PAYLAŞ
Naxçıvan

Bütün sahələrdə əldə olunmuş yüksək nailiyyətlər, sürətli sosial-iqtisadi inkişaf, yaradılan güclü infrastruktur sayəsində Naxçıvan Muxtar Respublikasında yaşamaq, işləmək, təhsil almaq, ölkəmizin vətəndaşı olmaq istəyənlərin sayı ilbəil artır.

Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən kollegiya iclası keçirilib. Bu sözləri xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev deyib.

Xidmət rəisi bildirib ki, muxtar respublikaya gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı, müvəqqəti və daimi yaşaması, iş icazələrinin verilməsi, ölkədə olma qaydalarının tənzimlənməsi, qeyri-qanuni miqrasiya ilə mübarizə və miqrasiyanın mənfi təzahürlərinin qarşısının alınması Dövlət Miqrasiya Xidməti tərəfindən 2019-cu ildə də ciddi nəzarətdə saxlanılıb. Görülmüş tədbirlər nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində qanunvericiliyinin tələblərini pozan 202 əcnəbi aşkarlanıb. Onlardan da 197-si barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla cərimə inzibati tənbeh növü tətbiq edilib. 56 nəfər tətbiq edilmiş cəriməni ödəmədiyindən, cərimə ödənilənədək ölkə ərazisinə girişinə məhdudiyyət qoyulub.

“Əcnəbilərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, iş icazələrinin verilməsi, vətəndaşlıq məsələləri və xidmətin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı, ümumilikdə, xidmətə 10613 müraciət daxil olub həmin müraciətlərdən 8624-ü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlıdır”, – deyən Şahin Nəbiyev bildirib ki, aparılan uğurlu siyasət vaxtilə respublikanı tərk edib. Digər dövlətlərə getmiş Azərbaycan vətəndaşlarının da geri qayıtması tendensiyasına müsbət təsir edir. Cari il ərzində muxtar respublikada 2 nəfər Azərbaycan vətəndaşlığına qəbul olub. 1 nəfərin isə vətəndaşlığı bərpa edilib.

Maarifləndirmə mövzusuna xüsusi toxunularaq qeyd edilib. Xidmət tərəfindən mütəmadi olaraq bu istiqamətdə müxtəlif məzmunlu tədbirlər reallaşdırılır. Tədbirlərin yekununda onların muxtar respublikada fəaliyyət göstərən muzeylərə gedilir. Turizm məkanlarına ekskursiyaları da təşkil olunur.

Sonra məruzə ətrafında müzakirələr olub.

Kollegiya iclasında xidmətin 2020-ci il üçün iş planı təsdiq edilib.