Ev Turizm Xəbərləri Paytaxtımızda “Medinex”

Paytaxtımızda “Medinex”

Medinex

Sabah “Medinex” – Tibb İnnovasiyaları Sərgi və Forumu keçiriləcək.

Sərgidə aparıcı yerli və beynəlxalq istehsalçılar, eləcə də distribyutorlar ölkənin səhiyyə klinikalarını təkmilləşdirməyə və müalicənin effektivliyini artırmağa kömək etmək məqsədi ilə öz yeni məhsul və xidmətlərini nümayiş etdirirlər.

Sərginin ekspozisiyası dünyanın 12 ölkəsini, o cümlədən Almaniya, İran, İtaliya, Qazaxıstan, Pakistan. Rusiya, Yaponiya və digər ölkələri təmsil edən 70 şirkəti bir araya gətirib. Azərbaycan sərgidə “Made in Azerbaijan” brendi altında çıxış edən distribyutor və istehsalçılar tərəfindən təmsil olunub. Belarus Respublikası “Medinex” sərgisində 8 aparıcı tibb müəssisəsini ehtiva edən milli pavilyon ilə iştirak edir.

Medinex” sərgisi 3 zonadan ibarət olacaq. “Showcase” zonasında səhiyyə sahəsində qlobal inkişaf trendləri ilə, potensial tərəfdaşlarla tanış olacaq. Mövcud əlaqələri möhkəmləndirmək, məhsul və xidmətləri təqdim etmək mümkün olacaq.

Tibb və səhiyyə innovasiyalarını əhatə edən Qafqaz regionunda ən iri və Azərbaycanda yeganə tədbir olan “Medinex” sərgisi Səhiyyə Nazirliyi tərəfindən dəstəklənir.

İnnovasiyalar” zonası tibb sahəsinin gələcəyini bu gün görmək imkanı yaradacaq. Həmin zonada sərgi qonaqlarına tibb sahəsinin ən müasir layihələri, nailiyyətləri, inqilabi prototipləri, gələcəyin texnologiyalarını və avadanlıqları nümayiş etdiriləcək.

Prezentasiya” zonasında sərgini müşayiət edəcək əlavə tədbirlər, çoxsaylı biznes görüşlər, tibdə futurologiya mövzusunda təqdimatlar, müxtəlif təqdimatlar, sessiyalar yer alacaq.

Medinex” sərgisində tibdə informasiya texnologiyaları, tibbi texnika və avadanlıq, tibbi məhsullar, dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr, ortopediya, stomatologiya, stomatoloji avadanlıq və alətlər, stomatoloji xidmətlər, optika və oftalmologiya, pediatriya və ixtisaslaşmış pediatrik xidmətlər, innovativ laboratoriya avadanlıqları və texnologiyaları, farmasevtik avadanlıq, tibb müəssisələri və apteklər üçün avadanlıq, tibbi turizm, yaşlı nəsil üçün məhsullar, diyetologiya, tibbi təhsil, BeFit – sağlam həyat tərzi kimi sektorlar təqdim olunacaq.

Sərgilər Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir.