Ev Turizm Xəbərləri Qida və içki xidmət sahələri ilə bağlı təlim baş tutacaq – MƏLUMAT

Qida və içki xidmət sahələri ilə bağlı təlim baş tutacaq – MƏLUMAT

Təlim

Turizm Təlim və Sertifikasiya Mərkəzinin təşkilatçılığı ilə “Qida və İçki” adlı təlim baş tutacaq.

Gezmeli.az Turizmplus.az-a istinadən xəbər verir ki, avqustun 10-da baş tutacaq təlim hər bir iştirakçının bu vacib xidmət sahəsi barədə ümumi anlayışını inkişaf etdirmək və onların biliklərini daha da artırmaq məqsədi daşıyır. Təlim “Qida və İçki” Təlim Proqramına uyğun hazırlanmış sənədlər əsasında aparılacaq. Kurs zamanı interaktiv tədris metodlarından istifadə ediləcək. Hər bir iştirakçı sahə üzrə öz təcrübəsi və fikirlərini səsləndirməyə həvəsləndiriləcəkdir. Təlim öyrənmə və bacarıqların inkişafı ilə yanaşı, bu işdə çalışmaq istəyənlərə ünsiyyət qurmaqdur. Bilik mübadiləsi və bir-birlərini təşviq etmək üçün dəyərli fürsət təmin edəcəkdir.

Nəzərinizə çatdıraq ki, Kamil Xanəiyev, Ehtiram Əsədov və Emin Novruzovun spikerlik edəcəyi təlimə qeydiyyat 03.08.2020 – ci il tarixinə qədər davam edəcəkdir.

Qeydiyyat linki : https://learning-s-school-e6d1.thinkific.com/c…/qida-ve-icki