Ev Blog Səhifə 13

Arzular gerçəkləşir: Daha qardaş qardaşın evinə icazə ilə gəlməyəcək

0
viza
Türkiyə və Azərbaycan arasında viza rejiminin qaldırılması və kimliklə gediş-gəliş ölkələrin sosial-iqtisadi gücünə də güc qatacaq
Gözlədiyimiz gün gəlir. Türkiyə ilə viza rejimi yaxın zamanda ləğv ediləcək.
İllərdir bu barədə danışılırdı, istəklər, arzular dilə gətirilir, müzakirələr aparılırdı.
Lakin məsələ həll olunamımış qalırdı. Biz qardaşıq. Türkiyə kimi bizə yaxın ikinci bir ölkə yoxdur. Bu, birmənalıdır. Qardaşlıq öz yerində. Zatən türklər qardaşdır. İstər Türkiyədə olsun, istər Azərbaycanda, istərsə ucsuz-bucaqsız Türküstan çölləri, Sibir yaylaları və əcdadımızın gedib çatdığı dünyanın o biri başı… Bəs, qardaş qardaşının evinə icazəyləmi getməlidir?!
Məlumdur, tarixi proseslər, siyasi mənzərə arzuların gerçəkləşməsinə heç də hər zaman imkan vermir. Yolumuzun kəsildiyi, rahat qovuşmamıza əngəl zamanlar olub. Amma şükür ki, bu gün Azərbaycan da Türkiyə Cümhuriyyəti kimi regionda söz sahibi bir ölkə, güclü dövlətdir. Və artıq öz müqəddəratımızı özümüz həll edirik. Azərbaycan dövlətinin həllinə çalışdığı, inşallah, nail olacağı məsələlərdən biri də Türkiyə ilə aramızdakı viza rejiminin ləğvidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin Azərbaycan üçün hansı dəyərə malik olduğunu dəfələrlə bəyan edib. İki dövlətin başçıları möhkəm qardaşlıq bağlarını bütün sahələrdə siyasi-ictimai, hərbi və iqtisadi müstəvidə nümayiş etdiriblər. Hazırda həllini gözləyən məsələ viza rejiminin ləğvidir. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov da bir neçə gün öncə keçirilən vebseminarda danışıb.
“Azərbaycan və Türkiyə arasındakı münasibətlər elə bir səviyyədədir ki…”
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov BMTM və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda çıxış edərkən bildirib ki, iki ölkə arasında gediş-gəlişin asanlaşdırılması üçün müxtəlif üsullar var və müəyyən tədbirlərin görülməsi tələb olunur.
“Türkiyə artıq şəxsiyyət vəsiqəsi ilə səfərləri bəzi ölkələrlə həyata keçirir. Niyə bu, Azərbaycanla da olmasın?” deyən X.Xələfov qeyd edib ki, Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri zamanı bu ölkənin XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşdə müvafiq məsələ müzakirə olunub: “İşçi qrupları səviyyəsində təmaslar quruldu. Texniki baxımdan bu məsələnin həyata keçirilməsi üçün sənədləşdirmə işləri aparılır. İnanıram ki, yaxın zamanlarda bu məsələnin praktiki həllinə nail olacağıq. Çünki bunun üçün heç bir maneə və məhdudiyyət yoxdur”.

Viza rejiminin ləğvi nə vəd edir?

Hər iki ölkə vətəndaşları viza rejiminin ləğvini intizarla gözləyir. Məsələnin mənəvi yükü öz yerində, vətəndaşlara xeyri də əlbəttə böyük olacaq. İnsanlar sərbəst gediş-gəliş imkanı əldə edəcək, ölkədə qalmaq müddətini uzatmaq üçün idarələrə baş vurmalı olmayacaq. İqtisadi, ticari, mədəni əlaqələrdə inkişaf əldə ediləcək. Məlumdur ki, son illərdə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı artmaqdadı. Tələbələrin ölkəyə gəlişi və geri dönüşündə də əlavə problemlər yaşanmayacaq. Hansı tərəfdən baxılırsa baxılsın, Türkiyə ilə aramızda viza rejiminin olması iki qardaş ölkə üçün heç münasib görüntü deyil.
İctimai xadim Azər Allahverənov Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğvi məsələsini hələ 2017-ci ildə gündəmə gətirdiyini dedi:
– 2017-ci ildə mən bununla bağlı məqalə ilə çıxış etmişdim (28.03.2017-ci il. ə Cebheinfo portalı, “Azərbaycanla Türkiyə arasında pasportsuz səfər: Mane olan kimdir?”) və Azərbaycanla Türkiyə arasında xarici pasportsuz gediş-gəlişin mümkünlüyü barədə danışmışdım. Nəhayət, bu ilin avqustunda Türkiyənin XİN naziri cənab Mövlud Çavuşoğlu bu sahədə təşəbbüslə çıxış etdi. Bir az uzun zaman çəkdi, amma yenə də gözümüz aydın və xeyirli olsun. Vəziyyət necədi? Türkiyə Ukrayna və Gürcüstanla bu cür gediş-gəlişi təmin edib artıq. Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş viza rejimi olsa da, şəxsiyyəti təsdiq edən daxili sənədlərlə gediş-gəliş mümkün deyil. Türkiyə ilə ölkəmiz arasında bu cür gediş-gəlişin təmininə əsas maneənin təhlükəsizlik məsələləri olduğu deyilir. Amma son illərdə hər iki ölkənin təhlükəsizlik sistemi o qədər mükəmməlləşib ki, bu maneəni aradan qalxmış saymaq olar. Çünki 2017-ci ilə nisbətən təhlükəsizlik sistemi indi daha təkmildir. Bu, hər iki dövlətə aiddir. Üstə gəlin tarixi şəraiti.
Yeni biometrik pasportlara sahiblənməliyik
Hazırda iki ölkə arasında sadələşmiş viza rejimi qüvvədədir. Vətəndaşlar ölkə ərazisində 90 gün vizasız qala bilər. İstər Türkiyə vətəndaşı, istər Azərbaycan vətəndaşı ölkə ərazisinə daxil olduqda, əgər orada 15 gündən artıq qalacaqsa, o zaman olduğu yer üzrə qeydiyyata düşməlidir. 90 gündən artıq qalacaqsa, ilk 30 gün ərzində bununla bağlı aidiyyəti orqana müraciət etməli, qalmaq üçün əsasını, səbəbini göstərməli və qalmaq izni almalıdır.
Amma vizasız gediş-gəliş bunların hamısının ləğvi, insanların rahat bir şəkildə səyahət etmələri, yaxud qonaq qalmaları, hansısa işlərini asanlıqla həyata keçirmələrinə imkan yaradacaq. Bilirik ki, Türkiyə ilə aramızda miqrasiya kifayət qədər intensivdir. Pandemiya dövrünə qədər belə idi, şübhəsiz pandemiya bitdikdən sonra yenə əvvəlki vəziyyətə qayıdılacaq.
Türkiyə ilə yaxınlığımızı ifadə etmək üçün əlavə sözə, şərhə ehtiyac yoxdur. Qalır, məsələnin təhlükəsizlik tərəfi. Buna təhlükəsizlik də deməyək, müasir dünyanın miqrasiya tələbləri adlandıraq. Məlumdur ki, hazırda dünyada biometrik pasportlar qüvvədədir. Bu elə bir sənəddir ki, insan haqqında bütün lazımi məlumatlar orada toplanmış halda olur.
Biz viza rejimini ləğv edəcəyiksə, Türkiyəyə hazırkı şəxsiyyət vəsiqələri ilə gedə bilməyəcəyik. Yeni biometrik pasportlara sahib olmağımız lazım gələcək.
Artıq dünya insanların bir sənədlə hərəkətinin təmin edilməsi mərhələsindədir. Elə bir sənəd ki, orada şəxsiyyətin təsdiqindən tutmuş bank hesabınadək hər bir məlumat olsun. Biometrik pasportlar məhz bu imkanı yaradır. Vətəndaş haqqında bütün zəruri məlumatlara əlçatanlıq təmin edildikdən sonra viza rejiminə ehtiyac belə qalmır. Əlbəttə, Türkiyə ilə aramızdakı viza rejiminin ləğvi hər iki dövlətin vətəndaşlarının ürəyincə olan məsələdir. Biz qardaşıq, qardaşlıq bağlarımızın möhkəmliyi söhbət mövzusu belə deyil. Viza rejiminin ləğvi isə vətəndaşlara üstünlük, rahatlıq və ən əsası mənəvi stimul verəcək.
Bu, ölkələrin sosial-iqtisadi gücünə güc qatacaq
