Ev Blog Səhifə 373

Ölkəmiz növbəti beynəlxalq turizm sərgisində təmsil olunur- FOTOLAR

0

Azərbaycan turizmi Pekində keçirilən “COTTM 2018” beynəlxalq turizm sərgisində təmsil olunur

16-18 aprel tarixlərində Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən “COTTM 2018” beynəlxalq turizm sərgisində ölkəmizi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi  təmsil edib.  Bundan əlavə Azərbaycan Konqreslər Bürosu, “Şahdağ” Turizm Mərkəzi QSC, Azərbaycan Hava Yolları QSC (AZAL), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi”də olub. Publik hüquqi şəxs, eləcə də 18 yerli turizm şirkəti və 3 mehmanxana təmsil edilir.

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 40 kv.m sahədə xüsusi layihə əsasında milli stend quraşdırılıb. Sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün çin və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

Tədbirdə ölkəmiz ilə yanaşı, 70-a yaxın ölkə və 550-ə yaxın şirkət təmsil olunur.

YERALTI DÜNYANIN MÖCÜZƏSİ – Duzdağ mağarası

0

                                 Duzdağ mağarası

Naxçıvanı tanıyaq və tanıdaq layihəsi çərçivəsində Əshabi-Kəhf ziyarətgahından sonra möcüzəvi “Duzdağ” Fizioterapiya Mərkəzinə  yola düşürük.

Duzdağ mağarası

Mərkəz Naxçıvan şəhərindən 14 km aralıda, dəniz səviyyəsindən 1173 m hündürlükdə yerləşir. 1979-cu ildən fəaliyyət göstərən məşhur fizioterapiya xəstəxansının bazasında müasir standartlar səviyyəsində yaradılıb. Bronxial astma, allergik infeksion peredastma, xroniki bronxit, allergik rinosinusopatiya, polinozlardan əziyyət çəkən xəstələr “Duzdağ” Fizioterapiya Mərkəzində müalicə olunurlar. Qeyd edək ki, burda xəstələr speleo-terapiya, yəni, mağaranın havası ilə udulan üsulla müalicə olunurlar.

Duzdağ mağarası

Mərkəzin 324 yerlik beşulduzlu mehmanxanası da fəaliyyət göstərir. Sağlamlıq turizmində böyük rola malik mərkəzə müalicə almaq üçün hər il yüzlərlə insan gəlir. Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, xarici ölkələrdən, o cümlədən Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan, Özbəkistandan olan xəstələr də mərkəzə gəlir və şəfa tapırlar.

Duzdağ mağarası

Bununla yanaşı mərkəzə turist kimi gələnlərin sayı da az deyil. Statistikaya görə 10-15 min turist hər il bu mərkəzi ziyarət edir.

Rusiya tərəfi turizmin inkişafının Azərbaycan modelinin öyrənilməsi və tətbiqində maraqlıdır

0

Rusiya tərəfi turizmin inkişafının Azərbaycan modelinin öyrənilməsinə maraq göstərib

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Eldar Tlyabiçev və “Rusiya eksport mərkəzi Səhmdar Cəmiyyətinin rəhbəri Nuri Quliyevi qəbul edib.

TravelNews.Az xəbər verir ki, görüş zamanı Azərbaycan və Rusiya arasında mövcud turizm münasibətləri və inkişaf perspektivləri müzakirə edilib. Qonaqlar turizm sahəsinin inkişafı məsələsinin 2017-ci ilin sentyabrında keçirilmişdir. “VIII Rusiya-Azərbaycan Regionlararası Forum”da da əsas mövzulardan biri olduğunu qeyd ediblər. Rusiya Federasiyasının Azərbaycanda ticarət nümayəndəsi Eldar Tlyabiçev qeyd edib ki, Rusiya tərəfi turizmin inkişafının Azərbaycan modelinin öyrənilməsi və tətbiqində maraqlıdır. Belə ki, qisa zaman ərzində turizm sektorunun inkişafı, turist axınının, xüsusilə də varlı turistlərdən sayılan, ərəb turistlərinin cəlb edilməsi təqdirəlayiqdir.

“Hazırda Rusiyada Azərbaycanda olduğu kimi turizmin inkişafı perspektiv məsələlərdən sayılmır, lakin, qarşıda duran perspektiv inkişaf sahələrindəndir”, – deyə Eldar Tlyabiçev qeyd edib.

