Ev Blog Səhifə 391

Xəzər dənizində kruizlərin təşkili üçün gəmilər hazırlanır

0

           Kruizlərin təşkili

“Xəzər dənizində kruizlərin təşkili üçün Rusiya tərəfindən gəmilər hazırlanır”.

Xəzər dənizi

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, artıq bununla bağlı bir neçə layihə müzakirə olunub:

Xəzər dənizi

“Kruizlərin təşkili ilə bağlı yaya doğru vaxt təyin olunacaq. Düşünürəm ki, yay fəsli zamanı həm Azərbaycan vətəndaşları, həm də xarici qonaqları Xəzər dənizində maraqlı gəzintilər gözləyir”.

Qeyd

Azərbaycan

Qeyd edək ki, prezident İlham Əliyevin ötən il imzaladığı “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama əsasən, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə Xəzər dənizində gəmi turlarının təşkili məqsədilə Xəzər dənizinin sahilyanı dövlətləri ilə danışıqlar aparılması tapşırılıb.

 

Ufadan Bakıya birbaşa aviareys açılır

0
Təyyarə

               Aviareys

Rusiyanın Ufa şəhərindən Bakıya birbaşa aviareyslər açılır.

Ufa

Uçuşları “Saratov Hava Yolları” şirkəti həyata keçirəcək.

Uçuşlar 29 mart tarixindən etibarən “AN-148” təyyarəsində cümə axşamı günləri həyata keçiriləcək.

Azərbaycan

Ufa beynəlxalq aeroportundan uçuş yerli vaxtla 21:55-də, Heydər Əliyev hava limanına eniş isə Bakı vaxtı ilə cümə günü gecə saat 00:15-də olacaq. Uçuş vaxtı 3 saat 20 dəqiqə təşkil edəcək.

Geri uçuşlar Bakı vaxtı ilə 05:40-a, Ufaya eniş isə yerli vaxtla 10:00-a təsadüf edəcək.

Azərbaycan

Promo-tarif üzrə hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 20 516 rus rublu (353 ABŞ dolları) təşkil edəcək.

Qar və buzdan hazırlanan qeyri-adi otel – FOTO

0

             Qeyri-adi hotel

Kanadada qar və buzdan düzəldilmiş otel fəaliyyət göstərir.

Buzdan ev

Gezmeli.az azertac-a istinadən xəbər verir ki, turistlərin sevimli gəzinti yerinə çevrilən otel daha çox buzdan “tikilmiş” muzeyə bənzəyir.

Buzdan ev

Kvebek şəhərinin mərkəzində yerləşən otelin əsl pəncərələri yoxdur. Buradakı pəncərə, stol və stullar, çarpayı belə, qar və buzdan hazırlanıb.

buzdan ev

Otel buraya gələn hər bir insanda böyük təəssürat yaradır.

buzdan ev

Həftəsi 15 min dollara başa gələn suyun altındakı hotel nömrəsi

0

              Maraqlı hotel

Fici arxipelaqının adalarının birində həftəsi 15 min dollara başa gələn hotel nömrəsi var.

Hotel

“Poseydon” adlanan və 73 nömrədən ibarət hotel suyun altında tikilib. Hoteldə quraşdırılan xüsusi sistem suyun təzyiqini normallaşdırmaqla, sakinlərin baş ağrılarını aradan qaldırır.

Hotel

Buradan həmçinin dəniz heyvanlarının həyatını da izləmək mümkündür. Qonaqların xidmətində trenajor, bir neçə restoran, hətta ekzotik bir məkanda nigaha girmək istəyənlər üçün otaq da fəaliyyət göstərir.

 

Su üzərində ev – FOTO

0

Fərqli mənzərəyə sahib olan ev

Böyük Britaniyanın “Schopfer Associates” arxitektura şirkəti su üzərində gözəl bir evin layihəsini təqdim edib.

Ev

“Sting Ray” adlanan evin platformasında 2 avtomobil üçün qaraj, cakuzi və baseyn var. Evin 2 mərtəbəsinin bir mərtəbəsində qonaq və yemək otaqları, digərində isə 3 yataq, 3 vanna otağı və qarderob yerləşir.

Ev

Layihəçilər əmin edirlər ki, onun tikintisində ətraf mühitə az təsiri olan “yaşıl texnologiya”dan istifadə ediləcək.

Su üzərində əyləncə kompleksi

0

         Əyləncə mərkəzi

İtaliyalı dizayner Mikele Pudzolante su üzərində əyləncə kompleksinin layihəsini təqdim edib.