Türkiyədə yaşayan araşdırmaçı-yazar, Azərbaycan Eyitim və Kültür Dərnəyi başkanı Aygün Həsənoğlu qeyd etdi ki, viza rejiminin ləğvi, təbii ki, arzuolunandır:
– Uzun illərdir bizlər bu məsələni qaldırırdıq. Görünür, hər məsələnin yetişəcəyi bir zamana ehtiyac var. Əgər Azərbaycan nəhayət ki, bu məsələdə razılaşarsa, bu iki ölkə arasında yalnız gediş-gəliş sərbəstliyi olmayacaq. Həm də hər iki ölkənin sosial-iqtisadi gücünə güc qatacaq, turizmi inkişaf etdirəcək. Hər şeydən əvvəl Türkiyədə işləyib Azərbaycana pul göndərən vətəndaşlarımızın ən böyük probleminin həlli demək olacaq. Amma bu gün qısa müddətə gəlib geri qayıda bilməyən insanlarımız təyyarəyə bilet almağa pul tapa bilmirlərsə, hələ də normal uçuşlar bərpa edilmirsə, avtobus yolu açılmırsa, bu proqnozun gerçəkləşməsi hələ uzaqda görünür. Hələ də Türkiyə və Azərbaycan arasında gediş-gəlişdə, kömrükdə bu qədər çətinliklər varsa, gömrük qiymətləri bu qədər bahadırsa, bu yalnız təəssüf doğurucudur. Gecikirik…
Düşmənə göz dağı, dostlara göz aydınlığı
Hazırda Türkiyədə yaşayan azərbaycanlı jurnalist, Türkiyə Jurnalistlər Birliyi Ankara şöbəsinin başqanı, “Gazeteanka” portalının baş redaktoru Oktay Hacımusalı hesab edir ki, viza rejiminin ləğvi qardaş ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, Türkiyə və Azərbaycan vətəndaşlarının yaxınlaşmasına töhfə verəcək, həm dövlət, həm də hər iki ölkə ictimaiyyətinin maraqlarına xidmət edəcək, insanların sevincinə səbəb olacaq addımdır:
– Bu çox sevindirici xəbərdir. Və sözsüz ki, “bir millət, iki dövlət” anlayışı ilə yaşayan Türkiyə və Azərbaycan xalqlarının yaxınlaşmasına töhfə verəcək addımdı. Azərbaycan və Türkiyə siyasi, iqtisadi, təhlükəsizlik müstəvisində həmişə birgə olub. İki dövlətdən birinin təmsilçisi olmayan tədbirlərdə “mən burdayam, qardaşımın əleyhinə danışa bilməzsiniz”, fikirlərini səsləndirib.
Cənab Prezident İlham Əliyev Yunanıstanın səfirini qəbul edərkən də eyni fikri səsləndirmişdi. Bu da mövqe, güc nümayişidir. İndi iki türk dövləti arasında bu proses başlayıb.
Bütün türk dövlətlərinə də sirayət edəcək. Ümid edək, perspektivli olar. Avropa Birliyi hazırda gözləntilər içindədir. Türkiyəni sıralarına qəbul etmək istəmirlər. Avropa çöküntü içindədir. Türkiyə isə regionda getdikcə güclənən dövlətdir. Perspektiv vəd edir. Ona qısqanclıqla yanaşılır. Avropa İttifaqındansa, eyni soy-kökünə, eyni dilə, eyni dilə, eyni fikir və düşüncəyə sahib olan qüvvələrlə birgə olmaq lazımdır. Azərbaycan Orta Asiyaya açılan qapıdır.
Orta Asiya ilə Türkiyənin münasibətləri istənilən səviyyədə deyil. Geosiyasi təhlükəsizlik məsələləri də var. Amma Azərbaycanla Orta Asiya daha yaxındır. Biz daha asan anlaşa bilirik. Çünki ortada 70 il birgə yaşadığımız SSRİ dönəmi var. Ona görə də Türkiyə, Azərbaycan və Orta Asiya birlikdə fəaliyyət göstərməlidir. Birgə fəaliyyət vizasız gediş, vahid pul, ortaq mədəniyyət, ortaq dil deməkdir. Bunlar mütləq olmalıdır. İnanıram ki, səylərimiz müsbət sonuclara gətirib çıxaracaq. Vizasız gediş-gəliş düşmənə göz dağı, dostlara göz aydınlığı gətirən addım olacaq.
Türkiyə ilə aramızda bağlı qapı olmamalıdır
Hazırda Türkiyədə ailəsiylə birgə yaşayan və çalışan jurnalist dostumuz
Məhsəti Şərif Özyürek viza rejiminin ləğvinə hədsiz sevindiyini bildirdi:
– Əslində Türkiyə və Azərbaycan arasında viza rejimi və pasport rejiminin qaldırılması məsələsi uzun zamandı müzakirə olunur. Viza üçün pulların ödənişi ləğv olunub.
Amma viza rejimi qalır. Türkiyənin bir çox ölkələrlə, məsələn, Gürcüstan, Rusiya kimi ölkələrlə viza rejimi uzun zamandır ləğv edilib. Türkiyə vətəndaşları qardaş ölkə Azərbaycana da bu sistemin tətbiq edilməsini istəyir. Türkiyə və Azərbaycan üçün bağlı sərhəd olmamalıdır. Bu, iki ölkə arasındakı dostluq, qardaşlıq və yaxın siyasətə də ziddir.
Amma təbii ki, dövlət adamları bu qərarı siyasi yöndən dəyərləndirərək verəcək. Umid edirik ki, yeni ildən vizasız, kimliklə (şəxsiyyət vəsiqəsi ilə) gediş-gəlis tətbiq ediləcək.

