Ev Blog Səhifə 405

Dünyanın ən çox turist cəlb edən şəhərləri

0

    Turist cəlb edən şəhərlər

Dünyanın ən çox turist cəlb edən şəhərləri, eləcə də, turistlərin xərcləmələri  bəlli olub.

“Mastercard” turistlərin daha çox hansı ölkəyə səfər etməsi və pul xərcləməsini nəzərə alaraq, “2017 Qlobal Hədəf Şəhərləri” indeksini hazırlayıb.132 şəhər arasında turistlər arasında ən populyarı Tailandın paytaxtı Banqkok olub. Siyahı aşağıdakı kimidir:

Dublin-İralndiya

Turistlərin sayı – 5.51 milyon

Ümumi xərcləmələri  – 2.1 milyard dollar

Sidney 

Turistlərin sayı – 3,9 milyon

Ümumi xərcləmələri  – 7,08 milyard dollar

San-Fransisko 

Turistlərin sayı – 4,4 milyon

Ümumi xərcləmələri  – 6,32  milyard dollar

 

Riyad – Səudiyyə Ərəbistanı 

Turistlərin sayı – 4,3 milyon

Ümumi xərcləmələri  -4,7 milyard dollar

Berlin – Almaniya 

Turistlərin sayı – 4,9 milyon

Ümumi xərcləmələri  – 5,01  milyard dollar

 

Kanada – Toronto 

Turistlərin sayı – 5 milyon

Ümumi xərcləmələri  – 2,53 milyard dollar

 

Çennai – Hindistan 

Turistlərin sayı – 5,2 milyon

Ümumi xərcləmələri  -4,6 milyard dollar

Madrid – İspaniya 

Turistlərin sayı – 5,2 milyon

Ümumi xərcləmələri  – ,39 milyard dollar

İndi hostel açmaq daha sərfəlidir

0

          Turizm obyekti

Bu xəbərimiz hostellər ilə bağlıdır. Hostel – qiyməti otellərdən xeyli ucuz olan və turistlərin qısamüddətli gecələmələri üçün nəzərdə tutulan turizm obyektidir. Otel qiymətlərinin baha olduğu ölkəmizdə əslində hostel biznesi olduqca cəlbedici görünür. Üstəlik, bunun üçün böyük məbləğli investisiyalara da ehtiyac yoxdur. Ancaq hostellər ilə bağlı müəyyən standartlar da var.

Şəhərin mərkəzində obyekti, çoxotaqlı mənzili və ya həyət evi olanlar üçün pul qazanmaq şansı yaranıb.

 

Əvvəllər hostel açmaq üçün lisenziya tələb olunurdu. Turizm təsərrüfatında ciddi dəyişikliklərin edilməsiylə indi heç bir icazəyə ehtiyac yoxdur.

Turizm Assosiasiyası

Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, lisenziyanın ləğv edilməsi hostel standartının yaradılması zərurətini ortaya çıxarıb. Hazırda belə bir standart olmadığından şərtlər dünya ölkələrinin praktikasına uyğun götürülür. Bütün dünyada olduğu kimi, Azərbaycanda da hostellərdə gecələmə qiyməti otellərdən xeyli aşağıdır.

Qeyd edək ki, Azərbaycanda hostel açmaq istəyənlər vergini adi qaydada ödəyirlər. Sadələşdirilmiş vergi ödəyicisi Bakıda ümumi dövriyyənin 4%-ini, bölgələrdə isə 2 faizini ödəyir.

Azərbaycanda turistlərin və qonaqların işini asanlaşdıracaq yeni layihə – foto

0

              Yeni layihə

Azərbaycanda turistlərin və qonaqların işini asanlaşdıracaq yeni layihə hazırlanıb.

 

Azlocation.az

Azlocation.az – tam yeni və olduqca dinamik layihədir.

Bu layihənin yaradılmasında məqsəd turist və qonaqların işini asanlaşdırmaq, eyni zamanda, Azərbaycanda yerləşən turizm və iaşə obyektləri üçün işin elektronlaşdırılmasıdır.

Saytda bir çox seqment əhatə olunub, bu isə yerli və xarici auditoriya üçün tam rahatlıq təmin edir. Layihə turizm sahəsinin inkişafı və genişləndirilməsi üçün nəzərdə tutulub.

Məqsəd

Azərbaycanı tanıtmaq məqsədi daşıyan bu layihə bir toxunuşla bütün axtardığınız ticarət, iaşə və turizm obyektlərini qarşınıza gətirir.

Tərəfdaş olmaq istəyən şirkətlər bununla göstərdikləri xidmətləri daha çox tanıtmaq imkanı qazanmış olurlar.

