Ev Turizm Xəbərləri “Religious Tourism Destinations in Azerbaijan” adlı kitab işıq üzü görüb

“Religious Tourism Destinations in Azerbaijan” adlı kitab işıq üzü görüb

Religious Tourism Destinations in Azerbaijan

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Bəhruz Orucovun ingilis dilində “Religious Tourism Destinations in Azerbaijan” (Azərbaycanda dini turizm destinasiyaları) adlı kitabı nəşr olunub.

Kitabda qədim dövrlərdən indiyədək ölkəmizdə mövcud olan, Azərbaycanın mənəvi və mədəni irsinin gözəl incilərindən hesab edilən, müxtəlif dini konfessiyalara məxsus məbədlər haqda müfəssəl məlumatlar verilib. Kitabın ilk səhifələrində müsəlman Şərqində ilk parlamentli dövlət olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışılıb. Kitabın istifadə məqsədi və ölkədəki dini mənzərəyə qısa nəzər salınıb. Eramızın I əsrində, eləcə də yeni dövrdə inşa edilmiş, Azərbaycanın 8 bölgəsində yerləşən 51 dini ibadət ocağının ünvanları söz açılıb. Onların tarixi, memarlıq xüsusiyyətləri, eləcə də ölkəmizdə yaşayan dini və etnik qrupların adət-ənənələri və milli-dini dəyərləri barədə informasiya verilib. Ölkəmiz üçün əlamətdar sayılan hadisələr və məlumatların yer aldığı kitabda müqəddəs məkanların fotoşəkilləri də öz əksini tapıb.

Dini turizm barəsində ilk olan bu nəşr daxili və xarici auditoriyada müvafiq sahə ilə maraqlanan, din və turizm sahəsində çalışan, oxuyan, bələdçilik edən, müstəqil fəaliyyət göstərən şəxslərdən danışılıb. Habelə ölkəmizin dini turizm potensialını öyrənmək istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabı, həmçinin ölkə daxilində dini tur və ziyarətlər zamanı faydalı məlumat kitabçası kimi də istifadə etmək mümkündür.

Qeyd edək ki, kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun maddi dəstəyi ilə çap olunub. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.