“Rusiya eksport mərkəzi” Səhmdar Cəmiyyətinin rəhbəri Nuri Quliyev isə qeyd edib ki, növbəti Rusiya-Azərbaycan Regionlararası Forum sentyabr ayında Gəncədə keçiriləcək. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin razılığı əsasında Rusiya tərəfi əlaqəli turizm münasıbətlərinin inkişafı üçün təklıflər hazırlayıb forum iştirakçılarına təklif etməlidir. Qonaqlar bu təklifləri hazırlamaqda Azərbaycan Turizm Assosiasiyasıının dəstəyinə ümidvar olduqlarını bildiriblər.

Görüşdə həmçinin Dağıstan Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Xosrov Həsənbəyov da iştirak edib. X.Həsənbəyov Azərbaycan və Şimali Qafqaz arasında qarşılıqlı turist axınının ikitərəfli münasibətlərin inkışafına dəstək olacağını vurğulayıb.

Nahid Bağırov rusiyalı mütəxəssislərə AZTA-nın yardım etməyə hazır olduğunu bildirib və Azərbaycanın turizm modelinin inkişafı, eləcə də son illər turizm inkişafının yerlı və xarici iqtisadi münasibətlərin inkişafına tövhəsi barədə danışıb.

İstanbulda keçirilən “EMİTT 2018” beynəlxalq turizm sərgisi davam edir – FOTOLAR

0

İstanbulda keçirilən turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi təmsil olunur

Yanvarın 25-28-i tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən “EMİTT 2018” beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi təmsil olunur.

Bu məqsədlə Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə ölkəmizin turizm sənayesinin təmsilçilərindən ibarət nümayəndə heyəti qardaş ölkədə səfərdədir. Ölkəmizi Nazirliklə yanaşı Turizm.az Zenit Tour Travel Agency, Silk Way Travel, Rahat Travel, Via Caucasus Tour and MICE, In Travel Azerbaijan, Flame Tour & travel DMC, The Tour, Green Apple MICE and Leisure Travel, Feniks Travel and Tourism, Azera Turizm, Millennium Tourism , Azerbaijan Travel Agency, Azal, Meridian Travel, Granit AS Travel, Improtex Travel, Sulh Travel, Net Travel şirkətləri təmsil edir.

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 70 kv.m sahədə xüsusi layihə əsasında milli stend quraşdırılıb. Sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

Qeyd edək ki, 2003-cü ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri “EMİTT” beynəlxalq turizm sərgisində iştirak edir. Tədbirdə ölkəmiz ilə yanaşı, bir sıra ölkələrdən 5000-ə yaxın şirkət təmsil olunur.

Turizm biznesi peşəkarları bir arada – FOTOLAR

0

Turizm biznesi peşəkarları üçün “B2B Luxury & MICE Workshop” adlı ənənəvi illik tədbir keçirilib

Gezmeli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin təşkilatçıları Britaniyanın TMI Consultancy konsaltinq şirkəti və onun Azərbaycandan olan tərəfdaşlarıdır. “Workshop”un iştirakçıları bir tərəfdən Azərbaycan turizminin lüks seqmentindən olan aparıcı şirkətlərdir. Digər tərəfdən isə dünyanın müxtəlif ölkələri və regionlarından olan xarici beşulduzlu otellər, turoperatorlar və turizm ofislərinin nümayəndələridir. “B2B Luxury & MICE Workshop” layihəsi çərçivəsində fevralın 13-də Almatıda “workshop”lar keçirilib, 17-də isə Tbilisidə keçiriləcək.

Tədbir

Bu il ilk dəfə olaraq tədbirin rəsmi tərəfdaş ölkəsi qismində Sloveniya çıxış edib. “Workshop”un açılışında bu ölkənin turizm ofisinin nümayəndələri Bakının turizm şirkətləri üçün təqdimat keçirib, turizm istiqaməti olaraq ölkənin unikal cəhətləri haqda söhbət açıb, habelə “Turkish Airlines” hava yolları şirkəti Sloveniyanın paytaxtına Bakı-İstanbul-Lyublyana təyyarə reyslərinin əlverişli proqramını təqdim edib.

Tədbir

Bolqarıstanda keçirilmiş turizm sərgisində Azərbaycanda təmsil olunub.

0

Bolqarıstanda keçirilmiş turizm sərgisində Azərbaycan milli stendlə təmsil olunub.

