PAYLAŞ
Bakı

Rusiyanın “RİA Novosti” xəbər agentliyi oxucularına 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə istirahət günlərini Azərbaycanda keçirməyi təklif edir.

Gezmeli.az xəbər verir ki, agentlik oxucularına baharın ilk günlərini bir neçə ölkədə, o cümlədən Azərbaycanda keçirməyi təklif edir. Materialda qeyd olunur ki, Azərbaycan paytaxtı həm Xəzərin ən böyük limanı, həm də Qafqazın ən iri şəhəridir. Burada qədim İçərişəhər müasir binalarla, o cümlədən Alov qüllələri ilə gözəl vəhdət təşkil edir. Agentlik Bakının görməli yerləri siyahısına Qız qalası, saraylar, məscidlər, parklar və xüsusilə də unikal Xalça muzeyini daxil edib.

“RİA Novosti”nin bayram günlərini səmərəli keçirmək üçün rusiyalılara təklif etdiyi ölkələr sırasında Türkiyə, Bolqarıstan, Fransa və başqaları da var.