PAYLAŞ
Portonovi

Azmont Investments” şirkəti tərəfindən ərsəyə gətirilən, Aralıq dənizi regionunun ən gözəl yerlərindən birində – Monteneqroda yerləşən, hər detalı incəliklə işlənmiş çoxməqsədli ruhlandırıcı dənizkənarı kurort Portonovi 2019-cu ildə ilk mərhələsinin açılışının baş tutacağını elan edir.

Dünyanın hər yerində insanlar getdikcə daha çox zəngin və ruhlandırıcı həyat tərzi, təbiətə yaxınlıq, stresdən azad və təhlükəsiz mühit, eləcə də ilhamverici sənət və mədəniyyət hadisələri təqdim edən kəşf edilməmiş yerlər axtarırlar. Biznes investisiyaları üçün də ən əlverişli mühitlərdən birinə malikdir. Dünyanın müxtəlif nöqtələrindən Monteneqroya uçuş həyata keçirən hava yollarının sayının getdikcə artır. Eləcə də dünyanın bir çox ölkələri üçün vizasız səyahət siyasəti şübhəsiz ki, digər bir üstünlükdür. Bunlar hamısı bizdə beynəlxalq səviyyədə qarşılıqlı faydalı əməkdaşlıq üçün inam yaradır”. Portonovi kurortu layihəsini həyata keçirən “Azmont Investments” şirkətinin Müşahidə Şurasının sədri Ahmet Erentok bildirir.

Portonovi

Ərsəyə gətirdiyimiz bu zərif istirahət kompleksinin Aralıq dənizi bölgəsindəki ən çox rəğbət qazanan yaşayış və istirahət məkanlarından birinə və Avropanın bu bölgəsindəki ən eksklüziv daşınmaz əmlak layihəsinə çevrilməsinə inamımız tamdır”, – deyə A.Erentok 22-24 noyabr 2018-ci ildə Bakı Ekspo Mərkəzində keçirilmiş 4-cü Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində (RecExpo Real Estate) keçirilən təqdimat zamanı vurğulayıb.

Portonovi kurortu haqqında

Monteneqronun cövhəri: Ölkənin qeyri-adi gözəlliyini və müstəsna həyat tərzini simvolizə edən Portonovi, bağları, məşhur ticarət nişanlarının məhsulları ilə təchiz edilmiş fərqli interyer dizaynları və bir çox digər incəlikləri özündə əks etdirən 50-dən artıq lüks villa və 200-dən çox mənzili ilə 26 hektar ərazini əhatə edir. Bu bənzərsiz yaşayış sahəsi ilə yanaşı, ezackar Aralıq dənizi regionunda yerləşən, şairlər tərəfindən vəsf edilməyə layiq möhtəşəm eviniz qayıqlar və super-yaxtalar üçün D-Marin Portonovi limanı və Avropada ilk “One&Only Resort Espace Chenot Health Wellness Spa” ilə qonşu olacaq. Fərqli konseptlərdə olan restoran və barlar, yüksək səviyyəli mağazalar və qalereyalar orijinallığa, sivilizasiyaların mədəniyyətinə və tarixinə qiymət verən dünya vətəndaşları üçün nəzərdə tutulub.

Portonovi

2019-cu ildə açılışı olacaq Portonovi kurortunun ilk mərhələsi çərçivəsində “Portonovi Village”, “Marina Residences”, parkların və meydanların olduğu gəzinti sahələri, həmçinin tam fəaliyyətdə olacaq. “D-Marin Portonovi” limanı sakinlərin və qonaqların istifadəsinə veriləcək. Village Residences Monteneqronun milli arxitekturasının və Venesiya tərzinin kombinasiyası olmaqla ənənəvi Aralıq dənizi regionu təəssüratını əks etdirir. Sakinlər işıqlandırılmış mənzərəli gəzinti yolları ilə bir-birinə bağlanib. Yüksək olmayan binalarda yerləşən, fərqli xarakterlərə, eleqant interyer və müasir rahatlığa malik mənzillər, “penthouse”lar və “townhouse”lardan zövqlərinə uyğun olaraq seçim edə bilərlər. “Cülyetta” balkonları, balkonlara açılan pəncərələr və qorunaqlı terraslar Village Residences məhəlləsinin gözəl mənzərəsinə xüsusi rəng qatır. Eyni zamanda, şəxsi həyatın gizliliyini də kifayət qədər təmin edir.

Marina Residences

Portonovi Marina Residences evlərində həyat müasir və canlı atmosferdə yaşanacaq. Sahildə yerləşən mənzillər və “sky villa”lar incəliklə işlənmiş lüks məkan hissi yaratmaqla, zərif və müasirdirlər. Ağac və şüşənin bir arada istifadə edilməsi parlaq bir görüntü yaradır. Eleqant daxili məkanlar dəniz mühitini balkonlar vasitəsilə içəriyə daşımaq üçün dizayn edilib. “Sky villa”lar isə malik olduqları möhtəşəm liman mənzərəli hovuzları ilə diqqət çəkir və sizi su ilə ahəngə dəvət edir.

Beynəlxalq səviyyədə tanınan, peşəkar liman idarəetmə şirkəti olan D-Marin tərəfindən işlədiləcək. D-Marin Portonovi Marina 238 lövbər dayanacağı ilə sakinlərin və qonaqların qayıqlarına və yaxtalarına gömrük rüsumundan azad yanacaq təchizatı və vertolyot meydançası da daxildir. Limanda Monteneqro dövlətinin sərhəd və gömrük xidməti yerləşəcək. Bu, liman vasitəsilə ölkəyə giriş etməyə və ölkədən çıxmağa imkan yaradacaq. Boka körfəzinin girişində, dalğalardan maksimum qorunan mövqedə yerləşməsi limanı super yaxtalar üçün ideal məkana çevirir. Limanın yaxınlığında yerləşən “Vista” meydanı isə marina həyatının dinamik mərkəzini formalaşdıracaq.