Ev Ölkələr Azərbaycan Ölkəmiz növbəti beynəlxalq turizm sərgisində təmsil olunur- FOTOLAR

Ölkəmiz növbəti beynəlxalq turizm sərgisində təmsil olunur- FOTOLAR

Azərbaycan turizmi Pekində keçirilən “COTTM 2018” beynəlxalq turizm sərgisində təmsil olunur

16-18 aprel tarixlərində Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən “COTTM 2018” beynəlxalq turizm sərgisində ölkəmizi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi  təmsil edib.  Bundan əlavə Azərbaycan Konqreslər Bürosu, “Şahdağ” Turizm Mərkəzi QSC, Azərbaycan Hava Yolları QSC (AZAL), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi”də olub. Publik hüquqi şəxs, eləcə də 18 yerli turizm şirkəti və 3 mehmanxana təmsil edilir.

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 40 kv.m sahədə xüsusi layihə əsasında milli stend quraşdırılıb. Sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün çin və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

Tədbirdə ölkəmiz ilə yanaşı, 70-a yaxın ölkə və 550-ə yaxın şirkət təmsil olunur.