DİQQƏT: AZAL-da aviabiletlərin qaytarılması (void) zamanı bu qayda keçərlidir

0
Azal

“Azərbaycan Hava Yolları” QSC xüsusi uçuşlarına aviabiletlərin rəsmiləşdirilməsindən 1 saat sonra, aviabiletlərin qaytarılması, tətbiq olunan tarifin müvafiq qaydalarına əsasən həyata keçirilməlidir.

Gezmeli.az Turizmplus.az-a istinadən xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb. Məlumata əsasən, aviabilet rəsmiləşdirildikdən sonrakı 1 saat ərzində qaytarıla (void) bilər. Əgər, 1 saatdan çox müddət ötübsə aviabiletlərdən müvafiq cərimə tutularaq yalnız “Refund” olunmasına icazə verilir.

İtaliyanın məşhur səyahət portalı Bakının Balaxanı qəsəbəsindən yazır – FOTO

0
Balaxanı

Son zamanlar çoxsaylı internet səhifələrində və sosial media platformalarında Balaxanı qəsəbəsi ilə bağlı yayılan fotolar İtaliyanın məşhur “Si Viaggia” səyahət portalının diqqətini cəlb edib.

Məqalə portalda “Turistləri və blogerləri heyran edən Azərbaycan qəsəbəsi” adı altında dərc olunub.

Bu barədə paralel.az-a Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, yazıda Azərbaycanın son zamanlarda böyük marağa səbəb olan turizm marşrutlarından birinə çevrilib. Ölkənin Formula 1 Qran Pri yarışları kimi mötəbər tədbirlərin keçirilməsi ilə müxtəlif televiziya kanallarının və sosial mediada fotolar paylaşılıb. Bu tanınmış blogerlərin böyük marağına səbəb olduğu bildirilir.

Yazıda son dövrlərdə Azərbaycanda turizm sektorunun sürətlə inkişaf etdiyi haqqında məlumat verilib. Məşhur paytaxt Bakı ilə yanaşı, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şəkinin, eləcə də Qəbələ və Quba kimi digər şəhərlərin, turizm marşrutları boyunca yerləşmiş çoxsaylı yeni məkanların getdikcə daha çox tanındığı qeyd edilir.

Bu xüsusda, Balaxanı qəsəbəsinin Azərbaycanın incilərindən hesab olunduğu, indiyə kimi o qədər də tanınmış turizm məntəqəsi olmamasına baxmayaraq, qəsəbənin rəngarəng görüntülərinin artıq çoxsaylı internet portallarında, xüsusilə blogerlər tərəfindən “Instagram” sosial mediya platformasında yer aldığı qeyd olunur. Bildirilir ki, Balaxanı dünyanın ən qədim neft hasilatı nöqtələrindən biri kimi tanınır.

