Ev Blog Səhifə 406

“Bitcoin” qarşılığında vətəndaşlıq verən ölkə .

0

Virtual pul qarşılığında vətəndaşlıq.

Sakit okeanın cənubunda yerləşən ada ölkəsi olan Vanuatu artıq kağız deyil, həm də virtual pul qarşılığında vətəndaşlıq verir.

İndiyə qədər bu ölkədə vətəndaşlıq almağın dəyəri 200 min dollar təşkil edib. Son qərara görə, 43,64 “Bitcoin” ödəməklə də Vanuatu əməkdaşı olmaq mümkündür.

Vanuatu əməkdaşı

Qeyd edək ki, ölkənin 277 min sakini var. Vanuatu vətəndaşları 113 ölkəyə vizasız səfər edə bilirlər. Bu dövlətlərin arasında Rusiya, İngiltərə də var.

Azərbaycandan Avropaya 29 avroya uçuş

0

Avropa İttifaqına birbaşa uçuşlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti  Rumen Radev arasında aparılan danışıqlar çərçivəsində Bakı ilə Sofiya arasında hava əlaqəsinin açılması barədə razılıq əldə edilmişdir.

Uçuşlar 16 yanvar 2018-ci ildən etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən  həyata keçiriləcəkdir. Bolqarıstanın paytaxtı Azərbaycanın aşağıbüdcəli aviaşirkətinin Avropa İttifaqına birbaşa uçuşlar həyata keçirəcəyi ilk şəhər olacaqdır.

Azərbaycan Hava yolları

Bakı-Sofiya istiqaməti üzrə minimal tarif,  aviaşirkətin digər istiqamətlərində olduğu  kimi, 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə olmaqla, həftənin ikinci günləri həyata keçiriləcəkdir.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov dedi: “Sofiya şəhərinə yeni müntəzəm reysin açılması Azərbaycanın mülki aviasiya sahəsində əhəmiyyətli hadisədir. Bakı-Sofiya istiqaməti üzrə aviareys ölkəmizin vətəndaşları üçün yeni məşhur istirahət istiqamətləri açacaqdır. “Buta Airways” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslər Avropa və Bakını turistlər üçün daha açıq məkana çevirəcəkdir. Aşağıbüdcəli milli aviaşirkət marşrut şəbəkəsinin genişləndirilməsi və optimallaşdırılması üzrə işləri davam etdirəcəkdir”.

Yaxın zamanlarda yeni reyslərin təxsisetmə sisteminə daxil edilməsi üzrə texniki işlər başa çatdırıldıqdan sonra  aviaşirkətin rəsmi saytında aviabiletlərin satışı  həyata keçiriləcəkdir.

Aşağıbüdcəli aviaşirkət olaraq, baqajın, əl yükünün daşınması, hava gəmisində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində  təklif edəcəkdir.

Qeyd edək ki, oktyabrın 29-dan etibarən Buta Airways Bakı-İstanbul və Bakı-Sankt-Peterburq marşrutları  üzrə uçuşlar həyata keçirəcəkdir.

Azərbaycan vətəndaşları Omana elektron viza ilə gedə biləcəklər

0

Omana elektron viza ilə səyahət.

Məlumata əsasən, daha 25 dövlətin: İran, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, bir sıra Cənubi Asiya, Latın və Mərkəzi Amerika ölkələrinin vətəndaşları da bu xidmətdən istifadə edə biləcəklər.

Qaydalara əsasən, ərizə ilə müraciət edənin pasportunun fəaliyyət müddətinin bitməsinə ən azı 6 ay vaxt qalmalıdır. Eləcə də, şəxs ərizə verən zaman rezident, yaxud  ABŞ, Kanada, Avstraliya, Böyük Britaniya və ya Şengen zonası ölkələrinə vizaya, hər iki tərəfə uçuş bileti və ölkədə hotel bronunu təsdiqləyən sənədə malik olmalıdır.

Omana bir ay müddətinə verilən vizanın rüsumu 20 Oman rialıdır (88 manat).

Azərbaycan bu ölkələri “hədəf”ə aldı.

0

Azərbaycanda hədəf ölkələr üçün xüsusi turizm xidmət paketləri.

Layihədə cəlbedici turizm məkanlarına dair məlumatlar və turizm xidmət paketlərinin yenilənməsi büdcə zərfində nəzərdə tutulan prioritet kimi qeyd edilib.  Layihəyə əsasən, dövlət hədəf ölkələri ilə birbaşa uçuşların sayının artırılması, uyğun qiymətə (“lou-kost”) xidmətlər təklif edən özəl şirkətlərin və milli aviaşirkətlərin formalaşdırılmasına dəstək göstərəcək.

Qeyd edək ki, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Azərbaycan üçün hədəf ölkələrin ilk növbədə Rusiya, Gürcüstan, İran, Türkiyə və ərəb ölkələri olduğunu söyləmişdi.

Turistlər

Xatırladaq ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.

Qeyd edək ki, bu ilin birinci yarısında Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında Rusiya 374 491 nəfərlə (17% artım) ilk yerdə qərar tutub. Sonrakı yerlərdə Gürcüstan (254 425 nəfər, 4% artım), İran (180 103 nəfər, 89% artım), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (44 196 nəfər, 338% artım), Ukrayna (27 342 nəfər, 14% artım) və İraq (19 355 nəfər, 75% artım) vətəndaşlarının xüsusi çəkisi daha çox olub. Bu dövrdə Türkiyədən Azərbaycana 138 692 nəfər gəlib ki, bu da ötən illə müqayisədə 7,6% azalma deməkdir.

Qeyd edək ki, ötən ilin 9 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə ölkəmizə gələn xarici turistlərin sayı 20,9 faiz artıb. Bu müddətdə Azərbaycana səfər edən xarici turistlərin sayı 2 milyon 71 min 918 nəfər olub.

Gələn il Azərbaycanda 50 mehmanxana açılacaq.

0

50 mehmanxana daha açılacaq.

Bakıda keçirilən “Azərbaycan Turizm Forumu”nda paytaxtda fəaliyyət göstərən otellərdən birinin rəhbəri olan Ceyhun Aşurov bildirib.

Mehmanxanalar

Onun sözlərinə görə, xarici turistlərin sayında artım var. Təkcə ötən il Azərbaycana 2 milyon 249 nəfər turist gəlib. “Turist sayının çox olmasına baxmayaraq marja azalıb. Çünki iqtisadi vəziyyəti nəzərə alsaq görərik ki, xərclər gəlirdən çox olub. Mehmanxana sayında da artım olub. Statistikaya görə, ötən il mehmanxanaların sayı 563 olub, 760 turizm şirkəti açılıb. Gələn il isə əlavə 50 mehmanxana açılacaq. Onuda qeyd edim ki, bu sektor tərəfindən bu il dövlətə ödənilən vergilərin həcmi də artıb”.

C.Aşurov dünya üzrə turizm sektorunda müştərilərin azalma səbələrini də qeyd edib. O bildirib ki, dünya üzə aparılan statistikaya görə, azalmada əsas səbəb kimi müştərilərin 1%-nin ölməsi, 5%-nin yeni vərdislərə görə bu sektoru tərk etməsi, 9%-i qiymətə görə, 68%-nin isə laqeydliyə görə ayrılmasıdır.

Nazirlik Azərbaycana gələn turistlərə müraciət etdi.

0

Nazirlikdən turistlərə müraciət.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Parklara onlayn bilet satışı ilə bağlı turistlərə müraciət edib.

Parklar.

Ölkədə 9 Milli Park – Akademik H. Əliyev adına Zəngəzur Milli Parkı, Ağgöl Milli Parkı, Şirvan Milli Parkı, Hirkan Milli Parkı, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, Şahdağ Milli Parkı, Göy-göl Milli Parkı və Samur-Yalama Milli Parkı fəaliyyət göstərir.

ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti 2012-ci ilin avqust ayından elektron xidmətlərin təşkili sahəsində Milli Parklara onlayn bilet satışına başlayıb.

Ərəblər Azərbaycanda otel biznesi qurmaq istəyirlər.

0

Azərbaycanda ərəblərin otel biznesi.

Ərəb investorları Azərbaycanda otel biznesinə, xüsusilə “ekonom” seqmentində otellərə maraq göstərirlər.  Azərbaycan Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

Azərbaycanda otellər

Onun sözlərinə görə, bununla belə, hələlik Azərbaycanda otellərin satın alınması barədə faktlar olmayıb: “Bizdə hansısa Azərbaycan otelinin ərəb investorlar tərəfindən alınması barədə məlumat yoxdur, amma onların marağı var. Ötən il Səudiyyə Ərəbistanından investorlar bizə müraciət ediblər. Onlar “ekonom” kateqoriyalı – iki və üçulduzlu otellərlə maraqlanıblar. Amma bizə məlum olmayan səbəblərdən razılıq əldə olunmayıb”.

Assosiasiya rəhbəri qeyd edib ki, hazırda Azərbaycanda ərəb investorlara məxsus otellər qeydiyyatda mövcud deyil: “Hazırda Assosiasiya turistlərin yerləşdirilməsi ilə məşğul olan obyektlərin reyestrinin tərtib olunması ilə məşğul olur. Biz artıq Bakı üzrə işimizi başa çatdırmışıq, indi regionlarda işimizi davam etdiririk. Demək istəyirəm ki, indiyədək ərəblərə məxsus və ya onların idarə etdiyi otellər qarşımıza çıxmayıb”.

