərinin təqdim olunması əsas məsələlərdəndir. Turistlərin qalma müddətinin uzadılması üçün qış turizminin inkişafına da xüsusi diqqət göstərilir. Bu cəhətdən Qəbələdə və Qusarda dağ-xizək komplekslərinin yaradılması və inkişaf etdirilir. Xüsusilə ölkə başçısının birbaşa tapşırığı və nəzarəti ilə yaradılan, Agentliyin tabeliyində fəaliyyət göstərən “Şahdağ Turizm Mərkəzi”-nin yaradılmasıdır. QSC ölkə turizminin ən genişmiqyaslı və istər iqtisadi, istərsə də sosial cəhətdən böyük əhəmiyyətə malik olan bir layihəsidir.

Şah dağ

Azərbaycanın turizm potensialının xaricdə, beynəlxalq auditoriyaya çatdırılması işində genişmiqyaslı təbliğat və marketinq tədbirləri görülür. Bu tədbirlərin həyata keçirilməsi dayanıqlı inkişaf məqsədlərinə nail olmağa xidmət edir.

Turizm sektorunda göstərilən xidmətlərin yalnız kəmiyyət göstəriciləri baxımından deyil, keyfiyyət baxımından da təkmilləşdirilməsi, turistlərin məmnunluq səviyyəsinin artırılmasına nail olmaq üçün ixtisaslı kadrların hazırlanması prosesi davam etdirilir.

Beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi də şübhəsizdir. Turizmin inkişafına, ölkəmizin tanıdılmasına öz davamlı töhfələrini verməkdədir. Yuxarıda qeyd olunan tədbirlərlə yanaşı, ölkəmizə turistlərin cəlb edilməsi üçün dövlət səviyyəsində Azərbaycanın dünya arenasında müxtəlif istiqamətli təbliğatı həyata keçirilir.

Dövlət başçısının təsdiqi ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunan məqsəd və vəzifələrin həyata keçirilməsinə hədəflənmişdir.

Yaxın gələcək üçün ən mühüm vəzifə ölkəyə gələn turist sayını artırmaqdır. Azərbaycanı regional və qlobal turizm destinasiyası kimi tanıtmaq, yaxın 10 il ərzində ÜDM-də turizmin payının 10 faizinədək qaldırmaqdır.