Ev Otellər “Rixos Quba Azerbaijan” – keyfiyyət və rahatlıq zirvəsi – FOTO

“Rixos Quba Azerbaijan” – keyfiyyət və rahatlıq zirvəsi – FOTO

          Rixos Quba Azerbaijan 

Bu il ərzində Azərbaycana gələn turistlərin sayı kəskin artıb. Buna səbəb isə Azərbaycanın bir çox ölkələr üçün visa prodesurlarını sadələşdirilməsi, eyni zamanda “Tax free”nin tətbiqi və s. dir.

Məsələn, Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, təkcə cari ilin iyul ayında BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 10073 nəfər təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 100 dəfə çox olub.

Rixos otel

Ərəb ölkələri arasında ən yüksək artım tempi İraqda qeydə alınıb. Cari ilin ilk altı ayı ərzində 11028 nəfər İraq vətəndaşı ölkəmizə səfər edib ki, bu da əvvəlki ilin yanvar- iyun aylarındakı göstəricilərdən (376 nəfər) 30 dəfə çoxdur.

2016-cı ilin birinci yarımili ərzində ərəb ölkələrindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı ümumilikdə 25 min nəfər təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə (3158 nəfər) təxminən 22 min nəfər (8 dəfə) çoxdur.

Rixos otel

Bundan başqa, Vergilər Nazirliyinin məlumatına görə isə ölkədə “Tax Free” nin tətbiq edilməsi nəticəsində 45 ölkənin vətəndaşına 100 min manatdan çox əlavə dəyər vergisi (ƏDV) qaytarılıb.

Hökumətin bu istiqamətdə gördüyü işlərin məntiqi davamı kimi ölkəyə turist axını artıb və onların yerləşdirilməsi, yüksək keyfiyyətli xidmət ilə təmin olunması məsələsi aktuallaşıb.

Rixos otel

Məsələn, Azərbaycanın şimal bölgəsi Qubada yerləşən “Rixos Quba Azerbaijan” hoteli yüksək keyfiyyətli xidmətləri ilə istər yerli, istərsə də əcnəbi vətəndaşların yay mövsümi ərzində istirahət tələbatını tam ödəyib.

Rixos otel

Təbiət qoynunda istirahət və sərhədsiz əyləncələrin əsrarəngiz vəhdəti…

“Rixos Quba Azerbaijan” qarlı dağlar, dağ-xizək bazası və Qafqazın yaşıl meşələri, bir sözlə, beşulduzlu istirahət.

946565 мsahədə inşa edilən hoteldə qolf, dağ-xizək idmanı, SPA və “Rixos” keyfiyyəti birləşib. Restoran, bar, SPA və bir-birindən gözəl əyləncələrlə elit və yaddaqalan istirahətə hazır olun.

Rixos otel

Hotelin qonaqlarının bütün tələblərinə cavab verən 212 nömrə və villalarında sizi “Rixos” keyfiyyəti, komfortu və dəbdəbəsi ilə qarşılayacaqlar. Qafqaz dağlarının möhtəşəmliyi, gözəl təbiət, dünya mətbəxinin seçilmiş təamları, elit içkilər, rahatladıcı SPA prosedurlar, əyləncələr və “Rixy” uşaq klubu… Bu istirahət unudulmaz xatirələrlə bol olacaq!

Rixos Quba Azerbaijan” – Azərbaycan hotelinin restoranlarının unudulmaz dad dünyası var. Parıltısı göz qamaşdıran gölün, məftunedici meşə və dağları seyr edərkən hotelin 3 restoranı: “Mozaik”, “Le Coquet” və “The Challette Steak House”də daddığınız özəl təamların dadı uzun müddət damağınızda qalacaq. Restoranlardan biri “İsveç masası”, ikisi isə “a-la-kart” sistemi ilə işləyir.

Rixos otel

Dünya, türk və Azərbaycan mətbəxinin seçilmiş təamlarını dadarkən eksklüziv və elit içkilərin də dadına baxa bilərsiniz.

“Rixos Quba Azerbaijan” – Təbiət qoynunda istirahət və sərhədsiz əyləncələrin əsrarəngiz vəhdətinin nümunəsidir. Bu həm tematik gecələr, “Diamond X Club”, konsertlər, tədbirlər, eləcə də səhər və axşam əyləncələridir.

“Rixos Quba Azerbaijan” rahatlıqverici atmosferi və peşəkar personalı olan SPA-salonda təqdim edilən Avropa və Asiya massajları və terapiyaları sizə yüngüllük hissi verəcək.

Rixos otel

“Rixos Quba Azerbaijan” hotelində idmanın ən elit növləri ilə məşğul olaraq siz həm ruhən, həm də cismən dincələcəksiniz. Dağda xizək sürərək və ya qolf meydançasında kübar idman yarışlarında mübarizə apararkən adrenalin alacaqsınız.

Rixos Quba 

Bundan başqa “Rixos Quba Azerbaijan” otelində 5 hovuz, tennis kortu, mini futbol və basketbol meydançaları mövcuddur. İstirahətiniz fitnes, pilates, yoqa, kamandan oxatma, dağ velosipedi, trekinq və digər idman növləri sayəsində aktiv keçəcək.

Rixos otel

“Rixos Quba Azerbaijan”da yalnız böyüklər deyil, eləcə də uşaqların şən vaxt keçirməsi üçün bütün şərait yaradılıb. “Rixy Club” xüsusi tədbir və obyektlər sayəsində 4-12 yaşarası uşaqların istirahətinin unudulmaz olması üçün ayrı bir aləm yaradıb.

Uşaqlar yeni nəsə öyrənəcəklər, aktiv tədbirlərdə iştirak edərək özlərinə yeni dostlar tapacaqlar. Müxtəlif yaş həddində olan uşaqlar üçün mütəxəssislər tərəfindən hazırlanmış tədbirlər hovuzda oyunlardan başlayır. Daha sonra oyunlar maarifləndirici və əyləncəli tədbirlərlə əvəzlənir. Bundan başqa “Rixy Club”da müxtəlif yaşda olan uşaqlara qulluq xidməti də təqdim edilir.