S.Dübəndi həmçinin bildirib ki, hazırda ərəb investisiyasının otel biznesinə cəlb olunmasına zərurət yoxdur.

Səyahət üçün dəyərli tövsiyələr

0

Dəyərli tövsiyələr

Məzuniyyət götürən şəxslər üçün əla fürsətdir. Bəs səyahət zamanı nə etməli, nə etməməli, haraları gəzməli bilmirsinizsə o zaman Paulo Koelyo məsləhətlərinə qulaq verin.

“Yaxın vaxtlarda səyahət etməyin ən yaxşı öyrənmə üsulu olduğunu kəşf etdim. Əsl səyyah ruhuna sahibəm, buna görə də bloqum vasitəsilə səyahətlərimdən öyrəndiklərimi başqalarına da ötürə biləcəyimi, digər səyyahlara da faydalı ola biləcəyimi düşündüm”. Bu fikirlər braziliyalı yazıçı Paulo Koelyoya məxsusdur. Yazıçı şəxsi bloqunda səyahət sirlərini oxucuları ilə bölüşüb.

1. Muzeylərdən qaçın!

Bu məsləhətim sizə absurd gəlsə də, bir az düşünün: Xarici şəhərdəsinizsə, şəhərin indiki vəziyyətini görmək keçmiş vəziyyətini görməkdən daha maraqlı olmazdımı? İnsanlar özlərini muzeylərə getmək məcburiyyətində hiss edirlər. Əlbəttə, muzeylərə getmək vacibdir, amma ora gedəndə nə görmək istədiyinizi bilməyiniz də vacibdir, yoxsa gördüklərinizdən yaddaşınızda çox az şey qalacaq.

2. Həmsöhbət tapın

Ərazini yaxşı tanıyan, şəhəri ilə qürur duyan, orada yaşayan, heç bir tur agentliyinə işləməyən ən yaxşı tur rəhbəridir. Harasa gedəndə yoldan keçənlərə kilsə hardadır, poçt hardadır kimi suallar verin. Günün sonuna qədər bunu bir neçə dəfə təkrarlasanız, özünüzə yaxşı həmsöhbət taparsınız.

3. Müqayisə aparmayın

Qiymətləri, həyat şəraitini, nəqliyyatı, bir sözlə qarşınıza çıxan hər nə olsa müqayisə etməyin. Başqa insanlardan pis və ya yaxşı yaşadığınızın fərqinə varmaq üçün səyahət etmirsiniz ki! Sizin məqsədiniz başqa insanları tanımaq, sizə nə öyrədə biləcəklərini kəşf etməkdir.

4. Qorxmayın, hamı sizi başa düşür

Dil bilməsəniz də, qorxmayın. Qısa cümlələrlə də ünsiyyət qurmaq olar. Bəzi insanlar tək səyahət etsələr, azıb yolun ortasında qalacaqlarını fikirləşirlər. Hər ehtimala qarşı cibinizə qaldığınız otelin vizit kartını qoyun. Ünvanı səhv salan zaman vizit kartla taksi sizi istədiyiniz ünvana çatdıracaq.

5. Çox alış-veriş etməyin

Pulunuzu daha çox teatra, restorana, kiçik gəzintilərə xərcləyin. Qloballaşan dünyada internet sağ olsun. Artıq istədiyiniz yerdən istədiyiniz məhsulu baqaja əlavə pul ödəmədən də əldə edə bilərsiniz.

6. Dünyanı bir ayda gəzməyə çalışmayın

Bir şəhərdə 4-5 gün qalmaq, bir həftə ərzində beş şəhər gəzməkdən yaxşıdır. Şəhər kaprizli qadın kimidir. Onu ovsunlayıb, ürəyini sizə açmasını gözləmək vaxt aparır.

7. Hər səfər bir macəradır

Henri Miller deyib: “Heç kimin bilmədiyi kilsəni kəşf etmək Romaya gedib Sikstin kapellasını iki yüz turistin səs-küyü əhatəsində gəzməkdən yaxşıdır”. Əslində, Henri Miller belə demək istəyir: “Sikstin kapellasına da gedin, amma küçələri, kənar məhəllələri də yaddan çıxartmayın. Əgər nəsə yenilik kəşf etsəniz əmin edirəm ki, həyatınız dəyişəcək”.

Əzizlərim, ümid edirəm ki, sizlər üçün maraqlı və faydalı məlumatlar idi. Xoş istirahətlər!

