Ev Blog

Aviaşirkətlər İspaniyanın turizm firmalarına 400 milyon avro borc veriblər

0
İspaniya

Aviaşirkətlər İspaniyanın turizm agentliklərinə koronavirus pandemiyası səbəbindən yaranmış fors-major vəziyyəti ilə əlaqədar ləğv edilən biletlərə görə 400 milyon avro borc veriblər.

SİA xəbər verir ki, bu barədə Barselonada keçirilmiş “Turizmin bərpası” forumunda Turizm Agentlikləri Korporativ Assosiasiyasının (Acave) prezidenti Marti Sarrate bəyan edib.

M.Sarratenin sözlərinə görə, turizm agentlikləri tərəfindən satılmış və sonradan COVID-19 pandemiyası səbəbindən ləğv edilmiş aviabiletlərin məbləği 400 milyon avro təşkil edir. Nəticədə səyahət agentlikləri geri qaytarılan biletlərin dəyərini öz vəsaitləri hesabına ödəməli olublar. Bu da öz növbəsində likvidliklə bağlı ciddi problemlərə gətirib çıxarıb.

Turoperatorlar arasında aparılan sorğuya görə, agentliklər cari ili aviabiletlərin satışının 90 faiz azaldığı bir şəraitdə başa vurmalı olacaq. Bununla yanaşı, onların üçdə biri öz fəaliyyətlərini hələ bərpa etməyib. Turizm agentliklərinin 20 faizi isə, tamamilə bağlanmağı planlaşdırır. Həmin agentliklərin sahibləri İspaniyada fəaliyyət göstərən 39 aviaşirkəti COVID-19-a görə ləğv edilmiş biletlərin pulunu geri qaytarmadıqları üçün mühakimə edib.

M.Sarrate təəssüfləndiyini bildirib ki, hökumət və Aesa (Aİ-nin Aviasiya üzrə Təhlükəsizlik Agentliyi) bu problemin həlli üçün lazımi tədbirlər görməyib.

Ruslar Türkiyə otellərini gözdən salmağa çalışır

0
Türkiyə

Türkiyə turizminin səviyyəsi bütün dünyada məlumdur. Qardaş ölkənin kurort zonalarında hər dövlətdən turist görmək mümkündür. Çünki xidmət səviyyəsi yalnız xoş sözlərə layiqdir.

Bizimyol.info xəbər verir ki, nədənsə Rusiya saytları son vaxtlar Türkiyə otellərini ciddi tənqid edir. Xəbərlərə nəzər salanda arqumentlərin çox zəif olduğu görünür. Sanki ruslar Türkiyə otellərini gözdən salmağa çalışır.

“Lenta.ru” “Yandeks Dzen” layihəsindən bəzi bloqları yayıb. Burada Türkiyə otelləri hədəf götürülüb. Guya ruslar qardaş ölkənin istirahət məkanlarında kütləvi şəkildə koronavirusa yoluxurlar. Materialda konkret faktlar yoxdur. Hiss olunur ki, məqsəd Türkiyə otellərinə böhtan atmaqdır.

Yazılarda mücərrəd adamların fikirləri yer alıb. Belə təqdim olunur ki. guya həmin adamlar Türkiyədə virusa yoluxublar. Bloq müəllifi yazıb ki, bu ölkəyə gedib çıxmaq asandır, amma otel seçimində hər vaxt yanılmaq mümkündür.

Rusiya saytlarında son vaxtlar ard-arda yazırlar ki, Türkiyənin kurort zonalarına gələn yoxdur, turist qıtlığı yaşanır.

UNEP: Aralıq dənizi bölgəsinin ətraf mühiti ölümcül vəziyyətdədir

0
Aralıq dənizi

Aralıq dənizi plastik kütlələr içində “boğulur”, onun sahilboyu şəhərlərinin sakinləri isə havanın çirklənməsi nəticəsində həyatlarını itirirlər. Region getdikcə istiləşir.

XeberOxu.Az-ın məlumatına görə, bu barədə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Aralıq dənizi bölgəsindəki ekoloji vəziyyətə dair yeni hesabatında bildirilir. Hesabatın müəllifləri region ölkələrini ətraf mühitin təhlükəli tənəzzülünə səbəb olan amilləri təcili surətdə aradan qaldırmağa çağırırlar.

