sərgi

Yunanıstanın Saloniki şəhərində “Philoxenia” 35-ci Turizm Sərgisi keçirilib.

Sərgidə ölkəmizi Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə “Milenium” turizm təşkilatı ayrıca stendlə təmsil edib.

sərgi

Turizm sərgisində 22 ölkədən 400-dən çox şirkət qatılıb. Sərgi 20 mindən artıq ziyarətçini qəbul edib. Tədbir zamanı Azərbaycan stendində ölkəmizə aid turizm broşürları, kitablar, suvenirlər, Azərbaycan istehsalı nar şirələri və şərabları, eləcə də milli mətbəximizə aid şirniyyatlar sərgi ziyarətçilərinə təqdim edilib. Ölkəmizin stendi yerli və xarici şirkətlərin nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb. Sorğu olunan məlumatlar cavablandırılıb.

Sərgi

Milenium” turizm təşkilatının Yunanıstana səfəri zamanı, Saloniki şəhərinin Bələdiyyə başçısı Konstantinos Zervas, Baş nazirin Saloniki kabinetinin rəhbəri Mariya Anteniou, Dövlət Turizm Agentliyinin prezidenti Angela Gereku, Mərkəzi Makedoniyanın qubernatoru Apostolo Tzitzikostas, Yunanıstanın regionlar assosiasiya prezidenti, Tessalia şəhərinin bələdiyyə başçısı Konstantinos Agorastos, Şərqi Makedoniya və Trakya vilayətinin qubernatoru Xristos Metios, Qərbi Makedoniyanın Bələdiyyə başçısının regional turizm məsələləri üzrə müavini Georgios Vaviararas, Makedoniya və Trakyanın qubernatorunun turizm məsələləri üzrə nümayəndəliyi, Saloniki Bələdiyyə başçısının turizm məsələləri üzrə müavini Maria Karagianni, Yunanıstanın təşviqat məsələləri və investisiyalar üzrə dövlət nümayəndəliyi “Enterprise Greece”, Yunanıstan Respublikasının İnkişaf Fondu “TAİPED” və ən nüfuzlu turizm təşkilatları ilə görüşlər keçirilib. “Milenium” turizm təşkilatı Yunanıstanın ən iri turizm şirkəti- “Mouzenidis”in prezidenti Boris Mouzenidislə cari ilin iyun-avqust ayları ərzində birbaşa uçuşun həyata keçiriməsi barədə razılıq əldə edib. Uçuşun “Mouzenidis Group”a aid “Ellinair” hava yolları vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Tərəflər Azərbaycanda və Yunanıstanda qarışlıqlı olaraq turizm potensialının təşviqatını təmin edəcəklərinə dair razılığa gəliblər.

Sərgi

Milenium turizm təşkilatı” Yunanıstanın 10 ən böyük turizm təşkilatlarından biri olan “Zorpidis turizm”in prezidenti ilə keçirilən görüş zamanı tərəflər ilkin olaraq yeni il tətil günlərində turist qruplarının Bakıya göndərilməsindən danışıblar. Növbəti olaraq yay mövsümü ərzində birbaşa uçuşların həyata keçirilməsi ilə bağlı razılığa gəliblər. Uçuşların texniki detalları barədə tərəflər qısa zaman ərzində danışıqlar aparacaqlarını bildiriblər. Turizm şirkəti öz internet səhifələrində ölkəmizə aid turizm çarxlarını yerləşdirəcəklərini və qarşılıqlı təşviqat işləri aparacaqdır.

Bundan başqa, Export turizmlə məşğul olan “Smileacademos” turizm operatoru, Yunanıstan turizm və səyahət Assosiasiyanın federasiyası ilə görüşlər keçirib. Görüş zamanı Yunanıstandan “fun qrupların” və media nümayəndələrinin təşviqat işləri ilə bağlı Azərbaycana səfərinin təşkil edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin