Ev Gəzməli yerlər Yerlər Ölkədə turizm məktəbləri açılacaq

Ölkədə turizm məktəbləri açılacaq

               Turizm məktəbləri

Azərbaycanda Mədəniyyət və Turizm və Təhsil nazirlikləri birgə turizm və rekreasiya zonalarında turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələri  yaradacaq.

Gezmeli.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamında əks olunub.

Turizm məktəbləri

Sənədə əsasən, yeni il peşə-ixtisas təhsil müəssisələri Turizm və Menecment Universitetinin nəzdində təşkil ediləcək.

Prezident bu məqsədlə müvafiq torpaq sahəsinin və əmlakın ayrılması ilə bağlı tədbirlərin görülməsi ilə bağlı adiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verib.