Qeyd edək ki, azlocation.az-da məlumatların yüklənməsi yüksək sürətlə həyata keçirilir. Lazım olan məlumatı əldə etmək üçün istifadəçini gözləməyə vadar etməyəcəyik.

Azlocation.az tərəfdaşlarını əmin edir ki, bu layihə istifadəçilərin suallarına dərhal cavab tapmağa, onların işini asanlaşdırmağa tam təminat verir.

 

Azərbaycana gələn ərəblər quşlara bilet aldı – foto

0

     Vəhşi quşlara bilet alındı

Qatarın paytaxtı Dohadan Azərbaycana gələn ərəblər vəhşi quşlara bilet alıblar.

Şakir Eminbəyli

Bu barədə məlumatı jurnalist Şakir Eminbəyli öz “Facebook” hesabında paylaşım edib.

Ş. Eminbəyli ərəb turistlərin üç şahin quşu üçün təyyarənin göyərtəsində yer almasına dair fotoları paylaşaraq yazıb:

“Hazırda Qətərdən Azərbaycana gələn adi sərnişinlər heç təəccüblənmir”.

Turizm polisi yaradılır.

0

Ukraynanın turistlər tərəfindən daha çox səfər edilən şəhərlərində turizm polisi yaradılması təklif olunur.

Bu şəhərlər  Odessa, Lvov və Kiyevdir.

Bu barədə Odessa vilayətinin Milli Polis Baş İdarəsinin rəisi Dmitriy Qolovin məlumat açıqlayıb. Layihəyə əsasən, turist polislərinin mayın 1-dən sentyabrın 15-dək fəaliyyəti nəzərdə tutulur.

“Turist polisləri maksimum texniki vasitələrlə təchiz etmək planlaşdırılır. Bu polislər kurort sahələrindəki cinayətlərin aradan qaldırılması, bu şəhərlərin turistlər üçün cəlbediciliyini artırmaq, turizm sənayesinə investisiyaların artırılması və digər bu kimi məsələlərə kömək edəcək”, – deyə Qolovin bildirib.

Asan vətəndaşlıq verən ölkələr

0

Bəzi ölkələrdə vətəndaşlığ almaq asandır.

Bir çox ölkələr var ki vətəndaşlığı satır. Ölkələrə uyğun olaraq bu qaydalar dəyişir. Qaydalarla yanaşı vətəndaşlığı almaq üçün müəyyən məbləğdə pul da ödəmək lazım olur. Bəzi ölkələrdə əmlak almaq və ya biznes qurmaqla vətəndaşlıq almaq olar.

Asan vətəndaşlıq verən ölkələrin siyahısını təqdim edir:

Malta 

İqtisadi inkişafı sürətləndirmək üçün Malta hökuməti bu adada ev alanlar üçün vətəndaşlıq təqdim edir. Minimum 880 min avro ödəyərək daşınmaz əmlak sahib olaraq Malta vətəndaşlığını almaq olar.

Avstriya, Macarıstan, Kipr 

2011-ci ildən etibarən Avstriya, Macarıstan və Kipr əcnəbilər üçün vətəndaşlıq təklif edir. Bunun üçün xüsusi bir bacarıq və ya qabiliyyət lazım deyil. Sadəcə 360 min avro ödəməklə Avstriya və Macarıstanın 2,5 milyon avro ödəməklə isə Kiprin vətəndaşı ola bilərsiniz.

Latviya, Böyük Britaniya, Kanada, ABŞ

Latviya, Kanada, ABŞ və Böyük Britaniyada da müəyyən həcmdə maliyyə yatırımları etməklə vətəndaşlıq almaq olar. Lakin investisiya ilə yanaşı vətəndaşlıq almaq istəyən şəxs bir neçə il həmin ölkədə yaşamalıdır.

Antiqua və Barbuda

Karib dənizində yerləşən Antiqua və Barbuda Britaniya dostluğu təşkilatının üzvüdür. Bu ölkənin vətəndaşlığını almaq üçün ölkənin milli inkişaf fonduna minimum 250 min dollar pul köçürməli və bu ölkədə minimum 400 min dollar dəyərində daşınmaz əmlak almalısız. Vətəndaşlıq aldıqdan sonra il ərzində ən azından 7 gün bu ölkədə yaşamaq lazımdır.  Antiqua və Barbuda pasportu ilə 129 ölkəyə səfər etmək mümkündür. Pasport 4-6 ay ərzində verilir.

Dominikan Respublikası

Dominikan Respublikasının pasportunu almaq üçün 100 min dollar ödəmək lazım olacaq. İki nəfərlik ailə (+az yaşlı uşaqlar) üçün bu məbləğ 200 min dollara bərabərdir. Bu ölkənin pasportu ilə Böyük Britaniya ilə yanaşı 50 ölkəyə səfər etmək mümkündür.

Sent-Lüsiya

Bu ölkədə 100 min dollardan çox investisiya yatıran şəxs avtomatik vətəndaşlıq alır. Hətta bu ölkədə bir gün belə yaşamasa da. Sent-Lüsiyanın pasportu ilə Şengen ölkələrinə və əksər Cənubi Amerika ölkələrinə səfər etmək olar.

Sinqapur

Sinqapurda vətəndaşlıq almaq üçün ilk növbədə bu ölkəyə 1,8 milyon dollar investisiya yatırmaq lazımdır.

Bu qiymətə Avropa vətəndaşı olmaq olar

0

2 milyon avro ödəməklə Avropa vətəndaşı olmaq mümkündür.

Kiprin yunan hissəsində 2013-cü ildən tətbiq edilən “qızıl viza” proqramı çərçivəsində verdiyi Avropa İttifaqı vətəndaşlığı qarşılığında 4 milyard avro qazandığı məlum olub.

Qərb mətbuatı

Qərb mətbuatının xəbərinə əsasən, aralarında rüşvətxorluq və korrupsiyada ittiham edilən rus və ukraynalı milyarderlərin də olduğu yüzlərlə insan Kiprin yunan hissəsində “qızıl viza” proqramı çərçivəsində Avropa İttifaqı pasportuna sahib olub.

Qəzetə ötürülən sənədlərə əsasən, Kiprin yunan hökuməti 2013-cü ildən bu yana tətbiq etdiyi proqram çərçivəsində 4 milyard avrodan çox gəlir əldə edib. Təkcə ötən il bu proqram çərivəsində 400-dən çox pasport verilib.

Xəbərə əsasən, pasport alanlar arasında Rusiya Dumasının bir sabiq millət vəkili, Ukraynanın ən böyük ticarət bankının qurucuları da var.

Qızıl viza proqramı

“Qızıl viza” proqramına görə, ölkədə 2 milyon avroluq daşınmaz əmlak alan və ya 2.5 milyon avroluq şirkət və ya sərmayə qoyan şəxslər bu ölkənin vətəndaşı ola bilərlər.

Proqramdan faydalanmaq üçün hər hansı bir dil və ya qeydiyyat şərti yoxdur. Pasport alan şəxslər 7 ildən bir ölkəyə giriş etməlidirlər.

Amma bu proqramı tənqid edənlər prosesin şəffaf işləmədiyini, xüsusilə korrupsiya ilə ittiham edilən bir çox insanın ölkələrindəki qanundan qaçmaq üçün asanlıqla Aİ vətəndaşlığına keçə bildiyini deyirlər.

Aİ vətəndaşlığı

Sərmayə qarşılığında vətəndaşlıq verən proqramlar təkcə Kiprdə yox, digər Aİ üzvü ölkələrdə var. Məsələn, 2008-ci il böhranından əziyyət çəkən Maltada da buna bənzər proqram təqdim edilmişdi. Amma Malta hökuməti şəffaflıq üçün vətəndaşlığa müraciət edənlərin siyahısını açıqlamışdı.

Portuqaliyada isə 500 min avro dəyərində daşınmaz əmlak alan şəxslərə oturmaq icazəsi verilir və həmin şəxslər 6-cı ildə vətəndaşlıq üçün müraciət haqqı qazanır.

İspaniyada da eyni məbləğə oturma icazəsi verilir. Amma vətəndaşlıq üçün müraciət edən şəxslər 10 il müddətində bu ölkədə yaşamalıdırlar.

Bakıda turistlər üçün vahid kartlar hazırlanır .

0

Xüsusi kartlar hazırlanır.

Bakıda muzeylərdə, mədəniyyət obyektlərində, ictimai nəqliyyat vasitələrində və turistlər üçün turlar təşkil edən “Baku city bus” avtobuslarında istifadə məqsədilə vahid turist kartları hazırlanır.

Milli Turizm Təbliğat Bürosunun (MTTB) mətbuat xidmətinin katibi Kənan Quluzadə deyib.

Kartlar

Onun sözlərinə görə, kartın hazırlanmasında məqsəd turistlərin məmnunluğunu təmin etmək, MTTB-nin bu layihədən gəlir əldə etmək istəyidir.

Dünyanın inkişaf etmiş bir çox ölkələrində belə kartların mövcud olduğunu deyən K.Quluzadə qeyd edib ki, turistlər üçün 2 cür – 30 günlük və 1 illik kartın hazırlanması nəzərdə tutulur. 1 illik kartın istifadə müddəti uzadıla da bilər: “Bu kartları əldə edən həm xarici, həm də yerli vətəndaş müəyyən xidmətlərdən pulsuz istifadə edə, müəyyən xidmətlərdən isə güzəştlə istifadə edə biləcək: “Kartlara muzeylərə giriş, Bakıda ekskursiya keçirən avtobuslardan, nəqliyyat vasitələrindən istifadə daxildir. Bu kart müəyyən mağazalarda endirim imkanı da verə bilər. Hazırda bunlar araşdırılır. Turistlər tərəfindən hansı xidmətlər daha çox alqışlanırsa, onu genişləndirəcəyik, hansı xidmətlərdən az istifadə edilərsə, onu azaldacağıq”.

