Ev Gəzməli yerlər Gəzəyənlər “PRİME TRAVEL MARKET” – BAKIDA BEYNƏLXALQ TURİZM SƏRGİSİ

“PRİME TRAVEL MARKET” – BAKIDA BEYNƏLXALQ TURİZM SƏRGİSİ

15 Mart 2019-ci ildə, Azərbaycan daha bir böyük turizm sərgisinə ev sahibliyi edəcək.

“Prime Travel Market” 2019-cu ilin martında Bakıda, “JW Marriott Absheron” otelində baş tutacaq dördüncü eksklüziv turizm tədbiridir. Lüks turizm sənayesindəki sahibkarları bir araya gətirəcək. Tədbir öz yaradıcı və yenilikçi ruhunu qoruyacaq, qonaqlara və sərgi iştirakçılarına yalnız əlaqələr qurmaq və təkcə onları gücləndirmək üçün nəzərdə tutulmamışdır. Həmçinin gələcəkdə əməkdaşlıqlar üçün təcrübə və fikir mübadiləsi platforması kimi çıxış edəcək.

Bu tədbir iştirakçılara turizm sahəsindəki mütəxəssislərlə görüşmək, aparıcı lüks mehmanxanaların ən son səyahət istiqamətləri barədə xəbərdar olmaq üçündür. Bütün bölgənin potensial və rəqabətcil səyahət sektoru ilə tanış olmaq və eksklüziv səyahət növlərini təbliğ etmək imkanı yaradacaq. Eksklüziv istirahət mərkəzləri, dünya otel zəncirləri, unikal butik otellər, aviaşirkətlər, kruiz şirkətləri, DMC və lüks tur operatorları, səyahət agentlikləri, unikal səyahət təcrübələri və yeni istiqamətlər üçün birinci dərəcəli konsyerj şirkətləri vardır. Bunlar hamısı “Prime Travel Market”-də  təmsil olunacaq.

“Prime Travel Market”, Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Assosiasiyasının dəstəyi ilə “Prime Consulting” şirkəti tərəfindən təşkil olunur. Baş konsultinq şirkətinin əsas məqsədi, yeni xarici şirkətlərə Azərbaycan və MDB ölkələrində  turizm sənayesində güclü bir mövqe yaratmaqdır .

“Prime Consulting” şirkətinin təmin etdiyi xidmətlərə bazar araşdırmaları, işgüzar tərəfdaş axtarışı, görüşlərin təşkili, marketinq strategiyasının hazırlanması, ticarət missiyalarının təşkili, tərəfdaşların təmsilçiliyi, hüquqi xidmətləri daxildir. Həmçinin biznes forumları, konfranslar və qəbullar kimi tədbirlərin idarə olunmasına aiddir. Böyük Britaniyada və BƏƏ-dəki nümayəndəliklərlə, dünyanın 20-dən çox ölkəsində konsultinq tərəfdaşları olan “Prime Consulting” Azərbaycanda və beynəlxalq bazarlarda biznesin aparılmasında mühüm rol oynayır.