Əyləncə mərkəzi

Əslində bu, ən müasir texnologiyaların, o cümlədən günəş panellərinin tətbiq edildiyi üzən oteldir.

Layihə

Otelin üstün cəhətlərindən biri də odur ki, onu dünyanın istənilən ölkəsinə nəql etmək olar. Bundan əlavə, otelin göyərtəsində istirahət üçün xüsusi zonalar, günəş vannaları var.

Əyləncə mərkəzi

Layihə müəllifinin fikrincə, su üzərində oteldən toy mərasimlərində və konfransların təşkilində də istifadə etmək mümkündür.

Bu dövlət Azərbaycanla vizanı ləğv etdi

0

     Azərbaycanla vizanı  ləğv edən ölkə

Qətər 80 ölkə vətəndaşlarından viza almaqdan azad edib.

Qətər Turizm Şurası, Qətər Hava Yolları və Daxili İşlər Nazirliyi rəsmiləri paytaxt Dohada birgə mətbuat konfransı keçirib.

viza

İclasda danışan Turizm Şurasının  sədri Həsən Əl-İbrahimi, Qətər rəhbərliyinin, 80 ölkə üçün vizanı ləğv edərək turizm sahəsində tarixi bir dəyişiklik həyata keçirdiyini söyləyib.

viza

Vizadan azad olacaq ölkələrin müəyyən meyarlara görə seçildiyini dilə gətirən İbrahimi, araşdırmaların davam edəcəyini və siyahıya mərhələli şəkildə yeni ölkələrin əlavə olunacağını bildirib.

Vizanın ləğv edildiyi ölkələrin vətəndaşlarının Qətərə girişləri zamanı hər hansı bir pul ödəməyəcəyini bildirib.

Siyahıda Azərbaycanın da adı var.

Rusiyalı turistlər Bakıda gündə təxminən 78 dollar xərcləyir

0

         Rusiyalı turistlər

“TurStat” analitika agentliyi bu ilin payızında rusiyalı turistlərin ən çox səyahət etdikləri MDB ölkələrindəki şəhərlərin adlarını açıqlayıb. “Vesti. Ekonomika” saytı xəbər verir ki, Azərbaycan paytaxtı bu siyahıda 3-cü yeri tutub.

Turistlər

Məlumatda bildirilir ki, rusiyalı turistlər Bakıya, orta hesabla, 3 günlük gəlirlər və gündə təxminən 78 dollar xərcləyirlər.

Rusiya

“Vesti.Ekonomika” Bakını Cənubi Qafqazın ən iri sənaye, iqtisadi və elmi-texniki mərkəzi, Xəzərdə ən böyük liman şəhəri kimi təqdim edir: “Bakı öz tarixinə, sahəsinə və əhalisinin sayına görə Şərqin ən qədim və böyük şəhəridir”.

Dünyanın ən qəribə 10 yeri

0

           Ən qəribə 10 yer

Dünyada gəzib-görüləcək yerlər çoxdur. Amma bunların hamısına səyahət etmək mümkün deyil.

Dünyanın ən qəribə 10 yeri haqqında məlumat verilir:

1. Təyyarə qəbiristanlığı

təyyarə qəbiristanlığı

Arizonada səhranın ortasında təyyarə qəbiristanlığı var. ABŞ hava qüvvələrində istismar müddəti başa çatan “B-52” bombardman təyyarələri buraya gətirilir. Ərazidə 500-ə yaxın təyyarə var. Niyə məhz Arizona? Qəbiristanlıq ona görə buradadır ki, nəm olmayan şəraitdə metal daha gec xarab olur.

2. Şiprok, Nyu-Mexiko

şiprok

Nyu-Mexiko səhrasında yerdən 500 metr hündürlükdə olan bu qayalıq həm də Navaxo qəbiləsi üçün müqəddəs məkandır. Hələ də Navaxo qəbiləsi tərəfindən idarə edilən yer 17 km uzaqlıqdakı bir qəsəbə ilə eyni adı daşıyır.

3. Qaplan yuvası məbədi-Butan

butan

3000 metr hündürlükdə yerləşir. 400 il əvvəl inşa edilən Taktsang məbəd kompleksi bir çox mağaraya da sahibdir. Butanın şərqində təbii mağaralardan ibarət bu məbəd həm də buddistlər üçün müqəddəs sayılır. Çünki Butana Buddizmi təbliğ edən Padmasambhava 8-ci əsrdə 3 il, 3 ay, 3 həftə, 3 gün və 3 saat bu məkanda meditasiya ilə məşğul olub.

