Ev Blog Səhifə 14

BMT pandemiyanın dünya turizminə vurduğu nəhəng məbləği açıqladı

0
turizm

İlin birinci yarısında dünyada turizm axını koronavirus pandemiyası səbəbindən 65 faiz azalıb. Təxminən 440 milyon səyahət reallaşmayıb, nəticədə dünya turizm sektoru 460 milyard dollar itirib.

Gezmeli.az Qaynarinfoya istinadən xəbər verir ki, bu məlumatlar BMT Dünya Turizm Təşkilatı tərəfindən yayımlanıb.

Təşkilata görə, sənayenin zərərləri qlobal iqtisadi böhran səbəbindən 2009-cu ildəki itkilərdən təxminən beş dəfə çoxdur.

Koronavirus böhranından ən çox əziyyət Asiya çəkib: turizm axını 72% azalıb. Avropada 66, Afrika və Orta Şərqdə 57, Amerikada isə 55% azalma olub.

Turizm sektoru koronavirusa görə ilin ilk yarısında 460 mlrd. dollar itirib

0
turizm

Bu ilin birinci yarısında dünyada turizm sektorunun itkiləri 460 mlrd. ABŞ dolları təşkil edib.

Gezmeli.az “APA-Economics” istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatı məlumat yayıb.

Bildirilib ki, itkilər koronavirus pandemiyası səbəbi ilə tətbiq edilən məhdudiyyətlər səbəbindəən beynəlxalq səfərlərin azalması nəticəsində baş verib.

Təşkilatın məlumatında qeyd olunub ki, hesabat dövründə bütün dünyada beynəlxalq səfərlər 65% azalıb. Ən böyük zərbəni isə Asiya və Sakit Okean ölkələri alıb. Belə ki, bu istiqamətdə turistlərin hərəkəti 72% azalıb. Avropaya səfərlər 66%, ABŞ-a səfərlər 55%, Yaxın Şərq ölkələrinə səfərlər isə 57% azalıb.

Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvi ölkəmizə nə verəcək? – ŞƏRH

0
viza

“Dövlət Turizm Agentliyi olaraq daha çox ölkə ilə viza məsələlərinin sadələşdirilməsində, vizasız ölkələrin coğrafiyasının genişləndirilməsində maraqlıyıq”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə deyib.

O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında viza rejiminin 2019-cu ilin iyul ayından yüngülləşdirilməsindən sonra ölkəyə gələn Türkiyə vətəndaşlarının sayı artıb. Lakin bu ilin yanvar-fevral aylarını çıxmaq şərti ilə ölkəyə turist gəlmir:

“Təbii ki, viza rejiminin ləğv edilməsi ölkələr arasında gəliş-gedişin artmasına təkan verir. Bu, bütün dünya üzrə belədir”.

Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Türkiyə ilə Azərbaycan arasında viza rejimi tam aradan qaldırıla bilər və iki ölkə arasında münasibətlər buna imkan verir.

Azərbaycan Turizm Bürosunun Avropa ölkələri üzrə regional meneceri Xədicə Nəsirova Oxu.Az-a bildirib ki, Azərbaycanın 2019-cu ildə Türkiyə ilə vizaları ləğv etdiyindən sonrakı dövr ərzində Türkiyədən Azərbaycana gələn turistlər ortalama 17 faiz artıb. Bu, onun göstəricisidir ki, viza rejiminin aradan qaldırılması Türkiyədən Azərbaycana turist axınına qısa müddət ərzində kifayət qədər müsbət təsir göstərib:

“Nəzərə alsaq ki, səyahət planlaması müəyyən vaxt alır, bu rəqəm artımda yüksək say göstəricisidir. Viza sisteminin ümümiyyətlə ləğv edilməsi isə insanlarda qonşu ölkə haqqında daha pozitiv maraq yaradacaq, həm biznes əlaqələrin, həm də gəlmə turizmin müxtəlif sahələrinə müsbət təsirini göstərəcək. Qeyd edim ki, hazırda Türkiyədən turist gəlişi yoxdur”, – deyə o əlavə edib.

Qeyd edək ki, 2019-cu ilin 1 sentyabr tarixindən etibarən Azərbaycan Respublikası Türkiyə vətəndaşları üçün viza tələbini ləğv edib. Bu, 30 günədək müddətə səfər etmək istəyən Türkiyə vətəndaşlarına şamil edilib.

Regionlardakı hotellərdə bahalaşma varmı? – Açıqlama

0
turizm

Regionlardakı hotellərdə qiymət bahalaşması demək olar ki, yoxdur. Yalnız həftənin son günlərində az qiymət fərqləri müşahidə olunur.

Bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, sentyabrın 8-dən regionlara gediş-gəliş məhdudiyyəti götürülüb: “Vətəndaşlarımız öz istirahətlərini regionlarda keçirə bilərlər. Hotellər açıqdır və müştəriləri gəbul edirlər. Ötən həftənin şənbə-bazar günlərində regionlardakı hotellərdə demək olar ki, boş yer yox idi”.

G.Qəhrəmanov əlavə edib ki, hazırda paytaxtdan yalnız şəxsi nəqliyyat vasitələri və ya taksilərdən istifadə etməklə regionlara gedib-gəlmək mümkündür:

“İritutumlu avtobusların gediş-gəlişinə müvəqqəti olaraq məhdudiyyətlər var. Hotellər fəaliyyətə başlasa da, nəqliyyatın təşkilinə qoyulan məhdudiyyətlə əlaqədar yerli turizm şirkətləri qrup turları təşkil edə bilmirlər. Nəzərə alaq ki, daxili turizmlə məşğul olan şirkətlər qrup turlarına daha çox üstünlük verirlər. Bu, turistlərə həm də qiymət baxımından ucuz başa gəlir. Amma aydın məsələdir ki, insanların sağlamlığı daha vacibdir. Ümid edirik ki, bu məsələlər də mərhələli şəkildə öz həllini tapacaq”.

G.Qəhrəmanov əlavə edib ki, Dövlət Turizm Agentliyi tərəfindən hazırlanmış SAHMAN proqramının tələblərinə əməl edilmə vəziyyətinin yoxlanılması üçün respublikadakı hotellərdə monitorinqlər keçirilir. SAHMAN proqramında yer alan standartlar hotellərdə COVİD-19-a yoluxma risklərini azaldır.

Ümumdünya Turizm Təşkilatının illik toplantısı Gürcüstanda keçiriləcək

0
Gürcüstan

Sentyabrın 16-17-də Gürcüstanda BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) illik iclası keçiriləcək.

Gezmeli.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili bildirib.

Onun sözlərinə görə, Gürcüstan pandemiya dövründə vacib beynəlxalq tədbirə ev sahibliyi edən ilk ölkə olacaq: “Sentyabrın 16-17-də Gürcüstan BMT-nin Dünya Turizm Təşkilatının ən vacib tədbirinə ev sahibliyi edəcək. Gürcüstanın ÜTT tərəfindən ev sahibi ölkə olaraq seçilməsi ölkənin hələ də “yaşıl ölkələr”in siyahısında olması ilə əlaqədardır. Təşkilatın illik iclası hər il Madriddə keçirilirdi, lakin bu il tədbir istisna olaraq İspaniyadan kənarda keçiriləcək”.

Ölkədəki mehmanxanaların sayı artıb

0
mehmanxana

Dövlət Statistika Komitəsi 2019-cu ildə 642 mehmanxana və mehmanxana tipli müəssisəni qeydə alıb ki, bu da 2018-ci illə müqayisədə 7,7 faiz artım deməkdir.

AZƏRTAC “İllik turizm statistikası 2019”a istinadla xəbər verir ki, ümumilikdə mehmanxanaların üçdəbirinə yaxın hissəsi Bakıda yerləşir. Mehmanxana sayına görə Xaçmaz, Masallı, Quba və Lənkəran şəhərləri də üstünlük təşkil edir.

2018-ci illə müqayisədə 2019-cu ildə mehmanxanalarda gecələmələrin ümumi sayı 10 faiz artaraq 1,91 milyon nəfərə çatıb. Onların 69 faizini əcnəbi, 31 faizini isə yerli turistlər təşkil edir. Gecələmələrin sayına görə xarici qonaqlar Bakı, Qəbələ, Naxçıvan və Şəkiyə üstünlük verdiyi halda, yerli turistlər əsasən Qusar, Naftalan, Lənkəran, Şabran, Xaçmaz, Qax və Şamaxını seçiblər.

Mehmanxanalarda yerləşdirilən əcnəbi qonaqlar əsasən Səudiyyə Ərəbistanı, BƏƏ, Rusiya, Türkiyə, İsrail, və Hindistan vətəndaşları olub. Mehmanxana və mehmanxana tipli müəssisələrin əldə etdiyi ümumi gəlir 450 milyon manata yaxın olub. Bu göstərici 2018-ci illə müqayisədə təxminən 25 faiz artmışdır.

Ötən il 5,57 milyon Azərbaycan vətəndaşı xaricə səfər edib

0
Turizm

2019-cu ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının ümumi sayı 13,4 faiz artaraq 5,57 milyon nəfər olub.

