Ev Turizm Xəbərləri RUBLUN POSTSOVET MƏKANINDA TƏSİR GÜCÜ

RUBLUN POSTSOVET MƏKANINDA TƏSİR GÜCÜ

rubl

“Uzun illər Özbəkistana başçılıq edən, mütləq hakimiyyətə malik İslam Kərimovun 2016-cı ildə vəfat etməsindən sonra hakimiyyətə gələn Şövkət Mirziyoyevin prezidentlik dövründə ölkə dünyaya açılıb. Bu da Rusiya müəssisələri üçün əla imkanlar yaradıb. İki ölkə elitaları əvvəllər də əməkdaşlıq ediblər. Lakin Mirziyoyev Rusiya və Ukraynanı nəzərə almasaq, keçmiş Sovet İttifaqının ən böyük respublikasını, 32 milyon əhaliyə malik bu ölkəni, nəhayət, biznesə açıq elan edib”, – analitik Maksimilian Hess (Maxmilian Hess) “Eurasianet.org” saytında işıq üzü görən məqaləsində yazır.

Nəşr xatırladır ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko oktyabrın əvvəli Daşkənddə baş tutan ikitərəfli iqtisadi forumda iştirak edib. Onun verdiyi məlumata əsasən, ötən il ticarət dövriyyəsi 20%, cari ilin ilk altı ayında isə 12% artıb. Hər iki tərəf xüsusilə energetika sahəsində artım tempinin saxlanılmasında maraqlıdır.

“Ancaq Matviyenko oktyabrın 2-i Özbəkistanın Rusiyanın başçılıq etdiyi, Qırğızıstan, Ermənistan, Qazaxıstan və Belarusun iştirak etdiyi Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulacağını söyləməklə açıq-aşkar hadisələri tələsdirib. Həmin vaxtadək Özbəkistanın təşkilata qoşulması ilə bağlı birtərəfli danışıqlar olsa da, real heç bir addım atılmayıb. Görünür, Matviyenkonun bəyanatı onun özbəkistanlı həmkarlarını qəfil yaxalayıb”, – eskpert qeyd edir.

Özbəkistanla yanaşı regionun ən kasıb ölkəsi Tacikistan da tez-tez Aİİ-nin mümkün üzvü kimi nəzərdən keçirilir. Amma son vaxtlar Düşənbə tamamilə Pekinə üz tutub. Aprel ayında Çin Dövlət Maşınqayırma Müəssisəsi (CMEC) Tacikistanın iqtisadi lokomotivi, prezident Emoməli Rəhmanın ailəsinin sərvət mənbəyi hesab edilən, gəlir gətirməyən “Talko” dövlət alüminium zavoduna 545 milyon dollar investisiya yatırmağa razılıq verib.

Aİİ üzvləri üçün tarif baryerlərini xeyli azaldıb. Buna baxmayaraq, Rusiyanın dominantlığı başqa situativ ziddiyyətlər doğurur.

Cari ilin ilk altı ayında ticarət dövriyyəsini 1,6 milyard dollara çatdıran Bakı və Moskva iqtisadi əməkdaşlığın gələcək inkişafı barədə danışmağa başlayıblar. Nəzərdən keçirilən istiqamətlərdən biri Azərbaycanın enerji sektorudur. “Rosatom” şirkəti də bu ölkədə atom elektrik stansiyasının inşasında maraqlı olduğunu bildirib.

Bu zaman Rusiya ilə Gürcüstanın iqtisadi münasibətlərində əks tendensiya müşahidə edilir. “Reuters” agentliyinin məlumatına əsasən, iyulda Gürcüstanın turizm sektorundan illik gəlir 13%, Rusiya əleyhinə Tiflisdə keçirilən etirazlara cavab olaraq Moskva avqustda iki ölkə arasında birbaşa reysləri dayandırdıqdan sonra 11% aşağı düşüb.

Son 15 ildə Rusiya Tiflisə təzyiq göstərmək üçün yerli turistlərin Gürcüstan iqtisadiyyatındakı əhəmiyyətli rolundan və gürcü şərabının aparıcı idxalçı statusundan dəfələrlə istifadə edib. Rusiyanın Avrasiyadakı iqtisadi rolu, çox güman, dəyişikliklərə məruz qalacaq, ancaq güclü qol sahibləri zaman-zaman gücünü nümayiş etdirməyi sevir.