Gezmeli.Az APA-ya istinadən xəbər verir ki, səfirlik, Azərbaycan Turizm Assosiasiyası və “Buta Airways” şirkətinin birgə təşkilatçılığı ilə keçirilib. Sofiyanın “İnter Expo” Mərkəzində “Holiday&SPA EXPO” 35-ci Beynəlxalq Turizm Sərgisində Azərbaycan milli stendi yerləşdirilib.

sərgi

Azərbaycan xalçaları ilə bəzədilmiş milli stenddə tədbir iştirakçıları və ziyarətçilərə ölkəmizin tarixi, adət-ənənələri, mədəniyyəti, Azərbaycanın turizm potensialı, rekreasiya və turizm mərkəzləri barədə ətraflı məlumat verilib. “Breeze Travel” şirkəti tərəfindən hazırlanmış müxtəlif növ 7 günlük hazır tur-paketlər təqdim edilib. Ölkənin turizm imkanlarını, mətbəxi və mədəniyyətini əks etdirən broşür və suvenirlər tədbir iştirakçılarına paylanıb. Ölkə stendində Azərbaycan istehsalı olan şərabların dequstasiyası və Azərbaycan şirniyyatlarının təqdimatı keçirilib.

sərgi

Qeyd edək ki, Bolqarıstan Turizm Nazirliyinin himayəsi altında və Sofia şəhər bələdiyyəsinin tərəfdaşlığı ilə keçirilən “Holiday&SPA EXPO” Bolqarıstanda hər il keçirilən ən böyük turizm sərgisidir. Turizm sahəsində ixtisaslaşan mütəxəssisləri, biznes dairələri, eləcə də potensial turistləri bir arada cəmləşdirir.

Bu il Çində 3 turizm sərgisi keçiriləcək

0

Bu il Çində 3 turizm sərgisi keçiriləcək

Gezmeli.az AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 16-18-də paytaxt Pekin şəhərində XIV Çin Xarici Səyahət və Turizm Sərgisi (China Outbound Travel & Tourism Market – COTTM) və B2B təşkil olunacaq. Bu, Çində xarici turizmin inkişafı üçün nəzərdə tutulan illik turizm sərgisidir.

Çin

Həmçinin mayın 24-27-də “SWTF 2018 – Shanghai World Travel Fair” və iyunun 14-17-də  keçiriləcək. Bundan əlavə “ITE Hong Kong 2018 – The 32nd International Travel Expo Hong Kong” sərgisidə keçiriləcək.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgilərdə iştiraka dəvət olunurlar.

Ölkəmiz“MITT 2018” beynəlxalq turizm sərgisində təmsil olunur

0

Turizm sərgisində Azərbaycan Respublikası təmsil olunur

TravelNews.Az xəbər verir ki, bu məqsədlə nazirliyin Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncovdur. Planlaşdırma və inkişaf sektorunun məsləhətçisi Ümid Məcidli də iştirak edirdi. Ölkəmizi Nazirliklə yanaşı Milli Turizm Təbliğat Bürosu, Azərbaycan Konqreslər Bürosu, “Şahdağ” Turizm Mərkəzi QSC, Azərbaycan Hava Yolları QSC (AZAL),“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxsdir. Nazirliyin Rusiya Federasiyasındakı turizm nümayəndəliyi “Tour A Vent” şirkəti,   eləcə də 20 yerli turizm şirkəti və 5 mehmanxana təmsil edir.

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 90 kv.m sahədə xüsusi layihə əsasında milli stend quraşdırııb. Sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün rus və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

Qeyd edək ki, 2002-ci ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri “MITT 2018” beynəlxalq turizm sərgisində iştirak edir. Tədbirdə ölkəmiz ilə yanaşı, bir sıra ölkələrdən 2000-ə yaxın şirkət təmsil olunur.

BAKIDA “TİBBİ TURİZM” ÜZRƏ BİZNES-FORUM KEÇİRİLƏCƏK

0

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) “Tibbi Turizm” üzrə Alman-Azərbaycan biznes-forumu keçirəcək

Gezmeli.az AZƏRTAC-a istinadən xəbər verir ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasına istinadla xəbər verir. Biznes-forum Berlin şəhərinin kardiologiya, neyrocərrahiyyə və onkologiya üzrə ixtisaslaşan klinikaların nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədardır.“Berlin biznes və texnologiya tərəfdaşı” GmbH ilə əməkdaşlıq çərçivəsində təşkil edilir.

