Ev Otellər Portoda hansı otellərdə qala bilərik ?

Portoda hansı otellərdə qala bilərik ?

Portoda qala biləcəyimiz otellər

Portoda harada qallmaq olar? Araşdırmasını edərkən hər büdcəyə müraciət edə biləcək otellərdən seçim etməyə çalışdım. Porto şəhərindəki yüksək dəyərli otellərdən bəziləri:

3★ Pao de Acucar Hotel

3★ Pao de Acucar Hotel

Porto tarix mərkəzindəki 3 ulduzlu Pao de Acucar Hotel sənət əsərləri fərqli dekorasiyası ilə seçilir. Avenida dos Aliados metro stansiyasına 100 metr məsafədə yerləşir və 51 otaq klassik mebel və xüsusi vanna otağı ilə təchiz olunmuşdur. Səhər yeməyi hər səhər xidmət edir və otelin ətrafında bir çox restoran və bar var. Çıxmaq istəmirsinizsə, kitabxananı  ziyarət edə bilərsinzi. Kitabxanaya pul ödəyərək  kitab oxumaq üçün vaxt sərf edə bilərsiniz.

4 Hotel Dom Henrique – Downtown

4★ Hotel Dom Henrique – Downtown

Hotel Dom Henrique – Downtown, Porto’da qalmaq üçün araşdırma etdiyim zaman  tövsiyə edəcəyim 4 ulduzlu otellərin mərkəzində yerləşir. Əyləncə mərkəzində yerləşən otaqlar isti rənglərlə və müasir mebellə təchiz olunmuşdur. Otel ictimai nəqliyyatın yanında yerləşir.

4 HF Ipanema Porto

4★ Hotel Dom Henrique – Downtown

Portonun ticarət bölgəsinin yaxınlığında yerləşən 4 ulduzlu HF Ipanema Porto oteli müasir avadanlıqla təchiz olunmuş standart otaqlara, eləcə də xüsusi təchiz olunmuş böyük ailə otaqlarına malikdir. Paltar yuma təsisləri, uşaq baxımı, avtomobil kirayələmə, turlar ve gəzi turları təşkil edir, mükəmməl yemək kalitesi və mükəmməl yerləşməsi sayəsində 8,4 dərəcə yüksək bir bal almışdır.

4 HF Fenix Porto

4★ HF Fenix Porto

HF Fenix, Boavista Ticarət Bölgəsindəki bir binada yerləşir. Porto’nun Douro çayına baxan üst mərtəbədəki otaqları ilə qonaqlarını qəbul edir. Yeri ilə əlaqədar olaraq, çay boyunca getmək istəyən səyahətçilər, şəhər turlarına qatılmaq və yemək mədəniyyətini öyrənmək istəyənlər üçün ideal yerdir. 148 yaşayış binası müasir dizaynı və rahatlığı ilə seçilir.

5 Sheraton Porto Hotel & Spa

Boavista küçəsindən  bir neçə addım uzaqlıqdakı 5  ulduzlu Sheraton Porto Hotel & Spa, 266 ədəd otaga ,  fırqli bir dizayına, lüks bir şekilde döşənmiş otaqlara malikdir. Spa mərkəzi ilə  seçilir.  Müxtəlif menyusu olan oteldə Portuqaliya mətbəxindən istifadə olunur. Bütün yeməklər, xüsusilə səhər yeməyi, açıq büfesi ilə seçilir. Otelin yanında olan metro stansiyası istənilən yerlərə çatmaq üçün  işinizi daha da asanlaşdıracaq.