Aviaşirkətlərin qəribə, inanılmaz sirləri

0

Aviaşirkətlərin sirləri

Təyyarə – ən etibarlı və təhlükəsiz nəqliyyat vasitəsidir. Bu və rahatlığı səbəbindən əksər insanlar digər nəqliyyat vasitələri içərisində təyyarəyə üstünlük verirlər. Lakin elə “sirlər” vardır ki, aviaşirkətlər onları sizə deməzlər. Lakin bunları bilmək lazımdır.

Bağlı halda sizə təqdim edilən qulaqcıqlar sizdən əvvəl də istifadə olunub. Hər reysdən sonra onlar təmizlənir və yenidən qablaşdırılır.

Maskalardakı oksigen 15 dəqiqə kifayət edər. Lakin bu müddət pilot üçün təyyarəni rahat nəfəs almağın mümkün olduğu daha aşağı yüksəkliyə endirməsi üçün bəsdir. Yüksək hündürlük zamanı huşunuzu itirmədən öncə 15-20 saniyəniz var. Bu səbədən də özünüz və uşaqlarınızın qayğısına qalmağa çalışın.

Reysdə iştirak edən pilotlara tamamilə müxtəlif növ qida təqdim edilir və onların qidalarını öz aralarında bölməsi qadağandır. Buna səbəb isə qida zəhərlənməsi zamanı yaranan təhlükəni azaltmaqdır.

Təyyarənin kapitanı demək olar ki, sərhədsiz səlahiyyətə sahibdir. Ona kimisə həbs etmək, cərimə yazmaq və hətta dünyasını dəyişən sərnişinin vəsiyyətnaməsini qeydə almaq hüququ var.

Təyyarədə olan ayaqyolunun qapısını arxadan açmaq mümkündür. Adətən bu dəstək “Siqaret çəkmək qadağandır” yazısı ilə gizlədilir.

 

Əslində təyyarənin göyərtəsində mobil cihazların söndürülməsi mütləq deyil. Lakin uçuş və eniş hallarında şəbəkə dalğasını tutmağa çalışan söndürülməmiş telefonlar pilotları qıcıqlandırır.

Reysdən sonra adeyal və yastıqlar qatlanaraq yerinə yığılır.Amerikanın bəzi daxili reysləri insan qalıqları, yaxud orqanları daşıyırlar.

Avropada pulsuz edə biləcəkləriniz

0

Pulsuz??

Yeni bir şəhərə səyahət etdikdə bir çamadan pul xərcləməli olacağınızı düşünməyin. Avropa dedikdə ilk düşündüyümüz fikir «ora getmək üçün çoxlu pul lazımdır» olur.

Ancaq bahalı Avropa ölkələrinin pulsuz tərəfləri də var. Həmin ölkələrdə pulsuz zövq ala biləcəyiniz şeyləri təqdim edirik.

 

1. Sürixdə pulsuz şokoladlar yeyə bilərsiniz. Bu, məhz ora getmək üçün gözəl bir səbəbdir. Pulsuz şokolad yemək, şokolad muzeylərini pulsuz gəzmək, Lindt və Sprungli şokolad markalarını dadmaq, bundan başqa nə istəyirsiniz?

2. Kopenhagendə pulsuz velosipedlərdən yararlanaraq, bütün səyahətinizi bununla etsəniz, axşam bahalı restoranlarda yemək yemək üçün bütün pulunuz özünüzə qalacaq.

3. Edinburqda festivallar pulsuzdur. Hətta pulunuz cibinizdə qala-qala bu festivalları izləsəniz, daha çox güləcəksiniz.

4. Parisdə hər ayın ilk bazar günü pulsuz ən möhtəşəm 10 sənət əsəri ilə tanış olmaq imkanınız olacaq.

5. Amsterdamda hər çərşənbə günü «Consertgebouw» zalında günortadan sonra pulsuz konsertlərə qatıla bilərsiniz.

6. Möhtəşəm muzeylərə ev sahibliyi edən Londonda tarix muzeyi pulsuzdur. İndiyə qədər dinozavr sümükləri görməmisinizsə, mütləq ora gedin. Onsuz da pulsuzdur.

7. Madriddə Del Prado milli muzeyi ən dəyərli sənət nümunələrinə ev sahibliyi edir. Əgər ora çərşənbə axşamı və şənbə günü getsəniz, pulsuz daxil ola bilərsiniz.

8. Dublinin məşhur Triniti kollecində ədəbiyyat mərasimləri pulsuz təşkil edilir.

9. Barselonada olarkən möhtəşəm Gaudi memarlıq əsərlərini mütləq izləməlisiniz.

10. Romada təşkil edilən tarix əsərləri sərgiləri pulsuzdur.