Ev Turizm Xəbərləri Portuqaliyada ən yüksək maaşlı fəaliyyət sahələri müəyyən olunub

Portuqaliyada ən yüksək maaşlı fəaliyyət sahələri müəyyən olunub

Portuqaliya

Portuqaliya Əmək Nazirliyi ölkədə ən yüksək məvacibli fəaliyyət sahələrini müəyyən edib. Məlum olub ki, qaz və elektrik enerjisi sektorlarının işçiləri ən yüksək orta aylıq əməkhaqqı alırlar.

2018-ci ilin sonuna olan məlumata görə, bu işçilərin orta aylıq əməkhaqqı 1170 avro təşkil edib. Bu barədə məlumatı “Lusa” xəbər agentliyi Strategiya və Planlaşdırma İdarəsinə istinadla yayıb.

Turizm sahəsinin inkişaf etməsinə baxmayaraq, bu sektorda məvaciblərin artımında ən aşağı sürət qeydə alınıb. 2018-ci ildə bu sahədə baza əməkhaqqı 818 avro, inişil təqribən 788 avro təşkil edib.

Bildirilib ki, ölkədə kişilərlə qadınların məvacibləri arasında hələ də xeyli fərq var. Statistika göstərir ki, Portuqaliyada qadınlar orta hesabla kişilərdən 250 avro az məvacib alırlar.