Yeni layihə

K.Quluzadə deyib ki, hazırda kartlarla bağlı layihə müvafiq dövlət və biznes strukturları ilə müzakirə edilir: “Ümid edirik ki, bu layihə yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək”.

Büro rəsmisi əlavə edib ki, turistlər üçün nəzərdə tutulan kartlar elektron olacaq. Bu kartları turizm agentliklərindən, şəhərdəki müəyyən satış nöqtələrindən əldə etmək, eyni zamanda, onlayn sifariş etmək də mümkün olacaq.

K.Quluzadə bildirib ki, hazırda kartın qiyməti müzakirə edilir: “Biz çalışacağıq ki, qiymət yüksək olmasın və hamı bundan xüsusi xidmət kimi istifadə edə bilsin”.

Hindistanda gündəlik həyat.

0

Hindistanda həyat.

Bu heyrətamiz ölkədə, rəngarəng və şən bayram şəkilləri, adi insanların səfalətini göstərən kadrlar ilə əvəzlənir.

Ölkənin əhalisi 1,330,600,000 nəfər, ərazisi isə 3 287 263 km² təşkil edir.

Hər iki göstəriciyə görə Hindistan Cənubi Asiyanın ən böyük ölkəsi sayılır və əhalisinə görə dünyada ikinci yeri tutur.

2017-ci ilin avqust-sentyabr aylarında müxtəlif fotoqrafların Hindistanda çəkdiyi şəkillər.

Bakının brendi yaradılır.

0

Bakının turizm brendi olmalıdır.

“Azərbaycanla yanaşı, Bakının özünün də turizm brendi olmalıdır. Hazırda biz Bakının brendinqi ilə məşğuluq. Bundan əlavə, Bakının marketinq strategiyası üzrə işlər görülür. Xüsusən Bakıda biznes strukturları ilə əlaqələr daha da genişləndirilir. Onların turistlər üçün daha cəlbedici olması məqsədilə müxtəlif tədbirlər görülür”.

Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə bildirib.

Marketinq bazarları

Onun sözlərinə görə, hazırda turizm sektorunda bir neçə istiqamət üzrə marketinq, bazarların öyrənilməsi işi aparılır: “Məsələn, tutaq ki, biz Rusiya bazarı deyirik. Amma Rusiya bazarı özlüyündə çox fərqlidir. Məsələn, məlum olub ki, Sankt-Peterburqdan gələn turistlərin tələbatı bir, Moskvadan gələnlərinki başqa, Vladivostokdan gələnlərinki tam fərqlidir. Yəni burada seqmentasiya aparılmalıdır. Hazırda bir neçə istiqamətdə, o cümlədən Asiya regionu üzrə, xüsusən Çin, Malayziya və ən böyük müsəlman dövləti olan İndoneziya istiqamətində iş aparırıq. Bundan əlavə, İsraildən gələn turistlərin sayının artırılması üçün işlər görülür”.

K.Quluzadə qeyd edib ki, Azərbaycan turizminin təbliğ edilməsi məqsədilə bir neçə istiqamətdə iş aparılır: “Məsələn, Bizim Baltikyanı ölkələrlə, həmçinin Polşa ilə çox sıx əlaqələrimiz var. Biz tərəfdaş olaraq qarşılıqlı şəkildə bir-birimizin turizm potensialı barədə materiallar yayırıq.

Ümumiyyətlə, təbliğatın bir neçə yolu var. Bu, ilk növbədə media vasitəsilə edilir. Bizim vasitəmizlə artıq bütün dünyada məşhur olan “Forbes” jurnalı, “Reuters” agentliyi və s. digər nüfuzlu KİV-lər Azərbaycan turizmi haqqında yazılar yazır, reportajlar hazırlayırlar. Bundan əlavə, büronun artıq MDB məkanında, Türkiyədə, Avropada, ABŞ-da tərəfdaşları var.

Digər istiqamət rəqəmsal marketinq işidir. Biz azerbaijan.travel saytını tam yeni konsepsiyada qurmuşuq. Bu saytın artıq onminlərlə izləyicisi var. Hələlik sayt ingilis və rus dillərindədir, amma gələcəkdə, yəqin ki, prioritet seçdiyimiz istiqamətlətlərə görə digər dillərdə də olacaq”.