UNEP ekspertləri hesab edirlər ki, qeyri-bərabərliyin miqyasının artması, biomüxtəlifliyin sürətlə itirilməsi, iqlim dəyişmələri və təbii ehtiyatların getdikcə azalması Aralıq dənizi hövzəsində ətraf mühit üçün bərpa edilməz ziyana gətirib çıxara bilər.

“Aralıq dənizi bölgəsində ətraf mühitin vəziyyəti və inkişaf” adlı hesabatda deyilir ki, əgər indiki tendensiyalara geriləmə kimi diqqət yetirilməzsə, regionda ətraf mühitin pisləşməsi 512 milyon insanın sağlamlığı və rifahı üçün daha ciddi və uzunmüddətli fəsadlarla nəticələnə bilər.

Artıq bu gün Aralıq dənizi bölgəsində ölüm hallarının təqribən 15 faizi ekoloji amillərlə bağlıdır. 2016-cı ildə təxminən 228 min nəfər çirkli havanın təsiri nəticəsində vəfat edib.

Bu gün Aralıq dənizi ölkələri dünyanın ən populyar turizm istiqamətlərindən biridir. Region ölkələrini ildə təqribən 360 milyon turist ziyarət edir. Dünyanın bu hissəsində ən sıx gəmiçilik marşrutları fəaliyyət göstərir ki, bu da dənizin çirklənməsi ilə nəticələnir. Dənizə hər gün 730 tondan artıq plastik tullantı düşür.

Ekoloqlar, həmçinin invaziv yad növlərin təhlükəsinə də diqqət ediblər ki, bunlar da əksər sahilboyu ölkələrin iqtisadi inkişafına və insanların sağlamlığına öz mənfi təsirini göstərir. Aralıq dənizi bölgəsində mindən artıq belə “gəlmələr” – alaq otları və parazitlər qarışıqlıq yaradır. Onların ucbatından yerli flora və fauna növləri sürətlə azalır.

Bütövlükdə, qismən ətraf mühitin pisləşməsi səbəbindən Aralıq dənizi hövzəsində qlobal istiləşmə templəri dünyada orta göstəricini 20 faiz üstələyir.

Cənubi və Şərqi Aralıq dənizi ölkələrində ÜDM hələ ki, Avropa sahilboyu ilə müqayisədə 3 dəfə azdır. Bu isə o deməkdir ki, region, yəqin, 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində bütün 17 Məqsədə nail ola bilməyəcək.

Bununla belə, iqtisadçılar və ekoloqlar güman edirlər ki, hələ ümid var. Onlar ətraf mühitin təhlükəli tənəzzülünə səbəb olan və iqtisadi inkişafa maneə törədən amilləri daha fəal şəkildə aradan qaldırmağı təklif edirlər. Bundan başqa onlar region ölkələrinin hökumətlərinə bərpaolunmayan enerji mənbələrinə subsidiyaları ləğv etməyi, ekoloji layihələrə, həmçinin qlobal istiləşmənin fəsadlarına uyğunlaşdırılma strategiyasının inkişafına daha çox sərmayə yatırmağı tövsiyə edirlər. Daha bir təklif ekoloji normalara riayət olunmamasına görə cəzanın labüdlüyünə aid edilir.

Ukrayna aviaşirkəti noyabrın 4-dən Kiyev-Bakı uçuşlarına başlamaq istəyir

0
Kiyev-Bakı

“Ukrayna Beynəlxalq Hava Yolları” (MAU) şirkəti noyabrın 4-dən Kiyev-Bakı-Kiyev marşrutu üzrə uçuşlara başlamaq istəyir.

Bu barədə aviaşirkətin 2020-ci il qış uçuş cədvəlində bildirilir.

Məlumata görə, Ukrayna paytaxtından Azərbaycan paytaxtına uçuşlar çərşənbə və bazar günləri, əks istiqamətdə uçuşlar isə bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.

Xatırladaq ki, Azərbaycan ərazisində hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud iş rejiminə keçib.

Gürcüstan noyabrdan beynəlxalq uçuşları bərpa edir

0
uçuşlar

“Gürcüstan noyabrdan etibarən beynəlxalq aviauçuşların tədricən bərpasına qərar verib”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, oktyabrın sonundan Paris və Münhen istiqamətləri üzrə mövcud reyslərin sayının artırılması planlaşdırılıb. “Noyabrdan başlayaraq isə həm Tbilisi, həm də Kutaisidən Avropa istiqaməti üzrə birbaşa reyslər açılacaq”.