4. Cəhənnəm Qapısı-Türkmənistan

cəhənnəm qapısı

Məkan 1970-ci illərdə insanlar tərəfindən yaradılıb. Ərazidə təbii qaz rezervlərindən sızan qaz çuxurlara dolub və sovet mühəndisləri tərəfindən alovlandırılıb. Mühəndislər düşünüblər ki, bir neçə həftəyə alov sönəcək. Amma 40 ildir ki, ərazidə içi qaynayan, palçıqla dolu, 70 metrlik iri çuxur var. Bu çuxura Cəhənnəm Qapısı deyirlər.

5. Şampan hovuzu-Vayotapu, Yeni Zellandiya

şampan hovuzu

Mayori savaşçıları ağrıyan əzələlərini və ruhlarını müalicə etmək üçün bu əraziyə gəliblər. Hidrotermal hovuz 900 il əvvəl meydana gəlib. Yerin altından qaynayaraq gələn suyun içində fərqli minerallar var. Suyun tərkibində yüksək miqdarda olan karbondioksit isə müntəzəm olaraq köpük verdiyi üçün hovuz belə adlandırılıb.

6. Böyük Mavi Çuxur

mavi çuxur

Belize sahillərindən 70 km aralıda yerləşən Mavi Çuxur digər çuxurlardan fərqlidir və 124 metr dərinliyə sahibdir. Əfsanəvi dalğıc Jak Kusto Mavi Çuxuru dalğıclar üçün dünyanın 10 ən önəmli yerlərindən biri elan edib. Sonra isə UNESCO tərəfindən dünya mirası siyahısına əlavə edib.

7. Yeddi Nəhəng Qayalıqları-Sibir, Rusiya

yeddi nəhəng

Şimali Uralda, Sibirin ortasında olan bu qayalıqlar əfsanəyə görə qaçarkən donan yeddi nəhəng əsgər olub. Dünyada çox tanınmasa da, Rusiyada kifayət qədər məşhurdur. Hündürlükləri 30-40 metr arasında dəyişir. Qayalıqlara səfər etmək kifayət qədər çətindir.

8. Anhel Şəlaləsi-Venesuela

anhel şəlaləsi

1000 metr hündürlükdən tökülən şəlalə dünyanın ən hündür şəlaləsidir. Auyantepui dağındakı Kanaima milli parkında yerləşir. Eyni zamanda “UP” filmində bu şəlalədən cənnət şəlaləsi olaraq bəhs edilib. Şəlalənin üstündən ilk dəfə uçub keçən sonra isə geri qayıdaraq 30 il burada yaşayan amerikalı pilot Jimmi Anhelin şərəfinə adlandırılıb.

9. Buzludzha abidəsi-Bolqarıstan

buzldhuza

Sovet İttifaqı tərəfindən 1981-ci ildə inşa edilən və hazırda xarabalığa çevrilən abidədir. Divarlarında Sovetlər İttifaqı və Bolqar tarixinə aid rəsmlər var. Dam örtüyü poladdan hazırlanıb. Zaman keçdikcə dam örtüyü sökülüb.

10. Alma Qayası-Yeni Zellandiya

alma qayası

Tasman körfəzindəki sahildə yerləşir. Ortadan bölünmüş almanı xatırlatdığı üçün belə adlandırılıb. Necə yarandığını bilən yoxdur. Amma turistlər üçün maraqlı məkana çevrilib.

Gəmi ilə səyahət edənlərin sayı artıb

0

                Səyahət

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin onlayn bilet xidmətindən bu ilin yanvar-iyul ayları ərzində 348 nəfər istifadə edib. Alınan biletlərin 169-u ikitərəfli olub.

Gəmi

Onlayn bilet satışı sisteminin işə düşdüyü dövrdən indiyədək 456 bilet satılıb. Bu biletlərdən 244-ü ikitərəfli alınıb.

Gəmiçilik

Qeyd edək ki, Gəmiçilikdə onlayn bilet satışı sistemi 2016-cı ilin sentyabrından tətbiq edilir.

Gəmi

Onlayn bilet sifarişi edənlərin əksəriyyəti Türkiyə vətəndaşlarıdır. Gediş-gəlişin ən çox müşahidə olunduğu istiqamətlər isə Aktau-Ələt, Ələt-Aktaudur. Son günlər Avropa ölkələrindən də bilet sifarişinə maraq artıb.

Gəmi

Elektron bilet xidməti ölkədən keçən beynəlxalq nəqliyyat marşrutlarına cəlbediciliyin yüksəldilməsi, müasir İKT-dən istifadə ilə yük və sərnişin daşımalarında sənədləşmənin sadələşdirilməsi və operativliyin artırılması məqsədilə gerçəkləşdirilir.