Ev Turizm Xəbərləri Palçıq vulkanlarının turistik imkanlarından istifadə olunur?

Palçıq vulkanlarının turistik imkanlarından istifadə olunur?

Palçıq vulkan

Fəaliyyət aktivliyi və sayına görə, dünyanın heç bir ölkəsində ölkəmizdəki qədər palçıq vulkanı olmadığı halda, bu unikal təbiət abidələri “gözdən uzaq, könüldən iraq” qalıb.

Oxu.Az xəbər verir ki, ölkəmizdə palçıq vulkanları olan ərazilərə turizim məqsədi ilə səfərlər, demək olar ki, yoxdur.

Geologiya və Geofizika institutunun aparıcı elmi işçisi Orxan Abbasov ölkəyə gələn turistlərin palçıq vulkanları ilə tanış olmağa meyilli olduğunu bildirir. Lakin burada bəzi problemlər var:

“Palçıq vulkanları olan ərazilərin bəziləri qoruq elan edilib. Qanunvericliyə görə də, qoruqlara giriş qeyri-qanunidir. Qoruq elan edilməyənlərə isə fərdi qaydada ziyarətlər olsa da, təşkilati baxımdan problemlər yaşanır”.

Dövlət Turizm Agentliyi də artıq məsələ ilə ciddi məşğuldur. Bununla bağlı layihə də hazırlanıb və icra mərhələsindədir. Qurumun sözçüsü Kənan Quluzadənin sözlərinə görə, Qobustan şəhərindən 22 km məsafədə turizm kompleksi yaradılacaq.

Həqiqətən də Azərbaycan vulkanlarının beynəlxalq ekoturizmə qatılması günün tələbidir. Əgər turist bizdə olanın adını tutub ölkəmizə təşrif buyurursa, biz niyə əlimizdə olan imkandan düzgün istifadə edə bilməyək.