Ölkədə vəhşi heyvan və quş növlərinin ovu müvəqqəti dayandırılıb

0
ov

Ölkədə hərbi vəziyyətin elan edilməsi, koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin sərtləşdirilməsi nəzərə alınıb. Vəhşi heyvan və quş növlərinin ovunun müvəqqəti dayandırılması məqsədilə Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclası keçirilib.

Gezmeli.az “YeniMedia”ya istinadn xəbər verib ki bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələrinin təmsil olunduğu iclasda Şura üzvlərinin yekdil fikri ilə 20 oktyabr 2020-ci il tarixindən vəhşi heyvan və quş növlərinin ovunun müvəqqəti dayandırılması qərara alınıb.

“Ekoturizm imkanlarımızı təbliğ üçün bölgələrin potensialını ətraflı öyrənmək lazımdır”

0
Zəminə Səfərova
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Azərbaycanın ekoturizm potensialının sosial və internet mediada təbliği” layihəsini icra edir. Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda turizmin ümumi inkişafı kontekstində ölkə ekoturizminin rentabelli olmasına xidmət edəcək yeni ideyaların ortaya çıxmasına, ekoturizm təşəbbüslərinin artmasına, ekoturizm potensialımızın dünyada təbliğinə töhfə verməkdir. Layihə çərçivəsində ekoturizmin sosial və internet mediada təbliğinə aid yazılar, ekspertlərlə müsahibələr hazırlanır.
Eurasia Diary “Yenimedia.info” saytına istinadən bu sıradan növbəti yazını – ekoturizmin inkişafı və təbliğinə sosioloji yanaşması maraq doğuran sosioloq Zəminə Səfərova ilə müsahibəni təqdim edir.
Öncə özünüz haqqında məlumat verərdiniz. Füzuli rayonunda anadan olmuşam, 1988-ci ildə Az.İnşaat Mühəndisləri İntitutunun Meliorasiya fakultəsini bitirmişəm, ailəliyəm iki övladım var. 1998-ci ildən QHT sektorunda,Vətəndaş Cəmiyyətində aktiv fəaliyyət göstərirəm. 8 il BMT-nin Miqrantlar Mərkəzinin rəhbəri işləmişəm. Dövlət Dəstəyi Şurasının, Nazirliklərin və Beynəlxalq –Yerli təşkilatların layihələrində müxtəlif mövzularda (əsasən də bütün işğal olunmuş rayonların məcburi köçkün əhalisi ilə) Bakı və regionlarda layihə rəhbəri kimi uğurlu layihələr həyata keçirmişəm. Şuranın bir çox aksiyalarında fəal olmuşam və xeyriyyəçiliklər etmişəm. Qarabağda 450 uşağın sünnət mərasimi aksiyasında təşkilatçısı olmuşam. Hazırda Beynəlxalq Avrasiya Mətbuat Fondunda Proqram Departamentində çalışıram. Azərbaycanın ayrı-ayrı bölgələrinin fərqli ekoturizm potensialı var. Onların ayrılıqda yerli və xarici turistlərə sosial və intefrnet mediada təbliği ilə bağlı hansı təklifləriniz ola bilər? Bu yöndə təkliflərimiz qısaca olaraq aşağıdakı kimi qruplaşdıra bilərəm: İlk növbədə, həmin bölgələrlə bağlı sorğuların aparılması; İnternet şəbəkəsi imkanlarından istifadə edərək insanlara müraciət edərək yaşadıqları şəhər, kənd, qəsəbələr haqqında məlumatların toplanması; Yaşadığı ərazi barədə məlumat Yaşadığı ərazidə maraqlı təbiət və tarixi abidələr haqqında məlumat Yaşadığı ərazi hansı təsərrüfatla məşğuldur Yaşadığı ərazinin tarixi, təbiət obyektinin tarixi (hansı dövrlərə-tarixə aiddir, bu barədə hər-hansı elmi məlumat varmı? Yaşadığı məntəqənin adı (bu adın yaranma tarixçəsi) rəvayət, əfsanə Bu ərazi ilə bağlı nə vaxtsa baş vermiş maraqlı hadisə haqqında (qısaca təsviri ). Yaşadığı ərazidə hansı növ təsərrüfatla məşğul olmaq perspektivlidir. Məsələn: ekoturizm,fermer turizmi,ov turizmi,balıqçılıq,ovçuluq və s. Və təbiəti, Toplanmış məlumatları araşdıraraq sorğu aparılmış hər bir məntəqə barədə nəticələr çıxarmaq – yerli əhəmiyyətli və beynəlxalq əhəmiyyətli. İşğal olunmuş ərazilərimizdə ekoturistik məkanlarla bağlı dünyanın turizm ictimaiyyətinmin yeni media vasitəösilə məlumnatlandırılmasında hansı işlər görülməlidir? İşğal olunmuş ərazilərdə hələlik ekoturistik məkanlar haqqında danışmaq çox tezdir. Lakin rayon, kənd,qəsəbə sakinlərindən, eləcə də yaşadıqları ərazinin ağsaqqallarından, ziyalılarından, təhsil işçilərindən, tarixçilərdən, muzey işçilərindən maraqlı məlumatlar toplamaq olar. Bəzi rayonlar haqqında rayon yazarlarının kitabları da dərc edilib,əyani vəsait kimi həmin mənbələrdən də istifadə etmək mümkün ola bilər. Yalnız media vasitəsilə yerli insanlardan (yaşlı nəsillərdən) həmin yaşadıqları rayon,kənd,qəsəbə haqqında bütün məlumatları toplamaq və məlumatlandırmaq olar. Faktlara əsaslanan – fotoşəkillər, videoçarxlar, ekologiyası, suyu, havası, torpağı, təbiəti, faydalı bitkiləri və müalicəvi bulaqları, çayları-şəlalələri və s. haqqında təsdiq edilmiş sənədlərlə məlumatlar toplamaq və təhlükəsizliyi təsdiq edilən sənədlərin təqdim edilməsi.

Zəngilanın inanılmaz təbii sərvəti: Qızıl, mis, əhəndaşı yataqları…

0
Zəngilan

İqtisadçı-ekspert Vüsalə Əhmədova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Vüsalə xanım, dünən Prezident İlham Əliyev Azərbaycan Ordusunun Zəngilanı işğaldan azad etdiyini açıqladı. Məlumdur ki, Zəngilan qızıl ehtiyatlarına görə Kəlbəcərdən sonra ölkəmizdə ikinci yerdədir. Rayonun işğaldan azad olunması ölkə iqtisadiyyatında özünü hansı formada büruzə verə bilər?

– 1993-cü il oktyabrın 28-də ermənilər tərəfindən zəbt edilən Zəngilanı 27 ildən sonra özümüzə qaytardıq. Məlumdur ki, ərazi zəngin təbii ehtiyatlara malikdir. Rayonda hesablanmış ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən “Vecnəli” qızıl yatağı, ehtiyatları 6.618 min kub metr olan üzlük daşı istehsalına yararlı “Oxçuçay” mərmərləşmiş əhəngdaşı yatağı, bundan əlavə, ehtiyatları 129 min ton olan “Daşbaşı-Esgurum” əhəngdaşı yatağı, ümumi ehtiyatları 28.943 min kubmetr olan Bartaz-I və Bartaz-II porfirit yataqları, ehtiyatları 1.102 min kubmer olan kərpic istehsalına yararlı gil və 17.367 min kubmetr olan qum-çınqıl yataqları mövcuddur. Bu kimi təbii sərvətlərin ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə təkan verəcəyi açıq görünür.
Bilirik ki, Kəlbəcər və Zəngilan ərazilərində yerləşən qızıl yataqları illərdir ermənilər tərəfindən istismar edilib. Bu yataqların xammalı Ermənistandakı Ararat qızıl fabrikinə daşınır və həmin fabrikdə külçə halına salınaraq Rusiya və digər ölkələrə satılırdı. Ermənistan büdcəsinin 51 faizini Kəlbəcər və Zəngilan ərazilərində qızıl yataqlarından çıxarılan qızılın satışından əldə edilən gəlir təşkil edir.
Kanadanın “First Dynasty Mines” (FDM) şirkəti işğal altında olan Kəlbəcər rayonunun “Söyüdlü” qızıl yatağının istismarını həyata keçirir. Qızıl ehtiyatlarının təqribən 40 ton olduğu hesablanan “Söyüdlü” yatağından FDM şirkəti 2003-cü ildə 2 ton, 2004-cü ildə 2,5 ton, 2005-ci ildə 3 ton, 2006-cı ildə isə 5 tondan artıq qızıl hasil edib. Cari qiymətlərlə hesablasaq Azərbaycana təqribən 600 milyon dollardan artıq zərər yetirilib.
– Rayon ərazisində digər dəyərli metal yataqları olduğu da məlumdur. Bu da rayonun yeni iqtisadi analizlərin aparılmasını tələb edir…
– Rayon ərazisi az əvvəl də qeyd etdiyim kimi qızıl və mis kimi dəyərli metallarla və sənaye əhəmiyyətli ehtiyatlarla zəngindir. Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonu, o cümlədən, hazırda işğal altında olan ərazilərindəki mövcud təbii sərvətlərin Ermənistan tərəfindən yağmalandığına, bu ərazilərdəki qızıl yataqlarının beynəlxalq şirkətlərə satıldığına dair çox sayda dəlillər mövcuddur.
İllərdir işğalçı Ermənistan Zəngilan rayonu ərazisində “ekoloji terror” həyata keçirib. Zəngilan meşələrindən kəsilən ağaclar ermənilər tərəfindən bəzi Avropa şirkətləri vasitəsilə qonşu ölkələrə daşınırdı. Xüsusilə, Beşitçay Milli Parkındakı çinar ağacları erməni işğalçıları tərəfindən kəsilərək inşaat materialları istehsal edən xarici şirkətlərə satılırdı.
Zəngilan turizm potensialı yüksək olan rayondur. Rayonda 107 hektar sahəsi olan Beşitçay Dövlət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlığı, 4 təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıd meşəsi, 12.864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət Yesentuki-4 suyuna tərkibcə uyğun gələn mineral bulaqlar, Turşsu mineral bulaqları mövcuddur.
1974-cü ildə qurulan 107 hektar ərazisi olan Beşitçay Milli Parkında dəyərli ağaclar mövcuddur ki, bəzilərinin yaşı 1200-1500 ili keçir. Bütün bunlar bögənin turizm potensialının bir göstəricisidir.