Tədbirin əsas məqsədi yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyənləşdirməkdir. Alman klinikaları, tibb müəssisələri və onların azərbaycanlı tərəfdaşlarına səhiyyədə rəqəmsal texnologiyaların tətbiqi və eləcə də tibbi turizm üzrə layihə və təkliflərini təqdim etməkdir.

Forum zamanı iştirakçılar yeni biznes imkanları əldə edə, yeni layihələr tanıya və Alman-Azərbaycan sıx əməkdaşlığının bir hissəsi olaraq şəbəkələrini genişləndirə bilərlər.

Qeyd edək ki, Azərbaycanda səhiyyə müəssisələrinin yenidən qurulması, həyata keçirilən zəruri proqramlar, layihələr və qabaqcıl texnologiyaların tətbiqidir. Yeni kadr potensialının hazırlanması Azərbaycan hökumətinin prioritet istiqamətlərindəndir. Bu layihələrdə beynəlxalq əməkdaşlıq önəmli rol oynayır. Xüsusən, səhiyyə sahəsində dünya üzrə rəqabətədavamlı texnologiya və innovasiyaları ilə aparıcı mövqeyə malik olan Almaniya bu baxımdan Azərbaycana əhəmiyyətli partnyorluq imkanları təklif edir.

Alanyaya Bakıdan birbaşa tur qiymətləri – Go Travel

0

Alanyaya Bakıdan birbaşa ailəvi turların qiymətlərini təqdim edirik

? Go Travel – dan YAY TURU alana – QIŞDA DUBAY TURU HƏDİYYƏ olunacaqdır.
____________________________
İYUN, İYUL, AVQUST, SENTYABR ayına olan ALANYA turlarının hər şey daxil 1 həftəlik qiymətlərini təqdim edirik.
? Gold Twins Beach Suit Hotel – 285 $
? Rosella Hotel – 300 $
? Merhaba Hotel – 310 $
? Sevkibey Hotel – 320 $
? Bariscan Hotel – 325 $
? Arsi Sweet Suite Hotel – 330 $
? Primera Hotel – 340 $
? Sultan Keykubat – 340 $
? Syedra Princess Hotel – 345 $
? Blue Night Hotel – 350 $
? Oba Time Hotel – 355 $
? Arsi Hotel – 360 $
? Kleopatra Micador Hotel – 365 $
? Sunstar Beach Hotel – 370 $
? Bilkay Hotel – 375 $
? Remi Hotel – 380 $
? Club Konakli Hotel – 390 $
? Galaxy Beach Hotel – 395 $
? Kleopatra Royal Palm Hotel – 400 $
? Villa Sunflower Aparts & Suites – 405 $
? Parador Suite Apart Hotel – 410 $
? Elysee Garden Family Hotel – 420 $
? Infinity Beach Hotel – 425 $
? Nox Inn Beach Resort & Spa Hotel – 430 $
? Kandelor Hotel – 435 $
? First Class Hotel – 520 $
? Happy Elegant Hotel – 530 $
? Hotel Titan Select – 590 $
__________________
Qiymətə daxildir.
 – Aviabilet (gediş-dönüş)
? – Tarix (7 iyun – 14 iyun)
? – Otel ***** (7 gecə / 8 gün)
? – Qidalanma gündə 5 dəfə (Ultra All inclusive)
? – Hədiyyə (Dubay turu)

? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz.
 – Qiymət 1 nəfər üçün nəzərdə tutulmuşdur.
 – Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
 – Yuxarıda sadalanan turların ilkin olaraq 30 faizini ödəməklə yerdə qalan hissəsini KREDİT yolu ilə hissə-hissə və ya gedənə yaxın ödəyə bilərsiniz.
 – Qeyd olunan turların qiymətləri iyun ayınadır, sizin seçdiyiniz günə görə də dəyişə bilər.Yuxarıda qeyd olunan qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün başlayan qiymətlərlə qeyd olunub.
 Nəzərinizə çatdıraq ki, Go Travel Turizm Agentliyi – Azerbaijan Best Awards mükafatlandırma təşkilatı tərəfindən 2017-ci ilin ? “İlin 1 nömrəli turizm agentliyi” adına layiq görülüb və mükafatlandırılıb.
 – Qiymət öyrənmək istəyirsiz?
 – WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək.
____________________
Əlavə məlumat üçün:
+994 12 564 60 30
?+994 50 664 60 30 (Whatsapp+Zəng)
?+994 55 664 60 30 (Whatsapp+Zəng)
?+994 70 664 60 30
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)

Alanya