Ev Turizm Xəbərləri Qaxın füsunkar təbiət mənzərələri

Qaxın füsunkar təbiət mənzərələri

Turizm

Qaxın mülayim və saf dağ iqlimi, gözəl təbiət mənzərələri, çayları, düzənlik və dağ meşələri burada turizmin müxtəlif növlərinin inkişafı üçün çox əlverişlidir.

Qədim tarixə və mədəniyyətə malik bu diyarın hər bir guşəsi turistlər üçün əsl istirahət məkanıdır.

Albaniya dövrünə aid olan və yaşayış sahəsindən xeyli uzaqda, əhalisini tamamilə azərbaycanlılar təşkil edən Əmbərçay kəndi ərazisində yerləşən Kürmük məbədi ölkə əhəmiyyətli tarixi abidə olmaqla yanaşı, turistlərin ən böyük maraq göstərdiyi məkanlardan biridir.

Son illər rayonda müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması istiqamətində davamlı işlər görülür. Bunun nəticəsidir ki, pandemiyadan əvvəlki dövrlərdə rayona gələn qonaqların sayı nəzərəçarpacaq dərəcədə çoxalmışdı. Xüsusilə yay aylarında öz istirahətlərini Qaxda keçirmək arzusunda olanların sayında xeyli artım qeydə alınmışdı. Qaxın füsunkar təbiəti pandemiyadan sonrakı dövrdə də rayonun yerli və xarici turistlərin diqqət mərkəzində olacağını deməyə əsas verir.