– Turizm üçün nə lazımdır?

– İlk öncə ölkənin təbii-coğrafi, infrastruktur və tarixi potensialını müəyyənləşdirmək, sonra isə bölgələr arasında fərqlilikləri ortaya çıxarmaq… İqtisadi faydanı ən yüksək həddə çatdırmaq üçün isə keyfiyyət və fərqlilik mütləqdir. Məsələn, Zəngilan rayonu termal sularla zəngin olduğu üçün burada müalicəvi sanatoriya tipli turizm obyektləri inşa edilə, o cümlədən, müxtəlif tarixi abidələrin, xristianlığa və islama aid müxtəlif ziyarətgahların yerləşdiyi ərazilərdə dini-ziyarət turizm növləri, dağlıq ərazilərdə dağ-idman turizmi təşkil oluna bilər.

– Zəngilanın kənd təsərrüfatının əsasını nə təşkil edib?

– Sovet İttifaqı dövründə rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı, əsasən də üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edirdi. Rayon ərazisində 3 min hektar üzüm bağları mövcud idi, üç üzüm emalı zavodu fəaliyyət göstərirdi. Təəssüf ki, işğalçılar rayon ərazisindən daha çox narkotik bitkilərin becərilməsi və buradan da İrana daşınması üçün istifadə edirdilər.
Bu həqiqət nə qədər ermənilər tərəfindən təkzib edilsə də, işğal altındakı ərazilərdə narkotik maddələrin yetişdirilməsi, Rusiya və Avropa bazarlarına daşınması ilə bağlı bir çox fakt məhkəmələrdə qeydə alınıb.

– Zəngilan Naxçıvan Muxtar Respublikasına ən yaxın quru sərhəddidir, eyni zamanda işğaldan azad olunması ilə Cənubi Azərbaycanla olan bütün quru sərhədlər də bərpa edilir. Tarixi sərhədlərin bərpası idxal-ixrac əməliyyatlarına nə kimi töhfələr verə bilər?

– Təbii ki, tarixi sərhədlərimizin bərpası Cənubi Azərbaycanla olan idxal-ixrac əməliyyatlarına öz töhfəsini verəcək. Ancaq burada digər bir məsələyə toxunmaq istərdim. Azərbaycanın Naxçıvan Muxtar Respublikasından Türkiyə Respublikasına, oradan da Avropaya açılan qərb istiqamətindəki quru yolu bilirik ki, Ermənistan tərəfindən blokada şəraitindədir. O da məlumdur ki, Naxçıvan Muxtar Respublikası üçün dəmiryolu nəqliyyatı mühüm əhəmiyyət kəsb edir.
Araz çayı boyunca Bakı-İrəvan dəmiryolu keçir ki, həmin dəmiryolunun Culfa-Zəngilan rayonu hissəsi 1941-ci ildə istifadəyə verilib. Culfadan isə Təbrizə qol ayrılır. Qarabağ müharibəsi nəticəsində vaxtilə ümumittifaq şəbəkəsinə daxil olan və muxtar respublikanı Azərbaycana bağlayan dəmiryolu xətti 1992-ci ilin 24 aprelindən etibarən tamamilə kəsildi və həmin vaxtdan Naxçıvan MR Azərbaycandan təcrid olunmuş vəziyyətdədir.
Bu, inşası planlaşdırılan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi üçün də çətinliklər yaranır. Zəngilan-Culfa dəmiryolunun bərpası bölgə iqtisadiyyatı üçün deyərdim ki, çox vacib rol oynayır. Qarabağ probleminin kökündən həlli, Naxçıvanla quru yolunun bərpasına və muxtar respublikanın blokada şəraitindən çıxmasına təkan verə bilər.
Əlbəttə, zəngin enerji ehtiyatları ilə bölgədə diqqətləri üzərinə toplayan Azərbaycanın sosial-iqtisadi inkişafını gecikdirmək istəyən Ermənistan və bu ölkənin dəstəkçiləri problemin kökündən həllində maraqlı deyillər. Ancaq 2020-ci ilin bir dönüşüm ili olacağına inanıram.

Varşavada koronavirusa görə Yeni il bayramı ləğv edildi

0
Varşava

Varşavada koronavirusun yayılması səbəbindən Yeni il ərəfəsində kütləvi tədbirlərin ləğv edilməsinə qərar verilib.

Bu barədə Gezmeli.az UNİAN istinadən xəbər yayıb.

Yerli hökumətdən bildirilir ki, mövcud epidemiya vəziyyətinə görə bu il Yeni il qeyd olunmayacaq, sakinlərin sağlamlığı daha vacibdir.

Həmçinin o da vurğulanıb ki, bunun sayəsində şəhər büdcəsinə də qənaət etmək mümkün olacaq.

Qeyd edək ki, Polşada ümumi yoluxanların sayı 192 539 nəfərdir, 3  721 nəfər isə koronavirusdan ölüb.

Yanvar-sentyabr aylarında Azərbaycana gələn turistlərin sayı açıqlanıb

0
turizm

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib. Mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 686,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə azdır.

Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,5 dəfə azalaraq 20,1 min nəfər olub. Körfəz ölkələrindən gələnlərin sayı 4,6 dəfə azalaraq 94,6 min nəfər olub.

2020-ci ilin yanvar-sentyabr aylarında ölkəmizə gələnlərin 28,1 faizi Rusiya Federasiyası, 24,9 faizi Gürcüstan, 18,1 faizi Türkiyə, 8,3 faizi İran, 2,1 faizi Ukrayna, 1,8 faizi Hindistan, 1,7 faizi Səudiyyə Ərəbistanı, 1,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,1 faiz olmaqla Pakistan, Türkmənistan və Qazaxıstan, 1 faizi Küveyt, 0,9 faizi Böyük Britaniya, hər birindən 0,7 faiz olmaqla Özbəkistan, İraq və Belarus, 0,6 faizi İsrail, 5,8 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər təşkil edib. Gələnlərin 78,7 faizi kişilər, 21,3 faizi qadınlar olub.

Cari ilin yanvar-sentyabr aylarında Çindən gələnlərin sayı 14 dəfə, Cənubi Koreyadan 12,2 dəfə, İsraildən 9,2 dəfə, Polşadan 9 dəfə, Yaponiyadan 8,8 dəfə, İraqdan 8,4 dəfə, Səudiyyə Ərəbistanından 7,8 dəfə, Macarıstandan 7,2 dəfə, Omandan və  ABŞ-dan 6,4 dəfə, Kanadadan və Birləşmiş Ərəb Əmirliklərindən 6,3 dəfə, Fransadan 5,7 dəfə,  Almaniyadan və Türkmənistandan 5,2 dəfə, Qətərdən 5,1 dəfə, Niderlanddan 5 dəfə, Böyük Britaniyadan 4,9 dəfə, Qazaxıstandan 4,5 dəfə, Pakistandan 4,4 dəfə azalıb.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər nəqliyyatdan istifadə edib. 69 faizi dəmir yolu və avtomobil nəqliyyatı, 28,7 faizi hava nəqliyyatı, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.