Yazıda qeyd olunur ki, bir vaxtlar sənaye qəsəbəsi olan Balaxanı bu gün artıq rəngarəng bir məkana çevrilib. Tarixi abidələr və mədəniyyət yerləri ilə zəngin olan qəsəbənin turizm idarəsi Balaxanının təbliğini yerli əhalini də cəlb etməklə həyata keçirir. Qəsəbə haqqında axtarış edərkən sosial mediada ağ və mavi evlərin, gözəl dekorativ elementlərlə bəzədilib. Kiçik quş yuvaları yerləşdirilmiş divarların fotolarına da rast gəlinir.

Yazıda bütün bunların fonunda Azərbaycanın “Instagram” blogerlərini heyran edərək davamlı olaraq çoxsaylı “selfie” çəkdirməyə sövq edən bu cür çoxsaylı məkanlarının mövcud olduğu diqqətə çatdırılır.

Yazı ilə buradan tanış ola bilərsiniz.

Karantin məkanı kimi istifadə edilən hotellərin fəaliyyəti bərpa edildimi – AÇIQLAMA

0
otel
Kənan Quluzadə: “Bu günədək hotellərdə monitorinq zamanı heç bir koronavirus faktı qeydə alınmayıb”
Bakıda və bölgələrdə yerləşən bir çox hotellər müvəqqəti fəaliyyət növlərini dəyişərək koronavirusla mübarizə sahəsinə cəlb edilmişdi. Yəni bu məqsəd üçün ayrılan hotellər karantin məkanları kimi istifadəyə verilmişdi.
Xüsusən xarici ölkələrdən gələn şəxslər dərhal həmin hotellərdə karantin altına alınır, onlardan testlər götürülür, təxminən 14 gün müddətində yeməklə təmin olunurdular. Təkrar test nəticəsi müsbət çıxan şəxslər isə dərhal karantin zonasından xəstəxana müalicə rejiminə keçirilirdi.
Bəs hazırda karantin məkanları kimi istifadə edilən hotellərlə bağlı vəziyyət nə yerdədir? Bu hotellər də digərləri kimi normal fəaliyyətə geri dönüb, yoxsa?
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mövqeyini öyrənməyə çalışsaq da, çoxsaylı zənglərimiz cavabsız qaldı.
Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Nazirlər Kabineti 8 avqust 2020-ci ildə koronavirus pandemiyası dövründə ölkədə mehmanxanaların fəaliyyətinin təşkili qaydalarını təsdiq edib. Həmin qərara uyğun olaraq mehmanxanalarda monitorinq keçirilməsi digər aidiyyəti dövlət qurumlarına həvalə edilib:
“24 avqust tarixindən başlayaraq Dövlət Turizm Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Vergilər Xidməti və Səhiyyə Nazirliyinin əməkdaşları həftədə iki dəfə olmaqla, ölkədə fəaliyyətdə olan hotellərdə monitorinqlər keçirirlər. Bu monitorinqlər ümumilikdə 229 hoteli əhatə edir. Hazırda onların 158-i fəaliyyətdədir, 79-u isə fəaliyyətini dondurub. Monitorinq zamanı daha 5 hotel fəaliyyətini bərpa edib. Çünki sahibkarlar gördülər ki, mövcud qaydalar çərçivəsində fəaliyyətlərini qura bilərlər”.
Karantindən sonra turizm obyektləri necə fəaliyyət göstərəcək – Kənan Quluzadə danışır
Kənan Quluzadə qeyd etdi ki, həmin qaydalar ümumən 174 xidmət sahəsini əhatə edir:
“Bura hotellərin girişindən tutmuş, sanitar qovşağı, iaşə, əyləncə xidmətləri daxildir. Hətta hər bir hotelə fəaliyyətlərinə uyğun bal göstəricisi də verilir. Məlum olduğu kimi, bütün hotellərdə 174 xidmətin hamısı yoxdur. Bunu ümumi faiz etibarı ilə hesablayırıq.
Bütün hotellərin personalı həftədə bir dəfə koronavirusla bağlı testdən keçirilirdi. Həmçinin müştərilər də testdən keçirilirdi. Lakin Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nda dəyişiklik etdi və bu şərtlər ləğv edildi.
Monitorinqlər onu göstərdi ki, qeyd olunan qaydaların demək olar ki, 90 faizinə riayət olunur. Bu günədək hotellərdə monitorinq zamanı heç bir koronavirus faktı qeydə alınmayıb. Hər bir hoteldə karantin otaqları ayrılıb. Həm monitorinqi aparanlar, həm də hotelin personalı, turizm könüllüləri üçün treninqlər, təlimatlar keçirilib və bunlar mütəmadi davam etdirilir”.

Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib

0
turizm

Ötən il Dövlət Statistika Komitəsinin Tədqiqat və statistika sektoru tərəfindən ölkəni tərk edən turistlər arasında sorğu təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sorğu qonaqların Azərbaycan haqqında təsəvvürlərini anlamaq məqsədilə təşkil edilib. Sorğunun nəticələrinə əsasən, əcnəbi turistlər arasında ən məşhur regionlar Qəbələ, Quba, Şəki, Qusar, Şamaxı, Gəncə və Naftalan kimi şəhərlər olub. Ən məşhur görməli yerlər tarixi məkanlar (70 faiz) və məşhur abidələr (55 faiz) hesab olunub. Xarici turistlər əsasən şəxsi təhlükəsizlik və rahatlıq, yerli insanların mehribanlığı və yerli mətbəxin keyfiyyətindən məmnundurlar, yerləşdirmə vasitələri, suvenir və aviabiletlərin qiymətlərindən isə nisbətən narazıdırlar.

Sorğu dörd şəhərdə – Quba, Şəki, Lənkəran və Gəncədə həm xarici, həm də yerli turistlərlə üz-üzə müsahibələr əsasında aparılıb. Sorğu nəticələrinə əsasən hər şəhər üçün əsas turizm məkanları və turizm fəaliyyət növləri aşkar edilib.

Bibiheybət də Balaxanıya oxşayacaq – FOTO

0
Bibiheybət
Yeni şəkillərdən görünür ki, Bibiheybət qəsəbəsi Balaxanının görkəmini alacaq. Qeyd edək ki, qısa müddət ərzində dəyişən Balaxanı yerli turistlərin böyük marağını cəlb edib
 Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi yenilənəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Səbail rayon icra hakimiyyəti başçısının müavini Vüqar Şıxməmmədov məlumat verib. Yeni şəkillərdən görünür ki, Bibiheybət qəsəbəsi Balaxanının görkəmini alacaq.
Bibiheybət
Qeyd edək ki, Balaxanı qəsəbəsinin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və tuzim məkanına çevrilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Turizm Agentliyi və “Bakı Abadlıq Xidməti” MMC birgə əməkdaşlıq edib və qəsəbədə xeyli iş görülüb. Qısa müddət ərzində Balaxanı yerli turistlərin böyük marağını cəlb edib.
Bibiheybət

Mehmanxanalara növbəti mediatur təşkil olunub

0
Mediatur
Sentyabrın 16-da Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Səhiyyə Nazirliyi tərəfindən mehmanxanalarda növbəti monitorinq keçirilib.
AZƏRTAC xəbər verir ki, monitorinq prosesinin ictimaiyyətə çatdırılması məqsədilə “Landmark” və “Stalybridge Suites Baku” hotellərinə mediatur təşkil edilib.
Dövlət Turizm Agentliyinin tabeliyində olan Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov jurnalistlərin suallarını cavablandırıb. Bildirib ki, bütün dünyada tüğyan edən COVID 19 pandemiyası Azərbaycandan da yan keçməyib. Bununla da turizm sektoruna böyük zərbə vurmuş olub. Buna baxmayaraq təsdiq olunmuş qaydalara əsasən ölkəmizdəki mehmanxanalar fəaliyyətini bərpa edir. Qonaqları qəbul etməyə hazırdılar. Burada əsas məqamlar mehmanxanalarda sosial məsafənin gözlənilməsi, dizinfeksiya maddələrindən istifadə edilməsi, qəbul etdikləri qonaqların hərarətinin ölçülməsindən ibarətdir.
“Bakıda yalnız 65, ümumilikdə isə ölkə üzrə 229 mehmanxanada monitorinqlər keçirilib. Onların 80 faizində qaydalara tam riayət edilir. Bəzi hotellər ilk həftələrdə qəbul edilən standartlara cavab verməsə də, aparılan maarifləndirmə işlərindən sona nəticənin müsbətə doğru dəyişdiyini söyləyə bilərik”, – deyə Rüfət Bağırov əlavə edib.
Bildirilib ki, monitorinq çərçivəsində işçi heyətin və qonaqların təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi səviyyəsi yoxlanılır. Tələblərə cavab verən mehmanxanalar Dövlət Turizm Agentliyi tərəfindən “SAHMAN” – sanitariya və gigiyena nişanı ilə təmin edilir.
Vurğulanıb ki, virusun turizmə vurduğu zərbəni minimuma endirmək lazımdır. Obyektlərə yardımçı olmaq məqsədilə dövlət sosial paketlər hazırlayır.

Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin rəisi Zaur Kərimov deyib: “Monitorinqlər zamanı mehmanxanaların qida blokunda normalara və metodik göstərişlərin tələblərinə riayət edilməsi agentliyin əməkdaşları tərəfindən qiymətləndirilib. Bu zaman işçilərin xüsusi geyimlərlə təmin olunmasına, mətbəxdə və qida qəbulu zallarında təmizlik işləri apararkən müvafiq dizinfeksiyaedici maddələrdən istifadə edilməsinə diqqət yetirilib. Mətbəxlərlə bağlı müəyyənləşdirilən tələblərə əsasən qida məhsullarının səthi örtülü saxlanmalı və istifadə olunmuş qida yeniləri ilə qarışdırılmamalıdır. Qidanın saxlanılmasında müvafiq xüsusiyyətlər də nəzərə alınmalıdır”.

Qeyd edək ki, monitorinqlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən bu qaydaların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə keçirilir.

BMT: Pandemya beynəlxalq səyahətlərin 65% azalmasına səbəb olub

0

BMT-nin Dünya Turizm Barometrinin (UNWTO) yeni hesabatında koronavirus pandemiyasının ilin birinci yarısında beynəlxalq səyahətlərin 65 faiz azalmasına səbəb olduğu bildirilib.

Dünya Turizm Barometrinin bildirdiyinə görə, bu il yanvar-iyun ayları arasındakı beynəlxalq səyahətlərdəki kəskin azalma səbəbindən turizmin gətirdiyi 460 milyard dollarlıq gəlir itirilib.

Bu, 2009-cu ildəki qlobal maliyyə böhranı fonunda beynəlxalq turizmin itirdiyindən beş dəfə çoxdur.

BMT-nin açıqlamasında deyilib ki, turizmin 2019-cu ildəki səviyyəyə qayıtması üçün iki illə dörd il arasında vaxt tələb oluna bilər.

Hesabatda COVID-19 təsirinə ilk olaraq Asiya və Sakit okean bölgələrini məruz qoyduğu və ümumilikdə bu bölgələrdə altı ay ərzində turizmin 72 faiz azalmasına səbəb olduğu deyilir.

2020-ci ilin birinci yarısında turistlərin 66 faiz azalması ilə Avropa dünyanın ən çox zərər şəkən ikinci regionu olub. Amerika, Afrika və Yaxın Şərq regionlarında da xeyli azalma müşahidə olunub.

Hesabatda sentyabr ayının əvvəlindən etibarən beynəlxalq istiqamətlərdə səyahətlərə məhdudiyyətlərin 53 faiz azaldığı göstərilib. Lakin Dünya Turizm Barometri mövcud tendensiyalara əsaslanaraq, 2020-ci ilin sonuna qədər beynəlxalq turizmdə ümumi olaraq 70 faiz azalma olacağını təxmin edir. Bu rəqəmin arta biləcəyi də deyilir, belə ki, bəzi istiqamətlərə beynəlxalq səyahət məhdudiyyətləri bərpa edilməyə başlayıb.

1 gecə 2 günlük turlar

0
turlar

? Azərbaycanın hal-hazırda ən çox görməli yerlərinə 1 gecə 2 günlük turlar bizdən, sifariş sizdən.