Gezmeli.az Azertac-a istinadla xəbər verir ki, Azərbaycan vətəndaşlarının əsas səfər etdiyi ölkələr İran, Gürcüstan, Rusiya, Türkiyə və Ukrayna olub. Bu ölkələr 2019-cu ildə ümumi səfərlərin 95 faizini əhatə edib.

Azərbaycan vətəndaşları xarici ölkələrə əsasən istirahət məqsədilə səfər ediblər. İstirahət məqsədilə edilən səfərlər ümumi xarici səfərlərin 29 faizini təşkil edib. Getmə turizmində ümumi xərclərin həcmi 2,4 milyard AZN təşkil edib ki, bura nəqliyyat (29,6 faiz), yerləşmə (19,3 faiz), qidalanma (16,6 faiz), alış-veriş (24,2 faiz) və digər xərclər (10,3 faiz) daxildir.

Hökumətdən turizmə dəstək: Aksiya 13 gün davam edəcək

0
turizm

Şanxayda iqtisadiyyata dəstək məqsədi ilə turizm festivalı təşkil olunub.

Gezmeli.az Cebhe.info istinadən xəbər verir ki, festivalın keçirilmə məqsədi yerli iqtisadiyyatı dirçəltmək və stimullaşdırmaqdır.

Belə ki, minlərlə insan “Şərq Mirvarisi” adlı teleqülləni ziyarət edir, gecə turlarına qatılır və velosiped gəzintisinə çıxırlar. Festivalın 13 gün davam edəcəyi bildirilib.

Qeyd edək ki, “Şərq Mirvarisi” teleqülləsi hündürlüyünə görə, Asiyada üçüncü, dünyada isə 5-ci yerdə dayanır.

İtaliyada 90 min turizm və qastronomiya obyekti bağlanıb- Koronavirus böhranına görə

0
turizm

İtaliyada 90 min otel, turizm sektoruna aid ticarət obyekti, kafe, restoran və bar koronavirus böhranı ilə əlaqədar fəaliyyətlərini dayandırmalı olub. Əgər qarşıdakı aylarda dövriyyələrində yüksəliş olmasa, o zaman daha 600 min obyekti eyni aqibət gözləyir.

Azərtac xəbər verir ki, bu məlumat İtaliyanın Milli Ticarət Assosiasiyası “Confesercenti” tərəfindən aparılan araşdırmada əksini tapıb. Araşdırmada qeyd edilib ki, turizm və qastronomiya sahəsində fəaliyyət göstərən yarım milyon müəssisə işçiləri ixtisara salmaq və onların iş saatını azaltmaq məcburiyyətində qalıb. Assosiasiyanın üzvləri arasında aparılan sorğunun nəticələrinə görə, turizm obyektlərinin artıq yeddi faizi iflasa uğrayıb, hazırda isə hər iki müəssisədən biri belə bir təhlükə ilə üz-üzədir.

Kafe, restoran və barlar artıq qarşıdakı payız mövsümünü qorxu ilə gözləyirlər. Havaların soyuması ilə açıq havada müştərilərə xidmətin mümkün olmayacağını nəzərə aldıqda, qapalı məkanlardakı müştərilərin sayı da əvvəlki səviyyədə olmaya bilər. Yuxarıda qeyd edilən müəssisələrlə yanaşı, asudə vaxtın təşkili, mədəniyyət və idman obyektləri də böhrandan əziyyət çəkir.

Assosiasiyanın məlumatına əsasən, Şimali İtaliya regionlarında vəziyyət Cənubi İtaliya ilə müqayisədə nisbətən yaxşı hesab edilə bilər.

Qeyd edək ki, turizm sektoru İtaliyanın ümumi daxili məhsulunun 13 faizini təşkil edir və hər il milyonlarla turist bu ölkəyə səfər edir.

İspaniyanın iki turizm istiqaməti 2020-ci ilin ən populyar siyahısında yer alıb

0
turizm

“Tripadvisor” portalı “Travelers ‘Choice Awards 2020” reytinqini tərtib edib. Buraya 2020-ci ilin ən populyar turizm istiqamətləri daxil edilib.

Gezmeli.az AZƏRTAC istinadən xəbər verir ki, İspaniya Avropa siyahısında iki istiqamətlə təqdim olunub. Reytinqin 6-cı pilləsində Mayorka qərarlaşıb. Tenerife adası isə 13-cü yeri tutub.

35 ən yaxşı turizm istiqamətinin siyahısında İstanbul 8-ci, Manavqat – 27-ci, Antalya isə 29-cu pillədədir.

Reytinqə London başçılıq edir, ikinci və üçüncü yerləri isə Paris və Krit bölüşürlər.