Tarix: 19-20 Sentyabr

?Toplanış: Gənclik mall
Cıxış: 19.09.2020 06:30
Bakıya çatmaq: 20.09.2020 21:00

Ekskursiyalar:
1️⃣ Gəncə-Göygöl turu ( Gecələmə: Gəncə Deluxe Hotel 4*)
85 Azn

? Ekskursiyalar: Gəncə Imamzadə, Nizami məqbərəsi, Butulka ev, Xan Bağı, Heydə Əliyev adına park, Hamam, Filarmoniya, Göygöl, Hacıkənd

2️⃣ Qax-Şəki-Oğuz turu (Gecələmə: Qax İlisu Ulu Hotel 4) 85 AZN ? Ilisu, İlisu Şəlaləsi,Ulu korpu, Xan sarayı Karvansaray, Əliəhməd şirniyyat evi, Tacirlər küçəsi ————–‐—————– 3️⃣ Lənkaran-Lerik turu ( Gecələmə: Palmolife Hotel 4)
85 AZN
? Samovar Çayı abidəsi, Qala Qapıları, Lənkəran dəniz sahili, Lənkəran bazarı, Lerik Günəş şəlaləsi, Diri Baba piri
————–‐—————–
4️⃣Quba- Qusar- Laza turu (Gecələmə: Quba Eko Village)
79 AZN
? Quba Çənlibel gölü, Qəçreş meşəsi, Qırmızı qəsəbə, Qusar Laza şəlaləsi

Qiymətə daxildir:
?Vip Viano (7 nəfərlik)
? Qeyd etdiyimiz bölgələrdə ekskursiya
? 2 dəfə səhər yeməyi
? Fotoçəkiliş
? Hoteldə gecələmə
? Tur rəhbər
?Turistlər maska və spirt ilə təmin olunur.
☕ Çay Süfrəsi

?️Üstünlüklərimiz:
✅Gigiyena qaydalarına tam riayət
Professional fotoqraf
✅Operativ çavab
✅24/ 7 xidmətinizdəyik

⛔Qeyd:
1️⃣Səhhətində problem olanlar turda iştirak etməyi qadağandır.
2️⃣5 yaşına kimi uşaqlara tur ödənişsizdir yer tutmamaq şərti ilə.
3️⃣Hər bir turist hal-hazırdakı vəziyyətə görə maxsimum qorunmalı və qaydalara riayət etməlidir
4️⃣ Qızdırma yoxlanıldıqdan sonra normadan artıq gəldikdə turist avtobusa buraxılmır və ödənişi tam olaraq qaytarılır.
5️⃣ Minimal 7 nəfərlik qrup yığıldıqda öz istəyivizə uyğun tarix, bölgələrə tur və istəyə uyğun olaraq toplanış ünvanını siz təyin edə bilərsiz
6️⃣ Əlavə xərclər turun qiymətinə daxil deyil( bilet və s.)

Əlaqə nömrəsi 070-264-60-30

Tailand uzunmüddətli turistlərə viza verməyə başlayacaq

0
Tailand

Tailand ölkədə 90 – 280 gün arasında qalmağı planlaşdıran xarici turistlərə oktyabr ayından etibarən xüsusi viza verməyə başlayacaq. Qərar Tailandın baş naziri Prata Chan-Ocha tərəfindən qəbul edilib.

Banker.az xəbər verir ki, bu barədə hökumət nümayəndəsinə istinadən “Bloomberg” məlumat verib.

Bildirilir ki, ölkəyə gəldikdən sonra turistlər ilk 14 günü karantində keçirməli olacaqlar. Tailand hökuməti hər ay təxminən 1200 nəfərin bu cür vizalardan istifadə etməsini gözləyir ki, bu da dövlətə 1,2 milyard bat (38,5 milyon dollar) qazandıracaq.

Qeyd edək ki, uzunmüddətli turistlərə viza verməyə başlamaq qərarından sonra Tailandın bəzi şirkətlərinin səhmləri bahalaşıb. Özündə turizm və asudə vaxtla əlaqəli şirkətləri birləşdirən səbətdə şirkətlərin indeksi 4,5% artıb. “Еrawan Group” və “Central Plaza Hotel” otel operatorlarının qiymətli kağızları 8%-dan çox bahalaşıb.

Tailandın əsas məqsədi turizmdən asılı olan iqtisadiyyatını canlandırmaqdır. Agentlik vurğulayır ki, koronavirus pandemiyasından əvvəl xaricdən gələn qonaqlar ölkənin turizm sektorundan əldə etdiyi qazancın üçdə iksini təşkil edib. Ölkənin Mərkəzi Bankının böyük direktoru Don Nakorntaba söyləyir ki, sərhədlərin açılması riskli ola bilər, lakin bu addım buna dəyər.

Xatırladaq ki, Tailand sərhədlərin açılmasını keçən həftə təxirə salıb.